Loading...
Bel ağrısı

Bel ağrısı

Loading...
Bel ağrısı

1. Tarım dartılmış sağ ayağınızı aramla döşəmədən 10-15 sm yuxarı qaldırın. Bu hərəkəti 2-3 dəfə təkrar edin. Eyni hərəkəti sol ayağınızla, sonra isə hər iki ayağınızı eyni vaxtda qaldırmaqla yerinə yetirin.

2. Pəncənizi yerdən ayırmadan sağ ayağınızı dizdən bükün. Sonra isə ayağınızı düzəldib onu döşəmədən 5-10 sm hündürə qaldırın. 2-3 dəfə təkrar edin. Eyni hərəkəti sol ayağınızla da yerinə yetirin. Sonra da hər iki ayağınızı birlikdə qaldırın.

3. ”Velosiped öndə”: ayaqlarınızı döşəmədən təxminən 10-15 sm qaldıraraq velosiped pedallarını irəliyə işlədirmiş kimi hərəkət etdirin.

4. ”Üfüqi qayçı”. Ayaqlarınızı 10-15 sm hündürə qaldırın. Dizlərinizi bükmədən üfüqi vəziyyətdə 2-3 dəfə çarpaz hərəkətləri yerinə yetirin.

Bel ağrısı

5. ”Velosiped arxada”: ayaqlarınızı döşəmədn təxminən 10-15 sm qaldıraraq velosiped pedallarını geriyə işlədirmiş kimi hərəkət etdirin.

6. ”Şaquli qayçı”. Ayaqlarınızı düz vəziyyətdə 10-15 sm hündürə qaldırıb saxlayın və hər birini növbə ilə 2-3 dəfə qaldırıb salın.

7. Arxa üstə uzanmış halda ayaqlarınızı dizdən büküb, qollarınızı tarım dartaraq önünüzə gətirin. Başınızı sağa döndərib qollarınızı sol tərəfə, bükülü ayaqlarınızı isə sağ tərəfə çevrin. Çıxış vəziyyətinə qayıdın. İndisə başınızı sola, qollarınızı sağa, dizdən bükülmüş ayaqlarınızı isə sola çevirin(yəni baş və ayaqlar eyni istiqamətə, qollar isə əks istiqamətə çevrilir). Bu təmrini hər tərəfə 2 dəfə yerinə yetirmək lazımdır.

8. Ayaqlarınızı döşəmədən azacıq hündürə qaldırın- dabanlar yerdən 5-10 sm hündürdə olmalıdır(ayaqlar yerə yaxın olduqca onurğa sütununa və qarın nahiyəsinə daha çox yük düşür).Ayaqlarınızı bu vəziyyətdə saxlayaraq pəncələrinizlə havada rəqəmlər,hərflər, hətta sözlər yazın.

9. Aramla, tələsmədən ayaq üstə qalxıb möhkəm stola yaxınlaşın. Qarnı üstə stolun üstünə uzanıb əllərinizlə ön tərəfdən stolun kənarından yapışın. Ayaqlarınızı düz saxlayıb yavaş-yavaş o qədər qaldırın ki, onlar gövdənizlə eyni xəttdə olsun. Bu hərəkəti 2-3 dəfə təkrar edin.
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Ahu 05

    21 May 2014 17:42

    belim agriyan deyil..........

    miss__lady

    15 May 2014 22:57

    bezen agriyir belim

    Dark PrincesSa

    15 May 2014 20:36

    arada ağrayr belim oda rematizmadi

    Night Wolf

    15 May 2014 12:20

    belə ağrısına dözmək çox çətindir. Hərdən belim ağrıyır amma çox az hallarda
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!