Loading...
Yaddaşa və Beyinə faydalı olacaq qidalar

Yaddaşa və Beyinə faydalı olacaq qidalar

Loading...
Yaddaşa və Beyinə faydalı olacaq qidalar

 

Yaddaş zəifliyinə qarşı qidalar
Unutqanlığın 100-ə yaxın səbəbi vardır. Bunlar arasında alzheimər xəstəliyini, bəzi mənfi təsirli həbləri və dərmanları, alkoqolu içkiləri, B12 vitaminin çatışmamazlığını, parkinson xəstəliyini, depresiyanı, şizofreniyanı, epilepsi və başqa səbəbləri göstərmək olar.
Son zamanlarda unutqanmısınız? Çox əhəmiyyətli işinizi unudursunuzmu? Unutqanlıq nə vaxt xəstəlik sayılır?Unutqanlıqlığın qarşısını almaq üçün hansı məhsullar faydalıdır? və s. maraqlı suallar həqiqətən də günümüzdə vacib və aktual məsələlərdən hesab olunur.
Hər unutma hərəkəti tədbir almağı tələb etməz. Lakin unutqanlıq işlərimizi etməmizə maneə törətməyə, həyatımıza ciddi şəkildə təsir etməyə başlamışsa artıq bu problemin həlli mütləq bir şəkildə vacib mövzulardan birinə çevrilir. Depressiya da ciddi unutqanlıq səbəblərindən biridir.
Spirt və siqaret kimi pis vərdişlər də psixoloji və nevroloji olaraq unutqanlığın ortaya çıxmasının səbəbidir. Əlavə edilməsi vacibdir ki, yaş irəlilədikcə zehni funksiyalar zəifləməyə başlayır. Unutqanlıq insanın gün ərzində iş rejimini pozursa, əvvəl danışdıqlarını xatırlaya bilmirsə, söyləmək istədiklərini unudursa, bir az əvvəl görüşdüyü insanı tanımırsa, önəmli görüşlərini yada sala bilmirsə və s. hallar ilə tez-tez üzləşirsə bu halda unutqanlıq hadisələri xəstəliyə çevrilə bilər.
Əgər bu hal uzun müddət davam edərsə, bu vəziyyətdə həkimə müraciət etmək lazımdır. Qidalanmanızda bu problemi aradan qaldıracaq qidalardan, məhsullardan daha çox istifadə vacibdir. Bu məhsullara qaragilə meyvəsi, qoz, yumurta, plitka şokolad, yağlı balıqlar, dərman rozmarini, zeytun yağı, yaşıl çay və s. daxildir.

1.Qaragilə
Qaragilə antosiyanlarla zəngin olan çox güclü meyvədir, xüsusilə yaddaşı gücləndirici təsiri tədqiqatçılar tərəfindən dəstəklənir. Qaragilə insultdan sonra beyin fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir və qida traktının iltihabını azaldır, mədə pozğunluğunu yaxşılaşdırır. O, təkcə yaddaşı gücləndirmir, eyni zamanda onun meyvəsinin dəmlənməsi və bişirilməsi mədə-bağırsaq traktının fəaliyyətini nizamlayır, maddələr mübadiləsini tarazlaşdırır, iltihab əleyhinə və büzücü, bərkidici, sidikqovucu, ağrıkəsici, qankəsici və spazmagötürücü vasitə kimi işlədilir.
Fransanın oftolmoloji laboratoriyası müəyyən etmişdir ki, qaragilənin meyvəsi görməni qaranlıqda yaxşılaşdırır, gözün yorğunluğunu götürür, torlu qişada işığa həssas hüceyrələrin yeniləşməsini sürətləndirir. İkinci dünya müharibəsi zamanı ingilis təyyarəçiləri qaranlıqda yaxşı görmək məqsədilə qaragilədən hazırlanmış məmulatlardan istifadə etmişlər. Qaragilə kosmonavtların da menyusuna daxildir. Bu bitkiyə tək -tək halda Qafqazda, o cümlədən Azərbaycanda təsadüf olunur.
Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir.

2.Qoz
Beyni qidalandıran ən təsirli məhsuldur. Quru qoz həm omeqa-3, həm də sinklə zəngindir. Bunları özündə cəmləşdirdiyinə görə güclü bir yaddaş qoruyucusu hesab olunur. Qoz yağı həmdə əsəb sinirlərini sakitləşdirir, tük tökülməsinin qarşısını alır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir.

3.Yumurta
Yumurta bir çox vitaminlərlə (Lesitin və B vitaminləri) olduqca zəngin olduğuna görə beyni qidalandırır və yaddaşı gücləndirir. Yumurta qida rasionunda nizamlı olaraq qəbul edildikdə onun orqanizmə verəcəyi təsir də faydalı olur. Yumurtanın sarısında ümumiyyətlə vitamin sayı çoxdur, yəni A, B1, B2, D, E, PP və eyni zamanda ferment, doymamış yağlı sirkə də vardır. Yumurtaının məhz sarısında karotin (yerkökünün, yumurta sarısının, südün və s-nin tərkibində olan narıncı-sarı piqment) hissəciyi vardır ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər.

4.Şokolad
Tərkibində kakao olduğuna görə beyində olan qan axışını sürətləndirir. Şokoladın tərkibində olan kakaonun 50% -dən çoxu beyinə olan müsbət təsir effektini göstərir.

5.Yağlı balıqlar
Balığın tərkibində olan omeqa-3 maddəsi beyinə müsbət təsir edir. Bu səbəbdən qida rasionunda daha çox yağlı balıqlardan istifadə etmək lazımdır. İstifadə etdikdə qızartmamaq vacibdir.

