Loading...
Diabet xəstəliyi

Diabet xəstəliyi

Loading...


Son statistik məlumata görə Azərbaycanda 72 min şəkərli diabet xəstəsliyi var. Bunlardan təxminən 12 mini I tip, 50 mini isə II tip diabetə tutulub. Əslində isə respublikada diabetli xəstəliklərin sayı rəsmi rəqəmlərdən daha çoxdur. Çünki əhali xəstəliklə əlaqədar dispanser qeydiyyatına durmur. Xəstəlik isə getdikcə yayılmaqda və əhatə dairəsini genişləndirməkdə davam edir.

5 mindən çox amerikalı arasında aparılan araşşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, diabet ürək-damar və başqa xəstəliklərin inkişafına təkan verir, insan ömrünün 8 il qısaldır.
 
Diabet xəstəliyi

Son vaxtlar diabetin ağırlaşmaları, o cümlədən cərrahi fəsadları və hətta ölümlə nəticələn ağırlaşmaları xeyli artıb. Ağırlaşmalar arasında daha çox rast gəlinənlər:

1. Aşağı ətrafların diabetik qanqrenası
2. Aşağı ətrafların diabetik angiopatiyası
3. Şəkərli lipoidli nekrobioz
4. Furnukul, karbunkul, abses, fleqmona
5. Osteoporoz.

Diabet zamanı aşağı ətraf arteriyaları tez-tez sklerotik zədələnmələrə məruz qalır. 50 yaşdan yuxarıxəstələrdə isə obliterasiyaedici ateroskleroz başlayır ki, bu da mikroangipatiyalara və nəticə etibarı ilə qanqrenaya yəni çürüməyə səbəb olur.

Qanqrena: 40-70 yaşlı xəstələr arasında daha çox rast gəlinir. Belə xəstələrdə toxuma trofikası və metobolizm pozulduğundan donmlar, yanıqlar və infeksiyalaşmış döyənəklər də qanqrenaya səbəb olur. Diabetik qanqrena ən çox aşağı ətraflarda, burnun ucunda, qulaq seyvanında olur. Xəstələr ətraflarında soyuqluq hiss edir, hissiyat pozulur, əzələlərdə qıcolma və daimi ağrının olmasından şikayətlənirlər.
 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Dark PrincesSa

    2 İyun 2014 16:43

    xəstəliyi olanlara Allah şəfa versin

    Night Wolf

    31 May 2014 14:27

    ALLAH hər keəsi bütün xəstəliklərdən qorusun
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Ahu 05

    31 May 2014 12:34

    xebere gore tesekkurler

    Dark PrincesSa

    31 May 2014 11:44

    Xm maraqlı idi təşəkkürlər