Loading...
Tər qoxusundan necə qurtulmalı?

Tər qoxusundan necə qurtulmalı?

Loading...
Tər qoxusundan necə qurtulmalı? 
 
Hər kəsin kabusuna çevrilən tər qoxusunun qarşısını almaq o qədər də asan deyil. Tərləmənin təbii hal olduğunu nəzərə alaraq, bəzi üsullarla tər qoxusuna səbəb olan amilləri aradan qaldırmaq mümkündür.

Tər qoxusunun qarşısını almaq üçün tez-tez çimmək, dezodorant istifadə etmək, sərin yerlərdə durmaq kifayət etmir. Bunun üçün həm də geyinərkən düzgün rəng və parça seçmək, yediyimiz qidalara diqqət etmək, dezodorant və ya ətri tərin üzərinə sıxmamaq və bol su içmək lazımdır.
 
 Tər qoxusundan necə qurtulmalı?

Niyə tərləyirik?

Milli.Az ailem.az-a istinadən xəbər verir ki, havalar isti olduqda və ya hansısa psixoloji səbəbdən dolayı (stress, qorxu, utanma) bədən istiliyi normasından çox olur. Bu zaman beyin bədən istiliyini normal səviyyəyə endirməsi üçün tər vəzlərinə siqnallar göndərir və bədən istiliyi normasına dönür. Ancaq tərləmə həm də trioid xəstəlikləri, menopauza dövrü, yüksək təzyiq, nevroloji xəstəliklərdən dolayı baş verə bilər və bu halda olan xəstə həkimə müraciət edib uyğun müalicəni almalıdır.

Yay aylarında mümkündürsə, 2 gündən bir çimmək lazımdır. Çimdikdən sonra tər qoxusunu uzun müddət əngəlləyəcək dezodorant və ətirlər istifadə edilməlidir. Gün ərzində tərləyən bölgələrə ətir, ya dezodorant sıxmaq olmaz, çünki bu, daha pis tər qoxusunun yaranmasına səbəb olar. Ona görə tərləyən bölgənizi yuduqdan sonra dezodorant və ya ətir vurun.

Yay aylarında yağlı və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır. Bol-bol meyvə-tərəvəz yeyin.

Yayda günəş işığını özünə çəkən sintetik, dəriyə yapışan, tünd rəngli geyimlər geyinməyin. Bunun yerinə pambıqdan olan geniş, açıq rəngli paltarlar geyinin. Qapalı, sərt dərili və tünd rəngli ayaqqabılardan da uzaq durun.

Yay aylarında maye itkisinin qarşısını almaq və bədən istiliyini normaya salmaq üçün bol-bol su için. Soyuq və buzlu sulardan uzaq durun. Onun yerinə gündə 8 litr ilıq su içməklə tərləməni əngəlləyə bilərsiniz.

Tərləmə psixoloji amillərdən irəli gəlirsə yoqa, meditasiya kim sakitləşdirici idman hərəkətləriylə hisslərinizi cilovlaya və tərləmənin azalmasına kömək edə bilərsiniz. 
 
Tər qoxusundan necə qurtulmalı?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Ahu 05

    21 May 2014 17:51

    bele problemim yoxdu.

    miss__lady

    21 Aprel 2014 09:33

    cox gec gec terleyirem ama terlesemde heyatim boyu menden ter iyi gelmiyib

    Dark PrincesSa

    20 Aprel 2014 17:17

    iyyyyyy nifret edirem ter qoxusuna

    Jenny J

    20 Aprel 2014 15:24

    Tərləyəndə çıxan o qoxudan nifrət edirəm.Həmişə çantamda deodorant olur.
    --------------------
    Wow man, this is weird on acid..



    Night Wolf

    20 Aprel 2014 13:14

    O qoxuya nifrət edirəm
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!