Loading...
Gözəl səsə sahib olmanın yolları

Gözəl səsə sahib olmanın yolları

Loading...
Gözəl səsə sahib olmanın yolları

 

1.Soyuq içkilər içməyin. İsti havada soyuducuda saxlanılan sudan bir neçə qurtum içmək bəzən səsin batması ilə nəticələnir. Acı, duzlu, marinadlı ərzaqlara da çox meyil etməyin- onlar boğazı tez qıcıqlandırır.

2.Soyuqdəymədən özünüzü qoriyun. Bu qaydaya riayət etmək çox çətin olduğunda boğazınızda cüzi qıcıqlanma hiss edən kimi müalicəyə başlayın, çünki iltihab prossesindən sonra səs tellərinin toxumaları birləşdirici toxuma ilə əvəzləndiyindən səs kobudlaşır. Onun tembri və emosional təsiri dəyişir.

3.Çalışın ki, səs tellərinizi yormayasınız. Uzunmüddətli və hədsiz gərginlikdən qaçın, canlı ünsiyyətdən daha çox gələn telefon söhbətlərini azaldın.

4.Əgər səsiniz batıbsa, susun. Çünki aşağı tonlarda və ya pıçıltı ilə danışmaq əks təsir doğura bilər. Bu zaman səs telləri daha da gərginləşir.

5.Çalışın ki, az əsəbləşəsiniz: gözəl, qulağayatımlı səs orqnizmin ümumi vəziyyətindən, o cümlədən də sinir sisteminin vəziyyətindən də asılıdır.

6.Qışda küçədə, xüsusən də uzun və çılğın sonra danışmayın. Boğazınızın və səs tellərinizin dincəlməyinə imkan verin.

Gözəl səsin düşmənləri.
Həddən artıq isti və soyuq qida və içkilər. İsti qida udlaq damarlarını çox genişləndirir, çox soyuq isə-onları daraldır. Yəni hər ikisi eyni dərəcədə zərərlidir.

Alkoqollu və qazlı içkilər. Alkoqol səs tellərinin selikli qişasını qurudur, səsi xırıltılı edir. Qazlı sudakı hava qabarcıqları selikli qişanı qıcıqlandırır.

Quru və tozlu hava. Əgər otaqda hava çox qurudursa (rütubət 30-35%-dən aşağıdırsa), udlağın və səs tellərinin qıcıqlanmaması üçün havanı nəmləndirmək lazımdır.

Siqaret çəkməkdən səs tellərində iltihab prossesi başlayır, onların elestikliyi itir və səs xırıldayır. Yeri gəlmişkən, passiv siqaret çəkmə də səs aparatına zərər vurur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Starbucks

    1 Mart 2014 15:59

    Mahnı oxumaq cəhətdən yox,amma nitq cəhətdən səsim yaxşıdır.Təmiz nitqim var çox şükür.Səsim bir çox insanlara xoş gəlir.Təsadüfi deyil ki,tədbirlərdə aparıcı hər dəfə mən oluram)
    --------------------
    Follow İnstagram: @anti_standart

    Jenny J

    13 Fevral 2014 21:23

    Çox hirsdenende bir az qışqırıram sakitleşirem çünkü boğazım ağrıyır.Studiyodaki melimemin dediyine göre sesim yaxşıdı ehval ruhiyyelidi ama c herfini
    merdekanski deyirmişem mocking
    Sesim yaxşıdı bir sözle
    --------------------
    Wow man, this is weird on acid..



    Dark PrincesSa

    13 Fevral 2014 20:49

    Deyilene gore sesim var :)) xebere gore sagolun ne

    MiSS BlaCKStaR

    13 Fevral 2014 14:50

    Əşşii səsim çoxlarının xoşuna gəlsədə mənı elə gəlir adi səsdi..
    Mən istərdim xırıltılı olsun biraz :)
    --------------------
    Я оДНа таКаЯ

    Я не ЗаменимаЯ


    Ve bu da son :)

    A_K

    13 Fevral 2014 13:49

    Mugenniler oxusun. benim zaten sesim yok
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Night Wolf

    13 Fevral 2014 12:55

    hirlənəndə sesim dehşət kobud olur belə sakit vəziyyetde yaxşıdı səsim
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    NICKY

    13 Fevral 2014 11:31

    Maraqli xeberdi.
    --------------------
    ♡♡♡

    Eva_1

    13 Fevral 2014 11:30

    Bunları etmək 100% də 1.5% ancaq mümkündür.
    --------------------