Fon yüklənir...
Загрузка...

Stressə necə qalib gələk

Загрузка...
Stressə necə qalib gələk?

 

1.Yaxşı nəsə barədə düşünün.
Ola bilsin ki, siz həyatda bəxtinizin gətirmədiyi barədə çox düşünürsünüz. Çalışın ki, fikirinizi həyatın işıqlı tərəflərinə yönəldəsiniz. Heç olmasa, son vaxtlar baş vermiş bir xoşagələn məqamı yada salın. Onu hansı hissləri keçirmişdiniz? Yaddaşınızdakı həmin epizodu mümkün qədər dolğun təsəvvür etməyə çalışın. Onu xatırlayın. Həmin xatirədən ayrılmağa çalışmayın. Bir daha həmin məqamda duyduğunuz qısa xoşbəxtlikdən həzz alın.

2.Kitab oxuyun.
Araşdırmalar göstərir ki, bu sadə mütod xüsusi relaksasiya musiqisini dinləməkdən daha yaxşı sakitləşmətyə və yüngülləşməyə kömək edir. Amma ən çox sevfiyiniz mövzuda mütaliə edin.

3.Şəraiti dəyişin.
Məzuniyyə götürün, ya da bir neçə günlüyə işdən uzaqlaşın və stress səbəbindən uzaq qaçın. Mühiti dəyişmək və yeni təəssüratlar qazanmaq üçün hara istəsəniz, gedin. Ən ideal seçim mineral su mənbələri olan kurorta getməkdi. Təzə təəssüratlar qazanmaqla yanaşı, həm də səhhətimnizə əl gəzdirərsiniz.

4.Ürəkaçan bir situasiyanı uydurun.
Keçmişdəki yaxşılıqları yada salmaq əvəzinə, həmin məqamları indi təssəvvür edin. Bu məqamı ürəkdən yaşayın. Diqqətinizi nəsə gözəl bir şeyə, çiçəyə, ya da şamın şöləsinə cəmləşdirin. Kənar fikirləri uzaqlaşdırın. Gözəlliyi təsəvvür etməyə, yaxud ona ad verməyə çalışın, dinməzcə ondan həzz alın. Qoy xoş hisslər sizi bürüsün. Özünüzü seyr etdiyiniz əşya ilə bütöv hiss edin.

5.Ev heyvanları ilə oynayın.
Təqdiqatlar göstərir ki, ev heyvanları ilə ünsiyyət qan təyziqini aşağı salır və ürək döyüntülərini sakitləşdirir. Lakin ev heyvanları deyərkən heç də dördayaqlılar nəzərdə tutulmur. Akvariumdakı balıqları, qəfəsdəki quşlar seyr etmək eyni sakitləşdirici effekt verir.

6.Heç nə etməyin
Eləcə boş divara tamaşa edin. Beynizi hər cür fikirlərdən təmizləyin. Bircə fikrin də formalaşmasına imkan verməyin. Şüurunuza daxil olmaq istəyən hər fikirlə mübarizə aparın. 15-20 dəqiqədən sonra özünüzü xeyli yüngülləşdirmiş hiss edəcəksiniz.

7.Müxtəlif yeməklərin hazırlanmasına girişin.
Düzdür, heç də hamı kulinariya ilə maraqlananmır. Dadlı və faydalı təamın hazırlanması böyük həzz verə və güclü sakitləşdirici təsir göstərə bilər.
Загрузка...

ŞƏRHLƏR

sevgi meleyi zema

14 Mart 2014 16:43

men dekitab oxuyaram sagolun xebere gore

Dark PrincesSa

14 Mart 2014 08:52

Akvarimumda baligim var dovwanm var papuqaym var stresde olanda vaxtmi olarnan oynayaraq kecicirem cheers bu fikirle raziyam heyvanlari stressden uzaqlawdra bilir

Starbucks

13 Mart 2014 14:36

Sitat: Night Wolf
Caan neyniyim deməliyəm axı :)

aciq
--------------------
Follow İnstagram: @anti_standart

Night Wolf

13 Mart 2014 14:34

Sitat: Ms.Joyka
Hər dəfə mütləq deməlisən ki, gözlərim göydür?)) Göy göz deyəndə, ağlım çıxır başımdan))

Caan neyniyim deməliyəm axı :) mac
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Starbucks

13 Mart 2014 14:05

Sitat: Night Wolf
Düzü stress, depressiya mənə yad olan şeylərdi. Həyat göy gözlərimlə çox gözəl görürəm :)

Hər dəfə mütləq deməlisən ki, gözlərim göydür?)) am Göy göz deyəndə, ağlım çıxır başımdan)) love
--------------------
Follow İnstagram: @anti_standart

Night Wolf

13 Mart 2014 14:01

Düzü stress, depressiya mənə yad olan şeylərdi. Həyat göy gözlərimlə çox gözəl görürəm :)
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...