Fon yüklənir...
Загрузка...

Maddər mübadiləsini sürətləndirən üsullar

Загрузка...
Maddər mübadiləsini sürətləndirən üsullar

 

1.Tez-tez amma az-az yeyin
Bir çox pəhrizlərin əsas şərti az-az yeməkdir. Orqanizmə daxil olan qidalı maddələrin emalından ötrü gün ərzində qəbul edilən kalorinin 10 %-i sərf edilir. Bu üsul yemək metabolizm prosesini sürətləndirir.

2.Fiziki aktivlik
Müntəzəm fiziki yükləmələr, yeriş, qaçış, velopised sürmək həm əzələ toxumasının bərpasına, həm də maddələr mübadiləsi tempinin sürətlənmisinə kömək edir, bu effekt məşqdən sonrakı bir saat ərzində davam edir. Günün sonuna yaxın bu temp zəifləyir, lakin axşam məşqləri onu zəifləməyə qoymur. Üstəlik, belə məşqin effekti bir neçə saat davam edir. Beləliklə, insan yuxuda olarkən də piy əriyir. Yadda saxlayın ki, məşq yatmazdan ən azı üç saat əvvəl başa çatmalıdır.

3.Əzələ kütləsinin artırılması
Əzələ toxuması öz fəaliyyətini təmin etmək üçün piy toxumasından xeyli çox kalori sərf edir. Yarım kilo əzələ toxuması gün ərzində təxminən 35-45 kalori, eyni çəkidə piy toxuması isə cəmi 2 kalori sərf edir. Deməli, əzələlər nə qədər çox inkişaf edibsə, həyat fəaliyyəti prosesində kalori məsrəfi bir o qədər artır.

4.Çəki korreksiyası üçün masaj
Antisellülit masajı nəticəsində qanın axını güclənir ki, bu da maddələr mübadiləsinin sürətləndirir. Ballı masaj əzələlərin özünübərpasına kömək edir, qan dövranını yaxşılaşdırır və metabolizmin sürətini artırır. Vakuum masajı əzələ və toxumalarda qanın mikrosirkulsoyasını yaxşılaşdırır, maddələr mübadiləsinin sürətləndirir, artıq mayenin xaric olunmasına kömək edir.

5.Hamam
Hamam metobolizm səviyyəsini bir neçə dəfə artırır. Buxar dəri masamələrini açır, yığılmış çöküntüləri qovur, ürəkdöyünməni tezləşdirir. Hamam toxuma və hüceyrələrdə mübadilə proseslərini sürətləndirir və orqanizmi bərpa edir.
Загрузка...

ŞƏRHLƏR

gulumse

4 İyun 2014 13:12

yaxshi fikirdi hamam

Indora

6 Mart 2014 14:54

tesekkurler istifade etmeye calisacam maraqli xeberdi

Night Wolf

6 Mart 2014 12:25

2-ci tam mənə görədi demək olar ki bir yerdə durmuram
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...