Fon yüklənir...
Загрузка...

Öskürək əleyhinə

Загрузка...
Öskürək əleyhinə

 

Öskürəyin bir sıra növləri mövcuddur:
1. Davam etmə müddətinə görə: Tutmalara bənzər öskürək, dövrü davam edən öskürək və ya periodik öskürək, fasiləsiz davam edən öskürək
2. Tembrinə görə: Hürən öskürək, xırıltılı öskürək, səssiz öskürək.
Öskürək əleyhinə işlədilən bəzi bitkilər.

Dərman gülxətmisi.
Bir xörək qaşığı xırdalanmış yarpaqların üzərinə bir stəkan qaynar su tökərək bir saat müddətində dəmləyib süzürlər. Alınan dəmlənmədən gündə 3-4 dəfə hər dəfə 1 çay qaşığı qəbul edirlər.

Banan
Yetişmiş meyvələri sürtgəcdən keçirir, alınan kütləni 1 fincan şirin su 2 banan meyvəsinə düşmək şərt ilə qazançaya yerləşdirilir, qarışığı qızdırır və isti halda qəbul edilir.

Bataqlıq ladankolu
1 çay qaşığı qurudulmuş və xırdalanmış otun üzərinə 2 stəkan qaynadılmış və soyudulmuş su əlavə edib qapalı qabda 8 saat müddətində dəmlədikdən sonra süzürlər. Alınan dəmləmədən gündə 4 dəfə hər dəfə ½ stəkan qəbul edirlər.

İsland mamırı
1 xörək qaşığı mamırın üzərinə 2 fincan qaynar su əlavə edərək dəmləyin və alınan dəmləmədən gündə 2 dəfə səhər və axşam hər dəfə 1 fincan qəbul edilir.

Adi başınağacı
1 stəkan müyvə üzərinə 1l qaynar su əlavə edirlər, 10 dəqiqə qaynadaraq süzülür, süzüntüyə 3 xörək qaşığı bal əlavə edilir. Alınan dəmləmədən gündə 3-4 dəfə və hər dəfə ½ stəkan qəbul edilir.

Baş soğan
Orta ölçülü 2 ədəd soğanağı xırda doğrayın, üzərinə 2 stəkan süd əlavə edin, 4 saat müddətində dəmlənir və süzülür. Alınan dəmləmədən hər 3 saatdan bir 1 xörək qaşığı qəbul edin. Dəmləmə ilə qarqara da etmək olar.

Meşə əməköməcisi
Bir neçə kökünü 0,5 l südə qaynadır, alınan bişirmədən gündə bir neçə dəfə qəhvə fincanı ilə qəbul edilər. Siqaret çəkənlərdə qalıq öskürək əleyhinə tətbiq edilir.
Загрузка...

ŞƏRHLƏR

Dark PrincesSa

15 Mart 2014 09:24

Wukur bele bi problemim yoxdu

sevgi meleyi zema

14 Mart 2014 16:31

qrip deyilem olanda istifade ederem tsk

Night Wolf

14 Mart 2014 15:52

Bitkilərlə çox xəstəlikləri sağaltmaq olar
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

14 Mart 2014 15:46

Indi cox berk oskururem ciyerlerim sokulcek ele bil derman icirem bunlardanda istifade ederem
--------------------
Wow man, this is weird on acid..



NICKY

14 Mart 2014 10:28

Gulxetmi dogurdan oskureye faydalidi icen kimi kesir:)
--------------------
♡♡♡
loading...
Загрузка...