Fon yüklənir...
Загрузка...

Stressə necə qalib gələk

Загрузка...
Stressə necə qalib gələk

 

1.Sakitliklə meditasiya.
Rahat əyləşin və diqqətinizi tənəffüsünüzə cəmləşdirin. Bu müddəalarr üzərində düşünün:tənəffüs-həyatın məğzidir. Oksigen-həyatın mənbəyidir. Nəfəs alarkən təssəvvür edin ki, bədəninizin hər bir hüceyrəsi oksigenlə necə dolur. Aramla və dərindən nəfəs alın, hər bir nəfəsinizə diqqət yetirin. Getdikcə özünüz də hiss edəcəksiniz ki, həyat qüvvəniz necə artır və içiniz dünyaya dərin minnətdarlıq hissi ilə dolur.
2.Əgər nəsə sizə rahatlıq vermirsə, həmin problemin kökünü tapmaq vacibdir.
Vəziyyəti götür-qoy edin, ona müxtəlif tərəflərdən nəzər salın, xoşagəlməzliklərin mahiyyəti sizə aydın olandan sonra onun çarəsinə başlayın. Bütün problemlərin həllinə sizin gücünüz çatar! Buna əmin olub, işə başlayın. Sonra da öz qələbənizlə qürrələnin!
3.Psixoterapvetə müraciət edin, ya da stresin aradan qaldırılması üzrə məşğələyə gedin.
Bu, stress situasiyalarının öhdəsindən necə gəlməyin mümkünlüyünü öyrənmək üçün çox yaxşı üsuldur. Siz xeyli faydalı tövsiyə ala bilərsiniz, qrup məşğələrində isə öz təcrübənizi başqaları ilə bölüşə bilərsiniz.

4.Bitkilərə qulluq edin.
İstər dibçək gülü olsun, istərsə də, bostanda əkilən tərəvəz, fərqi yoxdur, onlara qulluq çox güclü sakitləşdirici təsir göstərir. Canlı gül-çiçəyə yaxından tamaşa etməyin özü də insana dinclik gətirir.

5.Ağlayın.
Bu insanın stress və iztrabına qarşı təbii reaksiyadır. Ağlamaq bədəndə yığılmış toksinlərdən və emosianal iztirabdan qurtulmaqda orqanizmə kümək edir. Göz yaşı axıtmağa ehtiyacınız varsa, utanmayın, ağlayın.

6.Mahnı oxuyun.
Xoşbəxt adam sevincindən oxuyur. Qüssələndikdə isə adətən zümzümə edir. Mahnı-hisslərin əksidir. Siz oxuyanda emosiyalarınızı bölüşürsünüz. Odur ki, harada-dost məclisində, vanna otağında olmağınızdan asılı olmayaraq, sevdiyiniz mahnıları oxuyun ki, həyatınıza hərarət gəlsin.
7.Sevdiyiniz əyləncə ilə başınızı qatın.
Vaxtınızı nə qədər mənalı keçirsəniz, sizin üçün bir o qədər yaxşı olar.
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

17 Mart 2014 13:38

Sitat: sevgi meleyi zema
mahni oxuyun tesekkurler canim xebere gore

Çox sağ ol

Sitat: sevgi meleyi zema
mahni oxuyun tesekkurler canim xebere gore

Çox sağ ol
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

BeLiCtIoNeR

16 Mart 2014 21:58

tewekkurler......

sevgi meleyi zema

16 Mart 2014 12:09

mahni oxuyun tesekkurler canim xebere gore

Dark PrincesSa

16 Mart 2014 11:48

5.Ağlayın.
Bu insanın stress və iztrabına qarşı təbii reaksiyadır. Ağlamaq bədəndə yığılmış toksinlərdən və emosianal iztirabdan qurtulmaqda orqanizmə kümək edir. Göz yaşı axıtmağa ehtiyacınız varsa, utanmayın, ağlayın.



Xoşbəxt adam sevincindən oxuyur. Qüssələndikdə isə adətən zümzümə edir. Mahnı-hisslərin əksidir. Siz oxuyanda emosiyalarınızı bölüşürsünüz. Odur ki, harada-dost məclisində, vanna otağında olmağınızdan asılı olmayaraq, sevdiyiniz mahnıları oxuyun ki, həyatınıza hərarət gəlsin.


bunlari hemwe edirem sevncli olandada depresiyada olandada recourse
loading...
Загрузка...