Loading...
Göz sağlamlığında doğru bilinən səhvlər

Göz sağlamlığında doğru bilinən səhvlər

Loading...
Göz sağlamlığında doğru bilinən səhvlər

Texnikanın həyatımızın hər sahəsinə müdaxilə etməsi insan orqanizminə də təsirsiz ötüşmür. Belə təsirlərdən çox ziyan görən insan orqanlarından biri də gözlərdir. Çox adam gündəlik görülən işlərdən, səsləndirilən fikirlərdən hansının doğru olub-olmadığını bilmir. Məsələn, yaxından televizora baxmaq gözə ziyandır? Yer kökü yemək göz nurunu artırır? kimi suallara düşünmədədn "hə" cavabını verəcək. Ancaq xalq arasında yayılan, lakin doğru olmayan çox bilgi gözə qulluqla bağlı insanların səhv addım atmasına səbəb ola bilər.

1.Eynək və ya linza taxmaq göz qüsurunun irəliləməsinə mane olur.
Doğru: Eynək və ya linza gözlük qüsurunun irəliləməsində hər hansı təsiri yoxdur. Bunun tək məqsədi daha yaxşı görməni təmin etməkdir.

2. Əgər insan uzağı və yaxını yaxşı görürsə, deməli, gözü sağlamdır.
Doğru: Xüsusilə, gənc yaşlarında insan yaxşı və aydın görsə də, onda astiqmatizm ola bilər.

3. Çox ağlamaq gözyaşını qurudur.
Doğru: Ağlamaq psixoloji hadisədir. Ağlamaqla göz yaşı qurumaz.

4. Sakitləşdirici gözlük baş və göz ağrısını azaldır.
Doğru: Sakitləşdirici eynək deyə bir şey yoxdur. Bu adla satılan eynəklərin heç bir faydası yoxdur.

5. Duzlu yeməklər göz sağlamlığına pis təsir edir.
Doğru: Duz yüksək təzyiq kimi xəstəliklər olan zaman pis təsir göstərə bilər. Onun göz sağlamlığına heç bir təsiri yoxdur.

6. Yaxından televizora baxmaq və ya kitab oxumaq görməyə mənfi təsir edir.
Doğru: Adıçəkilən amillərin göz sağlamlığı üzərində böyük təsiri yoxdur.

7. Yerkökü yemək gözün işığını artırır.
Doğru: Göz sağlamlığı üçün gərəkli olan vitamin və mineralların çoxu meyvə, tərəvəzdə var. Onlardan faydalanmaq üçün müntəzəm olaraq qəbul etmək lazımdır.

8. Katarakt sadəcə yaşlılarda olur.
Doğru: Katarakt daha çox yaşlı insanlarda müşahidə edilir. Ancaq bu xəstəlik uşaqlarda, gənclərdə də ola bilər.

9. Katarakt bir gözdən digərinə keçə bilər.
Doğru: Katarakt bir gözdən başqasına keçmir, ancaq çox zaman iki tərəflidir.

10. Uzun müddət kömputerlə işləmək görməni azaldır.
Doğru: Kömpüterlə uzun müddət işləmək kiçik göz qüsurlarının meydana çıxmasına səbəb ola bilər.

11. Körpələr eynək taxa bilməz.
Doğru: Körpələr 3 aylığından bəri eynək taxa bilər.

12. Uşaqlıqda olan çəpgüzlük böyüyəndə sağalır.
Doğru: Bəzi çəpgözlülüklər çox ciddi ola bilər. Onlar vaxtında müalicə ediləməlidir. Bunlar müalicə olunmasa, gələcəkdə göz tənbəlliyi, görmənin itirilməsi kimi ciddi xəstəliklərə yol aça bilər.

13. Göz damlası tökəndən sonra göz qapaqlarını sıxmaq lazımdır.
Doğru: Gözə hər hansı dərman tökəndən sonra onları sadəcə yatanda olduğu kimi yüngül formada bağlamaq lazımdır. Əks halda dərman gözyaşı kanalı ilə burun boşluğuna keçərək təsirini azalda bilər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Night Wolf

    18 Dekabr 2013 13:13

    Körpələr 3 aylığından bəri eynək taxa bilər.

    Hec bele korpeye rast gelmemisem
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    ❃FloRal❃

    18 Dekabr 2013 12:51

    Sitat: MiSS_BlaCKStaR
    astiqmatizm çox pis bi şeydi.biz ona trayniçni nervi deyiriy.pramoy beyinlə əlaqədardı.dəhşət baş ağrısı olur.özüdə hər gün olur.mən çox əziyyət çəkirəm ondan.
    Məm kompdan qoruyucu almışam, ama görürəmki xeyri var.taxmayanda baş ağrım olur ama taxan olmur.bəlkədə uje psixaloji inanmışam ona görə.

    Bizim ailede atam xaric, her kesin gözü astiqmatizmdir. Amma heç birimizin başı ağrımır. İlk dege eşidirem baş ağrısını
    --------------------

    ***
    ❃❃❃

    ***

    MiSS BlaCKStaR

    18 Dekabr 2013 11:59

    astiqmatizm çox pis bi şeydi.biz ona trayniçni nervi deyiriy.pramoy beyinlə əlaqədardı.dəhşət baş ağrısı olur.özüdə hər gün olur.mən çox əziyyət çəkirəm ondan.
    Məm kompdan qoruyucu almışam, ama görürəmki xeyri var.taxmayanda baş ağrım olur ama taxan olmur.bəlkədə uje psixaloji inanmışam ona görə.
    --------------------
    Я оДНа таКаЯ

    Я не ЗаменимаЯ


    Ve bu da son :)

    A_K

    18 Dekabr 2013 11:18

    Gőzűme heç vaxdı linza taxa bilmerem no Menim gőzlerimin axırına telefon çıxacey. Indiden yaşarır uje.
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin
    Загрузка...