Loading...
Şəkər xəstələri üçün 10 super qida

Şəkər xəstələri üçün 10 super qida

Loading...

Şəkər xəstələri üçün 10 super qida

Alma
Kalorisi az, lif məzmunu yüksək bu meyvə aclığın qarşısını almaqla yanaşı eyni zamanda ehtiva etdiyi liflərlə də insan orqanizmi üçün zərərli olan xolesterolun düşməsinə kömək edir. Amerikanın Əkinçilik Təşkilatına görə antioksidan tərkibli ən yüksək 10 meyvədən biri olan almanı qabığı ilə istehlak etmək daha faydalıdır. Rəndələyib tavada azacıq istilədərək üzərinə darçın əlavə etdiyiniz zaman daha dadlı olur.

Avokado
Həzm sürətini yavaşladaraq qan təzyiqinin normada qalmasına kömək edir.Tərkibində olan sağlam yağlar isə insulin müqavimətini azaltmaq mövzusunda faydalıdır.Salatlarda istifadə oluna bilər.

Arpa
Süfrəmizdə görməyə adət etmədiyimiz bir taxıl olan arpa, düyüylə nisbətdə qan təzyiqinin 70% daha çox normada qalmasına kömək edir. Tərkibində B vitamini yüksəkdir və yeməklərdə istifadə oluna bilər.

Paxla
Bitki mənşəli lif və zülal tərkibi ilə həftədə ən az iki dəfə süfrədə yer almalıdır. Quru paxla yerinə noxud və yaşıl mərciməkdəndə istifadə edə bilərsiniz. Konserv olanlara duz miqdarı baxımından diqqət yetirilməlidir.Qaz tərkibli maddələrin ayrılması üçün bir gecə əvvəldən suda saxlanmalıdır. Bişirdikdə isə suyu B vitamini ilə zəngin olduğundan istehlak etmək məsləhətdir.

Yağsız ət
Yüksək keyfiyyətli zülallı maddələr mübadiləsini sürətləndirməyə faydalıdır. Bu səbəblə ən az həftədə iki dəfə yeməklərdə yer almalıdır. B12 vitaminin mənbəyidir. Yeməklərdə az miqdarda istehlak edilməsi qan təzyiqinin normada qalmasına kömək edir. Qızartma,qaynatma və ya sobada istehlak edilməlidir.

Qırmızı meyvələr
Böyürtkən,albalı kimi tünd qırmızı -mavi rənglərə sahib olan meyvələrin antioksidan məzmunu çox yüksəkdir. Fiziki cəhətdən daha gec yaşlanmağınıza kömək edir. Bəzi elm adamları bu cür meyvələrin qan təzyiqini normada saxlamasını da iddia edir.

Yumurta
Ana südündən sonra ən qiymətli zülal qaynağı olan yumurta, ehtiva etdiyi doymamış yağ turşuları səbəbi ilə düşünüldüyünün əksinə olaraq xolestorolu yüksəltmir. Bu səbəblə naharlarda , şorba , salatlarda istifadə oluna bilər. Gündə 1 yumurta istehlak etmənin sağlamlığa mənfi bir təsiri yoxdur.

Balıq
Şəkər xəstələri üçün faydalıdır və eyni zamanda ürək xəstəsi olma riskini azaldır . Balıq ehtiva etdiyi omeqa - 3 yağ turşuları ilə ürək damar sisteminin sağlamlığını qorumağa kömək edir. Ayrıca A vitamini ilə zəngin olan balıq görmə funksiyaları baxımından da əhəmiyyət daşıyır.

Darçın
Edilən elmi araşdırmalar darçının qan təzyiqinə qarşı nizamlayıcı təsiri olduğunu göstərmişdir. Yenə elmi iş nəticələrinə görə gündə 3 qaşıq toz darçından daha çox istehlak etmək xolesterol balansına mənfi təsir edə bilər. Şəkər xəstələrinin qidalanma planında yer ala bilər lakin sərhədsiz istifadə edilməməlidir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    ❃FloRal❃

    22 Noyabr 2013 23:37

    Hec avokado yememisem. Dadi cox maraqlidir mene
    --------------------

    ***
    ❃❃❃

    ***

    Simran

    22 Noyabr 2013 21:44

    Allah bütün xestelere kömek olsun

    F_N

    22 Noyabr 2013 21:33

    Gedim mamaya deyim
    Sitat: Həyat
    Allah xəstələrə şəfa versin
    Amin

    Həyat

    22 Noyabr 2013 20:41

    Allah xəstələrə şəfa versin
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Загрузка...