Loading...
Sağlamlığımıza fikir verək

Sağlamlığımıza fikir verək

Loading...
]Sağlamlığımıza fikir verək!

 

İştahsızlıq
Heç vaxt iştahsızlıq şikayətlənmədiyiniz halda, son vaxtlar ən çox xoşladığınız təamları meylimiz çəkmir? Ola bilsin ki, sizin orqanizminizdə ya B vitamin qrupuna daxil olan vitaminlər çatışmır, ya da ürək, mədə-bağırsaq, böyrək xəstəliyinin təməli qoyulub.

Qarında ağrı
Göbək nahiyəsində, sonra isə qarının aşağı hissəsində ürəkbulanma, titrəmə, qızdırma ilə müşayiət olunan ağrılar-appendisitə işarədir.

Susuzluq
əgər havadan və sonuncu dəfə nə yediyinizdən asılı olmayaraq, tez-tez su içmək istəyirsinizsə, bu, şəkərli diabetin əlamətidir.

Ağzın künclərindəki çatlar
Dərinin quruması və yorğun görkəmi orqanizmdə dəmirin çatışmadığını göstərir.

Dərinin rənginin dəyişməsi
Saralma qaraciyər və ya dalaq xəstəliklərinə işarədir. Dərinin və dodaqların göyərməsi isə ürək xəstəliyindən və ya ağciyər xərçəngindən xəbər verir.

Öskürək
Öskürək 2-3 həftə davam edirsə, bu zaman həkimlə məsləhətləşmək lazımdır. Bu cür davamlı öskürək astmanın, ürək xəstəliyinin və ya ağciyər xərçənginin əlamətiir.

Qaşınma
Davamlı qaşınma diabet, göbələk infeksiyaları, sinir pozuntuları zamanı peyda ola bilər. Bu əlamət həm də limfaqranulematozun və ya Hodkinqs xəstəliyinin (limfa sisteminin bədxassəli)

Göz qapağının səyriməsi
Sağ və ya sol göz qapağının səyirməsindən asılı olmayaraq, müvafiq olaraq xoş və ya bəd xəbərə yozulmur. Sadəcə, orqanizmdə manezium çatışmadığını göstərir

Ağızdan gələn qoxu
Mədə xəstəliyinə və maddələr mübadiləsinin pozulmasına işarədir. Əgər tez-tez susmaqla yanaşı, həm də ağzınızdan pis qoxu gəldiyindən şikayətçisinizsə, bu artıq şəkərli diabetdən şübhələnməyə əsas verir.

Dırnaqların kövrəkliyi
Qalxanvari vəzi və ya ağciyər xəstəlikləri zamanı əl və ayaq barmaqlarının dırnaqlarında kövrəkliyə rast gəlmək olar. Əl dırnaqlarındakı uzununa çatlar mədəaltı vəzi xəstəliklərinə, köndələn şırımlar-badamcıqların iltihabına və ya doyunca qidalanmağa işarədir. Ayaq dırnaqlarında qalınlaşma və onların rəngini saralması göbələk infeksiyasının əlamətidir.

Qulaqlarda uğultu
Bu fizoloji hal, bir qayda olaraq, damarların daralması və arterial qan təzyiqinin yüksəlməsi ilə əlaqədardır.

Ayaqlarda şişkinlik
Bir ayaqda mayenin yığılması limfa sisteminin iltihabı, hər iki ayaqda suyun yığılması isə venaların genişlənməsi ilə bağlıdır. Bundan başqa, ayaqların şişməsi böyrək və ya ürək xəstəliklərinə görə müayinədən keçməyə əsas verir. Bədən toxumalarında və yaxud qarın boşluğu nahiyəsində mayenin toplanması qaraciyər xəstəlikləri ilə izh edilə bilər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Qismet directioner

    10 May 2014 17:39

    Saytın sağlamlığını bir dənə Murad fikirləşir dəə... fellow

    gulumse

    12 Fevral 2014 19:47

    neyniybeeeeeeeeee yemek yeyemirem

    Qismet directioner

    12 Fevral 2014 15:59

    Öskürək 2-3 həftə davam edirsə, bu zaman həkimlə məsləhətləşmək lazımdır.

    belay

    Starbucks

    12 Fevral 2014 15:25

    Faydalı xəbərdir)Bilmədiyim 1-2 məlumat var idi ki, onu da öyrəndim)
    --------------------
    Follow İnstagram: @anti_standart

    A_K

    12 Fevral 2014 12:55

    Hekime getmeye ehtiyac qalmadı artıq tongue
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Night Wolf

    12 Fevral 2014 12:54

    Məncə heç nəyə göz yummaq olmaz
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!