Loading...
Qış aylarında immuniteti necə qaldırmalı?

Qış aylarında immuniteti necə qaldırmalı?

Loading...
Qış aylarında immuniteti necə qaldırmalı?

Güclü immunitetə sahib olanlar özlərini sağlam və gümrah hiss edirlər. İmmunitetin güclü olması bir çox infeksiyalardan, xərçəng xəstəliyindən və ekoloji təsirlərdən də qoruyur. Həmçinin müxtəlif yanıq və zədələrdən, cərrahiyyə əməliyyatlarından sonra tez sağalmaq üçün də güclü immunitetə sahib olmaq vacibdir.

Güclü immun sisteminə sahib olmanın ən asan yolu sağlam həyat tərzidir. İmmun sistemimizi zəiflətməmək üçün sizi stressə salan faktorlardan özünüzü qorumalı, alkoqol və nikotinin təsirindən uzaq olmalı, balanslı və nizamlı qidalanmalı, mütəmadi şəkildə idmanla məşğul olmalısınız. Ancaq bəzi hallarda bu vasitələr yetərsiz qalır və immun sistemini qaldırmaq üçün dərman preparatlarına ehtiyac yaranır. Preparatların qəbulunu azaltmaq və ya əvəzləmək üçün aşağıdakı qaydalara əməl edə bilərsiniz. Bütün hallarda immuniteti artırmaq üçün istifadə etdiyiniz preparatları həkim məsləhəti ilə qəbul etməlisiniz.

SOYUQ HAVALARDA:
 Qida dəyəri daha yüksək olduğu üçün, mövsümündə yetişən təzə meyvələri və tərəvəzləri yeyin. Pomidor, xiyar, bibər kimi qışa xas olmayan tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır.

 Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları için.

 Gündə 1,5-2 litr maye qəbul edin.

 Nizamlı şəkildə gimnastika edin.

 C Vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq, kimi meyvə və tərəvəzlərə üstünlük verin. C vitamini itkisinin qarşısını almaq üçün salatlar və meyvə suları hazırlanan kimi dərhal qəbul edilməlidir.

 Həftədə 2 dəfə balıq yeyin. Həmçinin balıq yağı qəbul etmək də məsləhət görülür.
 Normal miqdarda zülal qəbul etmək üçün qida rasionunuzdan süd, qatıq, pendir, ət məhsullarını əskik etməyin.

 Çox şirin və şəkərli qidalardan az istifadə edin.

 Çipsilər, kolbasa, sosiska məmulatları, yağlı ətlər və həddindən artıq yağlı qidalardan uzaq durun.

 Qızardılmış, qovurulmuş qidalar qəbul etmək yerinə, buxarda bişirilmiş və ya qaynadılmış qidalara daha çox üstünlük verin.

 Qış mövsümü ilə birlikdə günəş yavaş-yavaş öz təsirini itirdiyindən D vitamininə ehtiyac yaranır. Xüsusən də azyaşlı və körpə uşaqlarda. Odur ki, soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı qarşılamaq üçün günəşli günlərdə təmiz havada gəzmək lazımdır. Ən azından gün ərzində 10 dəqiqə təmiz havada olmaq məsləhətdir.

 Soyuq aylarda enerji qaynağı sayılan və B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir.

İmmuniteti qaldırmaq üçün:
2 alma, 2 kök, 1 çuğundurun şirəsi, 1 yemək qaşığı quşüzümü və ya limon suyunu qarışdırın. Bu qarışığı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

UŞAĞINIZIN İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRMƏK İSTƏYİRSİNİZSƏ:
Uşaqlarda 0-3 yaş arası, immunitet sisteminin ən aşağı səviyyədə olduğu dövrdür.
Bu dövrdə yaxşı qidalanma (xüsusən də ilk 6 ayda ana südü ilə qidalanma) mühüm şərtdir.

 Uşağınızı həddindən artıq gigiyenik mühitdə böyütməyin. (İfrat şəkildə təmiz və qalın geyindirmək, uşağa vasvasılıq dərəcəsində qulluq göstərmək onun immunitetini qaldırmaq əvəzinə, zəiflədər və xəstəliklərə qarşı dayanıqsız edər).

 Düzgün və balanslı qidalanmaya diqqət yetirin.

 Yuxu rejimini düzgün qurun.

 Mümkün olduğu qədər uşağınızı stressdən və mübahisələrdən uzaq tutun.

 Həkim məsləhəti olmadan, özbaşına antibiotik müalicəsi təyin etməyin.

 Hər dəfə infeksiyaya yoluxduqdan sonra körpənin immunitet sistemi zəifləyir. Ona görə də belə vaxtlarda onun xəstəliklərdən qorunmasına, düzgün qidalanmasına daha çox diqqət göstərin.

 Həkim məsləhəti ilə immunitet sistemini gücləndirən təbii məhsullardan və vitaminlərdən də istifadə edə bilərsiniz.

Ehtiyatlı olun:

- Hamilə qadınlara və qanda hemoqlobinin miqdarı normadan yüksək olan insanlara sarımsaqdan çox istifadə etmək məsləhət görülmür.

- Mayaotu zəhərli bitki olduğundan, ondan istifadə edərkən dozasına fikir vermək lazımdır.

- Aloe ( əzvay) bitkisi qaraciyər və öd kisəsi xəstəlikləri, babasil, uşaqlıq qanaxmaları, sistit (sidik kisəsinin iltihabı) və hamiləlik zamanı əks-göstərişdir.

- Jenşen (həyat kökü) bitkisi yuxusuzluq, baş ağrıları və ürəkdə ağrılara səbəb ola bilər. Onu ancaq ilin soyuq aylarında qəbul etmək məsləhətdir.

- Dazıotundan uzun müddətli istifadə damarların daralmasına səbəb olur və qan təzyiqini qaldırır.

- Gicitkən təzyiq xəstələri və aterosklerozdan əziyyət çəkənlər üçün əks-göstərişdir. Qanaxmalar zamanı və uşaqlıqda şiş olduqda da gicitkəndən istifadə etmək təhlükəlidir.

- Limon nevroz xəstələrinə və ürəyin fəaliyyətində qüsurlar olduqda məsləhət görülmür. Bu bitki həmçinin yuxusuzluğa səbəb olur.

- Biyan kökünü mütəmadi qəbul etdikdə arterial təzyiqi qaldırır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Dark PrincesSa

    29 İyun 2014 16:52

    belə bir prablemim yoxdu

    Cadi

    3 Yanvar 2014 18:30

    Meluamata gore tewekkur

    Gulya__________

    22 Dekabr 2013 11:25

    menim ehtiyacim yoxdur immunitetim gucludur

    Jenny J

    21 Dekabr 2013 15:21

    Düzünü diyimki immunitetim çox güclüdü.axırıncı defe 7 yasımda ağır grip olmusam.Grip olurame sadece asgırıram 10-15 defe bitir :D
    --------------------
    Wow man, this is weird on acid..



    PERSONA_NON_GRATA

    21 Dekabr 2013 13:41

    Mən həmişə enerjili oluram onssuuzzz daaa))))))) fascinated




    ...................( Aşk böyle bi şey işte ).............................

    A_K

    21 Dekabr 2013 12:18

    Çoxda gűclű imulitetim yoxdu. Zaten insannan aslıdır bu..
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Night Wolf

    20 Dekabr 2013 23:23

    Qış aylarında immuniteti qaldirmaq bir az cetindir amma mumkundur
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Simran

    20 Dekabr 2013 21:55

    Menim de immunitetim cooox aşağıdır