Loading...
Tibbdə inqilab

Tibbdə inqilab

Loading...
Tibbdə inqilab

 

Hər il 100 min nəfər insan ürək köçürülməsi əməliyyatına ehtiyac duyur. Bununla belə il ərzində cəmi 4 min donor transplantoloqların əlində olur. Ötən əsrin 80-ci illərindən etibarən bir çox ölkələrdə süni ürəyin hazırlanması məqsədi ilə işlər aparılır.

Artıq 2015-ci ildən etibarən Avropa Birliyinin bütün ölkələrində süni ürək implantasiyası əlçatan olacaq.

Bir neçə il əvvəl fransalı biomühəndislər və kardiocərrahlar bu sahədə sıçrayışa nail olmuşdular. CARMAT şirkətinin bir qrup mütəxəssisi professor Alen Karmantyenin rəhbərliyi ilə tamamilə süni ürək hazılamışdılar. Bu ürəyin hazırlanması üçün 20 il vaxt sərf olunmuşdu. İndi isə süni ürək daha da təkmilləşdirilib və bütün cərrahi tələblərə uyğun gəlir.

 

Tibbdə inqilab

 

Yeni süni ürək ölçüsünə və formasına görə təbii analoqunun tələblərinə cavab verir. İndi implantın çəkisi 900 qramdır. Bu isə orta yaşlı kişinin ürəyinin çəkisindən 3 dəfə çoxdur. Hazırda həmin parametrlərin aşağı salınması üçün aktiv iş gedir.

Bununla belə süni ürək pasiyentə imkan verəcək ki, fiziki aktivlik və istirahət zamanı özünü rahat hiss etsin.

Protez homouyğunluğa (qan dövranı ilə uyğundur və eritrositlərin məhvinə səbəb olmur), biostabilliyə malikdir və trombogenlik yoxdur (trombların yaranmasına xidmət etmir).

 

Tibbdə inqilab

 

Sentyabr ayında Fransa hökuməti ilk dörd əməliyyatın keçirilməsinə icazə verib. Könüllü şəkildə əməliyyata qatılanlar ürək çatışmazlığından əziyyət çəkirdilər.

İlk əməliyyat dekabrın 18-də Jorj Pompidu Avropa Hospitalında (HEGP) baş tutub. Əməliyyata daxil olan 75 yaşlı kişi ölümcül vəziyyətdə olub. İndi onun vəziyyəti normal və stabil kimi qiymətləndirilir. Əməliyyatın ikinci günü o, süni nəfəs aparatından ayrılıb.

CARMAT şirkətinin kardiocərrahları və mütəxəssisləri, o cümlədən baş direktor Marsello Konviti uzunmüddətli proqnozlar verməkdən çəkinirlər. Ancaq əməliyyatın uğurlu olduğunu hesab edirlər.
Əgər bundan sonrakı üç əməliyyat da uğurlu olsa, 2015-ci ildən etibarən Avropa Birliyində süni ürək transplantasiyası əməliyyatı mümkün olacaq.

Bu əməliyyatın qiyməti 140-180 min avro civarında dəyişəcək.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Eva_1

    10 Yanvar 2014 14:50

    ooo çoox bahalı əməliyyatdı İnşallah Allah heç kəsə nəsib etməsin bel ə çətinlikləri
    --------------------

    Night Wolf

    8 Yanvar 2014 19:13

    amma tibde eleyiesi hele cox sey var
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Jenny J

    8 Yanvar 2014 17:27

    Bunuda elediler halaldi :))
    --------------------
    Wow man, this is weird on acid..



    gulumse

    8 Yanvar 2014 17:04

    bunu ixtra edenin canin allah sag elesin

    v for vendetta

    8 Yanvar 2014 14:37

    Alah hec kime tebii olanini itirib suniden istifade etmeyi nesib etmesin..

    MiSS BlaCKStaR

    8 Yanvar 2014 14:22

    Allah uzaq eləsin..
    Xəstələrin köməyi olsun,rəhmi gəlsin onlara.
    --------------------
    Я оДНа таКаЯ

    Я не ЗаменимаЯ


    Ve bu da son :)