Loading...
Menepoz

Menepoz

Loading...
Menepoz

 

Menopoz dövrü, hər qadının həyatının ortalama üçdə birini əhatə edən bir müddətdir. Menopoz yumurtalıqlarda olan yumurta hüceyrələrinin yox olması ilə beyindən ifraz olunmağa davam edən hormonlara yumurtalıqların cavab verməməsi ilə və adət dövrlərinin sona çatması halıdır. Lakin vəziyyət yalnız bundan ibarət deyil. Adət dövrünün sona çatması menopozun yalnız görünən əlamətidir. Halbuki hormon səviyyəsindəki dəyişikliklərlə birlikdə bədəndəki sümük əriməsindən tutmuş damar sərtləşməsinə qədər bir çox dəyişikliklər meydana gəlməkdədir.


Menopoz neçə yaşında olur?

 

Menopoz üçün müəyyən bir yaş təyin etmək çətindir. Çünki hər qadının menopoza girdiyi yaşı fərqlidir. Yumurtalıq funksiyalarının azalmağa başlaması ilə birlikdə başlayan dövrə perimenopoz deyilməkdədir. Adətlərin kəsildiyi vəziyyətə menopoz, adət dövrünün kəsilməsinin başladığı dövrdən 1 il sonrakı həyatının sonuna qədər davam edəcək olan dövrə də postmenopoz deyilməkdədir. Lakin ümumi olaraq istifadə edilən şəkli olan postmenopozal dövrünü menopoz dövrü olaraq araşdıracağıq. 23 yaşında menopoza girən qadınlar olduğu kimi 55 yaşında olub da yeni menopoza girən qadınlarda görülməkdədir.


Menopozun əlamətləri nələrdir?

 

Ən başda diqqət çəkən əlamətlərdən biri adət nizamının pozulmasıdır. Qanama miqdarı azalır. Yumurtlama da azaldığından hamilə qalma ehtimalı aşağıdır. Östrojen hormonunun azalmasına bağlı olaraq müxtəlif pozuğluqlar da görülür. Gecə tərləməsi, istilik basması, ürək döyüntülərinin artması, üzdə qızartılar ola bilər. Yalnız bu əlamətlər bütün xəstələrdə olmaya bilər. Onsuz da menopoz dövrü irəlilədikcə 3-5 il sonra, bu hallar azalmağa başlayır. Ayrıca menopozda psixoloji narahatlıqlar da ön plana çıxmaqdadır. Gərginlik, əsəbi olma, depressiya kimi tapıntılar ola bilər. Yuxu keyfiyyəti azalmışdır. Yuxu keyfiyyəti azalması deyərkən nəzərdə tutulan, yuxuya getmə müddətinin uzanması və yuxunun REM fazın qısalmasıdır. Bunların xaricində baş və oynaq ağrısı, cinsi istəksizlik, əzələ ağrıları görülə bilər. Bütün bu saydıqlarımız menopozun klassik əlamətləridir.
Menopozda görülən bir digər simptomlar lokal olaraq görülər. Cinsi əlaqə əsnasında ağrı duyma bunlardan biridir. Çünki bu dövrdə vaginanın sürüşkənliyini təmin edən maye miqdarı azalar və vagina quru bir hal alır. Vagina incəlmişdir və elastikliyini itirməyə başlamışdır. Buna görə əlaqə əsnasında ağrı, yanma, qıcıqlanma və yüngül qanama görülə bilər. Östrojen müalicəsiylə düzələbilir. Ayrıca cinsi əlaqəsini davam etdirən kəslərdə bu tapıntılar daha az görülər.

Menopoz müalicəsi

 

Östrojen müalicəsi ağızdan ya da dəriyə yapışdırma metoddan olmaq üzrə iki şəkildə müalicə olunur. Bu müalicəyə kalsium və progesteron əlavə oluna bilər. Dəriyə yapıştırılanlar 3 gündə bir və ya bir həftədə bir dəyişdirilməlidir. Nə vaxt dəyişdiriləcəyini həkim verdiyi dərmana görə göstərir. Estrogen müalicəsiylə Alzheimer xəstəliyi və bağırsaq xərçəngi görülmə ehtimalı azalmaqdadır. Ürək damar xəstəliklərinin azalması təmin edilir. Ağrılı münasibətlər, yanma, qaşıntı kimi problemlər estrogen müalicəsiylə 1 il içində düzələr.
Estrogen verilmədiyi bəzi xəstələr vardır. Aktiv qaraciyər xəstələrinə verilməz. Rəhm ya da döş xərçəngi olan şəxslərin isə mütləq həkimə müraciət etməsi lazımdır. Bu xəstələrə esterogen verilməsi üçün bəzi şərtlər lazımdır. Ayrıca damar laxtalanması problemi olanların bu müalicəni istifadə etməməsi lazımdır. Estrogen verilməsi ilə menopoz sonrası görülən sümük əriməsi probleminə maneə törədilmiş olar. Bu müalicəyə kalsium əlavə olununca bu təsir daha da artmaqdadır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Günka7

10 Sentyabr 2013 17:40

xebere gore sagol bilmirdim bunlari

christmas

9 Sentyabr 2013 16:26

teşekkür gulka

JeSsie

5 Sentyabr 2013 13:18

Kitte,
Sənin deyəsən işin gücün qurtarıb, yığışdır mənasız rəylərivi!

_SUS_

4 Sentyabr 2013 17:39

BILIRDIM BUNLARI..OXUMUWAM..ESLINDE MONOPAUZA NORMAL BIR HALDIR..AMMA QADINLARIN DEMEK OLAR KI 90%DE INFARKT BU DOVRDE OLUR VE QADINLAR KIWILERE NISBETEN QURTULMA EHTIMALI AWAGIDIR..

ben ve sen

4 Sentyabr 2013 15:22

Hmmmm maraqli xeberdi twk

MisS

4 Sentyabr 2013 13:20

Xebere gore cox sagol bilmirdim

SaBii

4 Sentyabr 2013 12:25

xebere gore twk

aylin00

4 Sentyabr 2013 12:15

xebere gore twk