Loading...
Öskürək

Öskürək

Loading...

 


Öskürək-tənəffüs orqanları xəstəlliklərinin tez-tez baş verən əlamətlərindən biridir. Öskürək tənnəffüs yollarının və ağciyər toxumasının (ağciyər iltihabı, vərəm, bronxial astma) selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənnəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşdükdə meydana çıxır. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyacan keçirdikdə və emosianal gərginliyə düçar olduqda da öskürək baş verir.

Öskürəyin bir sıra növləri mövcuddur:

1. Davametmə müddətinə görə:tutmabənzər öskürək, dövrü davam edən öskürək və ya periodik öskürək fasiləsiz davam edən öskürək, qısamüddətli öskürək. Bu öskürək növünə aiddir.

2. Tembrinə görə:hürən öskürək, xırıltılı öskürək, səsiz öskürək (səs telleərin iltihabında və xoralanda baş verir)
Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək nəmmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır, ona bronxitdə, ağciyərin iltihabında və vərəmdə təsadüf edilir. Quru öskürək yuxarı tənnəffüs yollarının xəstəliklərinin başlanğıc mərhələsində müydana gəlir.

Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün hər şeydən əvvəl onu törədən əsas xəstəliyi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi suvaşqa, qatı bəlğəmi durulaşdıran orqanizmdən xaric edən bəlğəm təmizləyən vasitələr yüngülləşdirirlər. Quru öskürək ağrıkəsici və öskürək əleyhinə təsir göstərən vasitələrə, xüsusilə xəstələrin yuxusunu pozmamaq üçün gecələr yumşaldılır və azaldılır.

Öskürəkdə ağrıkəsici vasitələr kimi həkimin təyinatı əsasında xardal kağızları, bankalar tətbiq edilir, sinəyə isti islatmalar qoyulr və ayaqlar isti vannalara salınır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Ruhsar

    23 İyun 2014 23:02

    bu gunler qizim da oskurur(((

    Ahu 05

    23 İyun 2014 11:16

    xebere gore tesekkurler

    Dark PrincesSa

    23 İyun 2014 08:53

    Öskürək qədər pis bir şey yoxdu

    emiwka

    23 İyun 2014 08:10

    soyuq su icende oskururem
    --------------------
    Getdim Sagolun

    L__E__Y__L__A

    23 İyun 2014 00:39

    souq su icende oskururem ve ya nazik geyimler geyinende wukur bawqa xestelik yoxdu,,

    Night Wolf

    23 İyun 2014 00:11

    Şükür ki, xəstələnəndə adam kimi öskürürəm nə xırıltılı, nə də ki hürən öskürək yoxdu məndə
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    LlLesiARe

    22 İyun 2014 21:46

    Novleri oldugunu bilmirdim. Melumata gore tewekkur Night..