Loading...
H3N2 virusundan necə qorunaq?

H3N2 virusundan necə qorunaq?

Loading...
H3N2 virusundan necə qorunaq?

Daha tez sağalmanız üçün ev şəraitində təbii üsullardan faydalana bilərsiniz.
Payız və qış mövsümündə təsirini göstərən qrip, bəzən noyabrın sonuna doğru başlayıb, marta qədər davam edir. Qrip və soyuqdəymə dövründə sağlam olmağa çalışsanız belə, xəstəlikdən qaçmanız çətin olur.

İllik qrip peyvəndi etdirsəniz həm özünüzü, həm də ailənizi qrip virusundan daha uzun müddət qorumuş olarsınız. H3N2 virusunun əlamətləri: qızdırma, öskürək, boğaz ağrısı, burun axıntısı və tutulması, baş ağrısı, kefsizlik, titrəmə, gözlərdə və burunda qırmızılıq, iştahasızlıq, bədəndə yüngül və ya şiddətli ağrılar.

Xəstələndiyiniz zaman aşağıdakı müalicə üsullarını ev şəraitində istifadə edərək təbii yollarla sağalamanızı təmin edə bilərsiniz:


1. Yataraq istirahət edin:

Yataraq istirahət etmək sağlamlığınıza qovuşmanız üçün daha əhəmiyyətli bir üsuldur. Buna görə də 24 və ya 48 saat arasında hər hansı bir dərman istifadə etmədən qızmanız düşənə qədər yata bildiyiniz qədər çox yatmanız və digər insanlarla ünsiyyəti təxirə salmanız daha önəmlidir. İstirahət edərkən başınızın altına hündür olmayan bir yastıq qoymanız nəfəs yolunuzun açılmasına köməkçi olacaq və yuxunuzu daha komfortlu hala gətirəcək.


2. Qarqara edin:

Boğazınızda ağrı varsa duzlu və ya normal su ilə qarqara edin. Qarqara boğazınızdakı qabarıqlığı və bəlğəmi azaltmağa kömək olur. Ayrıca edilən bir araşdırma nəticəsində 3 ay davamlı olaraq hər gün üç dəfə yaşıl çayla qarqara edən hər kəs digər insanlara nisbətən daha az qripə tutulma riskiylə üz-üzə qalır. Yaşıl çayda olan kateşin (bir antioksidan növü) infeksiyanın qarşısını alır.


3. Bol maye istifadə edin:

Əgər qızmanız varsa, bədəninizin susuz qalma ehtimalı yüksəkdir, buna görə bol maye istifadə etməniz olduqca əhəmiyyətlidir. Xüsusilə çay və qəhvə kimi isti içkilər qrip əlamətlərinin qarşısını alır və çox faydalıdır.


4. Buxarlı bir duş qəbul edin:

Buxarlı bir duş qəbul etmək burnunuzda və boğazınızda olan bəlğəmin təmizlənməsi üçün daha faydalıdır. Əgər qrip simptomu ilə özünüzü əldən düşmüş, yorğun və ya başgicəlmə halında hiss edirsinizsə bir müddət buxarlı mühitdə qalmanız daha vacibdir.

5 və ya 7 gündən sonra hələ də özünüzü yaxşı hiss etmirsinizsə, daha ciddi nəticələrin yaranmaması üçün təbii müalicəvi üsullardan imtina edərək tibbi müalicə qəbul etməniz önəmlidir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Dark PrincesSa

    22 May 2014 21:08

    heçnə olmazz ))

    ❃FloRal❃

    16 Yanvar 2014 22:27

    Qisda qri olmuram, Allahdan :)
    --------------------

    ***
    ❃❃❃

    ***

    Nahid-19

    16 Yanvar 2014 18:26

    Eh bu xəstəlk nədirki dərdimin yanında(( ama inanmadığım gerçəkləşdi....!
    --------------------
    Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

    A_K

    15 Yanvar 2014 22:03

    Bu xeberi daha tez hazırlayardında Kriptografiya)) men artıq bu xesteliye yaxalandımda sagaldım uje
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Qismet directioner

    15 Yanvar 2014 19:49

    1. Yataraq istirahət edin:

    bana uyar.

    Night Wolf

    15 Yanvar 2014 18:43

    Çalışmaq lazımdır ki heç xəstələməyəsən
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Həyat

    15 Yanvar 2014 18:20

    Şükür bu qış 1 dəfə qrip oldum odaki yüngülvari
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    gulumse

    15 Yanvar 2014 15:26

    etdim buxarli dus ama titretmeden olurem

    Ms.Aytac

    15 Yanvar 2014 15:02

    Mende o xestelikden teze qurtulmusam onun uzunden yeni il kecire bilmemisem

    Jenny J

    15 Yanvar 2014 14:44

    xestelikden olureme :||
    --------------------
    Wow man, this is weird on acid..