Loading...
Sağlamlığımıza fikir verək!

Sağlamlığımıza fikir verək!

Loading...
Sağlamlığımıza fikir verək!

 

Dəniz məhsulları görməni yaxşılaşdırır.
Balıq və molyusklardan ibarət rasiondan tez-tez istifadə edilməsi görmə qabiliyyətini uzun müddət qoruyaraq korluğun qarşısını ala bilir. ABŞ-da Con Hopkins tibb məktəbinin oftalmoloq-professoru Bonnelin Svinor bildirib ki, omeqa-3 yağ turşuları ilə zəngin olan dəniz məhsullarından müntəzəm və çox istifadə etdikdə gözdə yaşla əlaqədər yaranan makulyar degenerasiyanın qarşısını alır.
Kaliforniya ştatının Şərqi Merilend sahillərində yaşayan və həftədə bir dəfə balıq və molyusk yeyən 65-84 yaş aralığında olan 2390 iştirakçı arasında aparılmış tədqiqat bunu təsdiqləyir.Lakin bununla yanaşı mütəxəssislər genetika, ətraf mühit, pis vərdişlər, yanaşı xəstəliklərin olması kimi faktorları da unutmamağı və omeqa-3 yağ turşularını nəzarətsiz qəbul etməyin əleyhinə olduqlarını da söyləyir.

 

Sağlamlığımıza fikir verək!

 

Çimmək: Həftədə iki dəfə
Tez-tez çimmək dərinin turşu-qələvi balansını pozur, onun bakteriya və göbələklərdən təbii qorunmasını əngəlləyir. İsrail alimlərinin fikrincə, maye sabun və gel kimi vasitələrlə yuyunma faydalı deyildir. Həkim Raheli Luastinin dediyinə görə, hətta yayda da həftədə iki dəfədən çox duş qəbul etmək ziyanlıdır.
Tərkibində səthi-aktiv maddələrin çoxluğuna görə, maye sabun daha ciddi təsirə malikdir və dəri səthində pis yuyulur. Həkimlər gündəlik gigiyena qaydalarına əməl etmək şərti ilə, həftdə ən çoxu 2 dəfə duş qəbul etməyi məsləhət görürlər.

 

Sağlamlığımıza fikir verək!

 

Qril yeməklərin dəriyə təsiri
London üniversitetinin apardığı tədqiqatın gedişində aydın olmuşdur ki, qril rejimində hazırlanan qidaların tərkibində yaranan maddələr dəriyə mənfi təsir göstərir və vaxtından əvvəl qocaldır. Ziyanverici molekullar yüksək tempraturun təsiri nəticəsində karbohidrat, zülal və ya yağlar arasında gedən tezləşmiş qlikozilləşmə reaksiyası nəticəsində yaranır. Ona görə də qril rejimində hazırlanmış qidalardan mümkün qədər az istifadə etməyə çalışmaq lazımdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    nata17

    11 Fevral 2014 20:47

    Hə biraz məlumatım var idi indi çoox oldu təşəkkürlər

    Starbucks

    11 Fevral 2014 19:27

    2-ci maraqlı gəldi ən çox...
    --------------------
    Follow İnstagram: @anti_standart

    Jenny J

    11 Fevral 2014 18:13

    Qrilden xoşum gelir blush
    --------------------
    Wow man, this is weird on acid..



    A_K

    11 Fevral 2014 14:08

    Maraqlıydı...
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    _VoRKa_

    11 Fevral 2014 12:54

    balıqsız bir günüm olmasın. dəhşət çox sevirəm balığı. ümumiyyətlə ətdən daha çox dəniz məhsullarına üstünlük vermək lazım)
    --------------------
    бесят тупые принципы.
    бесит, что никто не может признаться в своих чувствах.
    бесит, что никто искренне не говорит правду.
    бесит, что если человек скучает, то он об этом не скажет.
    бесит, что мы все прячем правду за неуклюжей ложью...


    NICKY

    11 Fevral 2014 11:18

    Deniz mehsullarinin gormeye faydali oldugunu bilirdim.cimmek haqqindani birinci defe oxudum
    --------------------
    ♡♡♡

    Night Wolf

    11 Fevral 2014 11:10

    Çimmək barəsində olanı bilirdim qalanların hazırlayanda öyrendim
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!