Loading...
Qaçın, hərəkət edin, gümrah olun

Qaçın, hərəkət edin, gümrah olun

Loading...
Qaçın, hərəkət edin, gümrah olun

Dünya alimləri 2 problem üzərində daha çox işləyirlər: hərəkətin möcüzəsi və hərəkətsizliyin faciəsi. Gizlətməyə ehtiyac yoxdur ki, hərəkətə qarşı çox vaxt, demək olar ki, əksər hallarda laqeyd münasibət hökm sürür. Pis odur ki, bu münasibət hətta valideynin ananın özü tərəfindən körpəlik vaxtlarından formalaşdırırlır, deyə həkim mövzunu davam etdirir. Gənc analar övladların passivliyi, fəaliyyətsizliyi ilə fəxr edərək deyirlər: "Yeyi-içib quzu kimi dinməz-söyləməz yatır”. Halbuki hərəkər orqanizmin, ürəyin, xüsusən beynin inkişafına, beyin mərkəzlərinin bir-biri ilə əlaqəsinin möhkəmlənməsində çox müstəsna rol oynayır.
 
Avropa ölkəsində uşaq hələ bələkdə olanda onun hərəkətlərinə, əl-qol, ayaq əzələrinin inkişafına böyük diqqət yetiririlir. Böyüdükcə uşağın qaçmasına, tullanmasına, velosiped sürmməsinə, xüsusən üzgüzülüklə məşğul olmasına nəzarət edilir. Həmin ölkədə milyoner ailəsindən olan tək övlad da erkən yaşlarından əməyə alışdırılır, onun zəhmətlə məşğul olmasına şərait yaradılır. Bizim ailələrdə təəssüf ki, çox vaxt uşağı yağ içində böyrək kimi bəsləyərək əlini ağdan qaraya vurmağa qoymur, hər şeyi valideynin üzərinə yükləyirlər.

Gözümlə gördüyüm, şahidi olduğum mənzərəni çanaq üzvləri və qarın əzələlərinin inkişafında böyük rol oynayır. Müntəzəm olaraq belə hərəkətlərlə məşğul olmaq gələcək anlarda doğuş problemlərinin yaranmasının qarşısını alır. Son illərdə normal doğuş faizinin aşağı düşməsi, qeysəriyyə əməliyyatı yolu ilə uşaq dünyaya gətirmək məhz elə vaxtında düzgün qurulmayan fiziki tərbiyə və hərəkətsizliyin ağır nəticəsi olaraq meydana çıxır. Halbuki yaxın 40-50 illik ginekologiya tarixində belə hallara çox nadir rast gəlinirdi. Əslində doğuş hər bir qadın üçün normal fizoloji prosesdir. Bəzən valideynlər unudurlar ki, son doğuş ağrıları ananın gələcək sağlamlığı, cavan və təravətli ömür sürməsi, körpəyə süd verməsi üçün çox vacib və lazmlı bir prosesdir.
 
 Qaçın, hərəkət edin, gümrah olun
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Ahu 05

    21 May 2014 17:41

    burda qacsan adama deli deyerler.....

    Dark PrincesSa

    19 May 2014 20:36

    Mən bir dəfə qaçmşdm xalalar mənə elə tərs tərs baxdı odu budu da heçnə eləmrməm

    Night Wolf

    18 May 2014 12:52

    2 gündü o qədər də hərəkətli olmamışam artıq bu gün hər yerim ağrıyır
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!