Loading...
Sağlamlığın sirləri

Sağlamlığın sirləri

Loading...
Sağlamlığın sirləri

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir.

Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən hazırlanan şampunlar saç tökülməsinin qarşısını alaraq onlara yumşaqlıq və parlaqlıq bəxş edir. Tərkibi dəfnə yarpağından ibarət olan sabunlar dərinin nəmləşdirilməsi üçün faydalıdı.

Alergiyaya meyilli şəxslərin və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi tövsiyə edilmir. Göbələk və dəri xəstəlikləri zamanı tövsiyə edilən dəfnə yarpağının zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdı.
Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyə ərazisində yetişib.

Sağlamlığın sirləri

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin.

faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqların və köpün qarşısını almağa kömək edir.
Bu bitki baş, qarın və mədədə yaranan ağrıların aradan qalxması və qaytarmanın qarşısını almaq üçün də faydalı vasitə hesab edilir.

Qaraciyərin funksiyasının bərpa olunmasına kömək edən bitki gecələr uzun müddət yata bilməyən şəxslər üçün də faydalıdı.

Sakitləşdirici təsirə malik olan nanəni əsəbləşərkən limonlu çayla birgə qəbul etməyiniz tövsiyə edilir.

Yeməkdən sonra nanə qəbul etmək artıq çəkidən azad olmağınıza da kömək edəcək.
Mütəxəssislər asma xəstələri və öd kisəsində problemi olan şəxslər üçün nanəni ən faydalı vasitə hesab edir.

Sağlamlığın sirləri

Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var.

Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhəti isə bunlardır:
Həzmi asanlaşdırır və həzm sistemində yaranan bir sıra problemlərin aradan qalxmasına kömək edir

Limon qabığı xüsusi ilə dəri xərçənginə qarşı yaxşı vasitə hesab olunur

Limon ağacından əldə edilən birləşmələr xərçəngin inkişafını ləngidir

Sidik yolundakı iltihabı aradan qaldırır

Qaraciyərdə yaranan bütün xəstəliklərin çarəsidir

Sağlamlığın sirləri

Darçının ağız qoxusuna müsbət təsirini bilirdinizmi?

Ağız qoxusunu yaradan əsas səbəblərdən biri də çürüklərə səsəb olan bakteriyalardır.

Darçının tərkibində olan maddələr bu bakteriyalardan xilas olmağınızı və təmiz nəfəs almağınızı təmin edir.

Həmçinin darçın diş ətləri və dişlərin quruluşu üçün də faydalıdır.

Darçını çaya əlavə edə, toz şəklində şirniyyatlara qata və ya içkilərdə istifadə edə bilərsiniz.

Ağız qoxusu ilə yanaşı darçın:

*Mədə-bağırsaq qazını qovur.

*İştah açıcıdır.

*Həzmi asanlaşdırır.

*Mədə bulantılarını və qusma refleksini basdırır.

*Qan dövranını inkişaf etdirib sürətləndirir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    emiwka

    11 May 2015 19:58

    Maraqli Tewekkurler....
    --------------------
    Getdim Sagolun

    Ayse_Skazocka

    6 Yanvar 2014 15:13

    Maraqliydi twk

    gulumse

    10 Dekabr 2013 12:30

    limon gordum limon isdedim eeeeeeeeeeee

    PERSONA_NON_GRATA

    9 Dekabr 2013 16:19

    Limon istədim lappp))))))) eh

    Simran

    8 Dekabr 2013 19:12

    Bilgimi artırdım sağ olun bye

    bilgimi artırdım teşekkürler

    songül

    8 Dekabr 2013 18:36

    Maraqlıdır hec bu haqda bilmirdim

    Həyat

    8 Dekabr 2013 16:21

    Limonla Darcin cox sevirem
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Night Wolf

    8 Dekabr 2013 15:54

    Maraqli və faydali məsləhətlərə görə cox sag olun
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    ❃FloRal❃

    8 Dekabr 2013 13:59

    Limonnnnnnn love
    --------------------

    ***
    ❃❃❃

    ***

    A_K

    8 Dekabr 2013 12:53

    Maraqlı bir meslehetlerdi.. hazırlayan olsaydı içerdim)
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin
    Загрузка...