6.Dərman rozmarini
Beyinə gedən qan axışını sürətləndirici təsiri olduğuna görə hafizəni gücləndirir.

7.Zeytun yağı
Zeytun yağının tərkibində olan oleuropein ve hidroksitirosol maddələri aparılan tədqiqatlar nəticəsində hafizəni və yaddaşı gücləndirdiyi, beyin xəstəliklərini qoruduğu müəyyənləşmişdir. Çoxlu faydası olduğuna görə ölkəmizdə də istehsal olunur.

8.Yaşıl çay
Yaşıl çayın tərkibində antioksidant maddəsi yüksək olduğundan çoxlu faydası ilə bərabər yaddaşı və hafizəni gücləndirməyə təsiri var. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır.

 

Yaddaşa və Beyinə faydalı olacaq qidalar

 

Beyin üçün faydalı qidalar

1.TAXIL MƏHSULLARI
Bu günə qədər kilo verməyi sınadınsa taxılların insan bədəni üçün əhəmiyyətini bilərsən. Kəpəkli buğda, ehtiva etdiyi yüksək folik turşu ilə qan axışını artırmağa faydalıdı. Taxıllar bir çox vitamin və B6 ehtiva edər. Yaddaş üçün də son dərəcə faydalı olduqları sübut edilmişdir.

2.ÇAY
Səhərlər qəhvəni unudub çay içməyə alışmanın tam vaxtıdı. Əgər zaman zaman beyninin yorğun olduğunu hiss edirsənsə bu vəziyyətdə çay içərək beyninə kömək etmiş olursunuz. Çay səhərlər günə başlamaq üçün qətiliklə doğru bir seçimdi.

3.YUMURTA
Yaşımız irəlilədikcə beynimiz zəifləməyə başlayar. Heç kim zəifləmiş bir beyin istəməyəcəyinə görə yumurta yeyərək bu vəziyyətlə mübarizə edilə bilər. Yumurta yüksək miqdarda B12 ehtiva edər. B12 isə Alzheimer xəstəliyinin müalicəsində olduqca əhəmiyyətli bir qida maddəsidir. Ancaq çox yumurta yemək xüsusilə kolestrol üçün zərərli ola bilər. Bu vəziyyətdə gündə 1-2 dəfə yumurta ehtiva edən qidalar istehlak etmək beyin sağlamlığı üçün son dərəcə əhəmiyyətli.

4.TUT
Əgər tərəvəz sevən biri deyilsinizsə meyvə yemək sizin üçün faydalı ola bilər. Xüsusilə kiçik və sulu meyvələr. Kiçik yumşaq meyvələrin çoxu, böyürtkənlər, çöl moruqu və tut zəkanı gücləndirmək üçün böyük təsiri olan antioksidanla doludur. Gündə bir dəfə bu kiçik yumşaq meyvələri yeyərək beyində yaşlanmanın təsirlərini yavaşlada bilərsən.

5.FINDIQ
Fıstıq, fındıq, badam, qoz, balqabaq dənəsi, günəbaxan toxumu zəka üçün lazımdı. Omeqa, omeqa 3, E vitamini və B6 bu qidalarda olar. Bunlar sənin daha rahat düşünməyinə köməkçi olar.

6.BALIQ
Balıq yemək sağlamlıq üçün xüsusilə də beyin üçün son dərəcə faydalıdır. Balıq omeqa 3 və bədən üçün faydalı bir çox yağ turşusu saxlayar. Həftədə bir dəfə balıq yemək alzheimara tutulma riskini azaldar. Doymuş yağ turşuları beyin funksiyalarının işinə çox köməkçi olar. Omeqa 3 beyin üçün daha çox oksigen təmin edər və köhnə məlumatları xatırlamağa köməkçi olar. Sağlamlıq üçün ən yaxşı balıqlar somon və ton balığıdır.

7.ŞOKOLAD
Çox miqdarda şokolad yemək təbii ki xəstə edə bilər. Ancaq gün içində bir stəkan isti şokolad içmək zəka içində kifayətdir. Kakao beyin üçün ən bəsləyici qida maddəsidir. Çünki şokoladda olan antioksidan qırmızı şərab ya da çayda olan çox daha qüvvətlidir. Qan axışını sürətləndirər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Həyat

    3 Fevral 2014 20:58

    Yaddaşım getdikcə zəifləyir demək olar ki,çox şey silinib bilmirəm niyə amma buların çoxusuyla qidalanıram balıq isə sevmirəm səbrim yoxdu onu təmizləyib yeməyə((bircə ağ balıq yeyirəm odaki tək-tük hallarda
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Jenny J

    3 Fevral 2014 20:38

    Yaddaşım güclüdü :)
    --------------------
    Wow man, this is weird on acid..



    Dark PrincesSa

    3 Fevral 2014 18:38

    axrinci wekil ne iyrencdi ))

    A_K

    3 Fevral 2014 14:31

    Yuxardaki şekilin yeri var;)) Qısacası başlıqları oxudum, ve xeberim vardı. Bacardığımız qeder yeyirik. Ama yaddaşım heddinden artığ zeyifdi. Bu birazda diqqetsiz olmağdan gelen bir şeydir.
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Night Wolf

    3 Fevral 2014 14:26

    Yaddaş zəifliyinə qarşı qidalardan şokoladı, Beyin üçün faydalı qidalardan balığı, fındığı xoşlayıram.
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
    Загрузка...