Loading...

İşgüzar xanımlar üçün pəhriz.
Sağlamlıq
- 09 Yanvar, 2010
- 7 640 Baxış
Loading...
İşguzar xanımlar üçün pəhriz.

1-ci gün.
Səhər yeməyi: Üzərinə nazik təbəqədə kərə yağı çəkilmiş bir dilim çörək, 1 ədəd bərk bişmiş yumurta, gavalı.
Nahar: bulka, pomidor, 50 q yağsız ət, əzilmiş lobyaları hazırlanmış salat, 150 q qabıqla bişirilmiş kartof, alma və ya armud.
2-ci gün.
Səhər yeməyi: stəkan yarım portağal şirəsi, suxarı, stəkan yarım süd və banan.
Nahar: 200 q yağsız bişirilmiş dərisiz toyuq əti, 2 pomidor, xiyar, 1 stəkan turşməzə yoqurt, alma və ya armud.
Şam: 150 q qabıqla bişirilmiş kartof, meyvələrdən hazırlanmış təbii şirə.
3-gün.
Səhər yeməyi: 2 nazik doğranmış çörəkdən hazırlanmış buterbrod, yaxşı qızardılmış ət və 1 pomidor.
Nahar: 1 boşqab tərəvəzlərdən hazırlanmış şorba, 1 dilim çörək, kələm və 2 xörək qaşığı sürtgəcdən keçirilmiş pendirdən hazırlanan salat, banan.
Şam: Bifşteks, 2 xörək qaşığı əzilmiş lobya, 100 q gül kələmi, kabak və yaşıl noxud, 2 pomidor, 1 dilim çörək.
4-cü gün.
Səhər yeməyi: Qreypfrutun yarısı, 1 stəkan süd, 1 dilim çörək.
Nahar: 1 dilim çörək, tərəvəz salatı, stəkan yarım narıngi şirəsi, 1 neçə ədəd gavalı.
Şam: 200 q yağsız ət, 200 q əzilmiş lobyadan hazırlanmış salat, gül kələmi və kabak, çay.
5-ci gün.

Səhər yeməyi: Bişmiş yumurta və 1 dilim çörək.
Nahar: 1 dilim çörək, 25 q yağsız ət, 250 q tərəvəz salatı, alma və ya portağal.
Şam: 200 q qaynadılmış toyuq əti, 2 xörək qaşığı düyü, tərəvəz salatı.
6-cı gün.
Səhər yeməyi: 1 dilim qara çörək, bərk bişirilmiş yumurta.
Nahar: Qreypfrutun yarısı, 100 q yağsız ət, 200 q əzilmiş lobyadan hazırlanmış salat, gül kələmi, kompot.
Şam: Tost, 25 q pendir, 200 q tərəvəz salatı.
7-ci gün.
Səhər yeməyi: 1 stəkan yoqurt, 1 dilim qızardılmış çörək.
Nahar: 1 dilim qara çörəkdən hazırlanmış tost, ponidor, xiyar və soğandan hazırlanmış salat, 75 q yağsız ət, alma.
Şam: döyülmüş mal əti (125q),tərəvəzlərdən hazırlanmış salat, 75 q kartof püresi, (süd əlavə olunmuş halda), 1 dilim çörək, 1 gavalı.
8-ci gün.
Səhər yeməyi: Qreypfrutun yarısı, 1dilim qızardılmış çörək, bərk bişirilmiş yumurta.
Nahar: 1 dilim qara çörək, tərəvəz salatı, suda bişmiş 50 q toyuq əti, tərəvəzlərdən hazırlanmış şorba, alma.
Şam: balıqdan hazırlanmış 2 ədəd kotlet, 150 q spagetti, 200 q gül kələmi və lobya, tərəvəz salatı, 1 xörək qaşığı yaşıl noxud, çay.
9-cu gün.

Səhər yeməyi: 250 q süd, banan.
Nahar: 200 q tərəvəz salatı, sürtgəcdən keçirilmiş 25 q pendir, 1 dilim çörək, 1 stəkan turşməzə yoqurt, alma.
Şam: suda qaynadılmış 75 q ət, 125 q qabıqla bişirilmiş kartof, əzilmiş lobya, gül kələmi, yaşıl noxud.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...