Loading...
Sağlamlığın sirləri

Sağlamlığın sirləri

Loading...
Pomidorun möcüzəvi xüsusiyyətləri

Badımcançiçəklilər fəsiləsindən olan pomidorun insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Tərkibi A, B, B2, B6, C, E, K, PP, beta keratin kimi vitaminlərlə yanaşı, kalium, kalsium, sink, fosfor, maqnezium və dəmirlə zəngindir.

Antioksidant xüsusiyyətlərə malik olan pomidor infeksion xəstəliklərin qarşısını alır.
Pomidor ürək sağlamlığına da müsbət istiqamətdə təsir göstərir. O, təzyiqi və xolestrini aşağı salır.

İnfarkt və ürək xəstəlikləri riskini azaltmaq üçün gündəlik 500 milliqram təzə sıxılmış pomidor suyu və ya 50 qr pomidor sousu qəbul etmək məsləhət görülür.

Kimyəvi tərkibinə görə aspirini xatırladan pomidor tromb əmələgəlməsinin qarşısını 72% alır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir

Ağır yük daşıma işində işləyənlərin, idmanla məşğul olanların və ya yüksək təzyiqli xəstələrdə ürək böyümə riskinin qarşısını almaq üçün səhər yeməyində bir stəkan pomidor suyu içməyi məsləhətdir.

Pomidor göz üçün də çox faydalıdır. Yüksək göz təzyiqinin düşməsinə kömək edir.

Pomidorun qabığı və tumu həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Öd və böyrək daşlarının meydana gəlməsinə mane olur. Bu möcüzəvi tərəvəz döş və prostat xərçənginə də faydalıdır.

Mədəsində xora olanlara pomidoru zeytun yağı ilə qarışdırıb yemək məsləhət görülür. Tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır. Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur.1 st. pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar.

Pomidor kosmetik vasitə kimi də əvəzsiz bir məhsuldur. Belə ki,bu tərəvəz dərini cavanlaşdırır, üz dərisinə təravətlik verir, sızanaqların və çibanların meydana gəlməsinin qarşısını alır.

Sağlamlığın sirləri

Tərkibindəki B qrupu, E və K vitaminlərinin, karotin, askorbin turşusu, dəmir, kalsium, fosfor, yod, kobalt, sink və maqneziumun zənginliyinə görə kahıya, sözün əsl mənasında möcüzəvi tərəvəz demək olar.

Kahı şirəsinin tərkibində 30 faizədək kalium olduğundan ürək əzələlərinin işini yaxşılaşdırır, onun tərkibindəki fol turşusu və xlorofil eritrositlərin və hemoqlabinin yaranmasını stimullaşdırır, qanın tərkibindəki artıq xolesterinin səviyyəsini aşağı salır.

Sakitləşdirici, yuxugətirici xüsusiyyətlərə malikdir. İştahı açır, həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır, bədəndəki zərərli maddələri xaric edir.

Kahı mədə-bağırsaq sistemi və qaraciyər üçün də çox faydalıdır. Sarılığa qarşı təsirlidir. Hipertoniya, ateroskleroz və qalxanvari vəzi xəstəliklərinin öhdəsindən gəlməkdə kömək edir. Sümük əriməsi və revmotizmdə xeyirlidir.

Qanda şəkərin miqdarını saldığına görə, kahıdan şəkərli diabet xəstələrinin istifadə etməsi məsləhət görülür. Piylənmə, pəhriz qidalanmasında kahının çox böyük faydası var.

Kahının xırdalanmış toxumlarının sulu məhlulu süd verən anaların südünü artırır.
Bu misilsiz tərəvəzdən kosmetologiyada da geniş şəkildə istifadə olunur. Kahının suyu dərini bəsləyir, ona təzəlik verir, sızanaqları aradan qaldırır. Sıyığı yanıqlara və çibanlara effektiv təsir göstərir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    şirin miwka

    1 İyun 2014 23:21

    terevezleri sevirem saglamligimiz ucun xeyirlidir.

    Kerim4

    30 Dekabr 2013 14:20

    Ikiside sevdiyim terevezlerdi

    A_K

    30 Dekabr 2013 12:21

    Kahını çox xoşlayıram, sevdiyim terevezlerdendir ve gőrűndűyű kimi insan arqanizimine bir çox xeyiri varmış
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Night Wolf

    30 Dekabr 2013 12:07

    deyerli ve vacib xebeere gore sag olun
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!