Loading...
Dırnaq batması

Dırnaq batması

Loading...

 

Çox adamın qorxulu yuxusu halına gələn və yaratdığı təsirlərindən çox can sıxabilən dırnağ batması, bir növ fiziki narahatlıqdır.
Daha çox səhv dırnaq seqmentindən meydana gələ bilən bu narahatlıq əslində xüsusi müalicə üsulları ilə asanlıqla problem olmaqdan çıxardıla bilir.
Əgər siz də keçmək bilməyən dırnaq batmaları ilə qarşı qarşıyasınız Amerikan Xəstəxanası Dermatoloji Kliniğindən Dr. Ayfer Aydın`ın xüsusi təkliflərinə bir göz atmalı və bu təkliflər işığında addımlar atmalısınız.
Dırnaq batması xəstəliyini kökündən həll etmək istəyirsinizsə bu məlumatları dəqiq oxuyun !


Batığın bir çox səbəbi var

 

İti uclu ayaqqabılar geyinmək dırnaqlarda batığ inkişafını asanlaşdıra bilər.
Dırnaq göbələyi kimi bəzi dırnaq xəstəliklərinin dırnaqda meydana gətirdiyi şəkil dəyişikliyi, dırnaqda qalınlaşmalar, dırnaqların səhv və çox dibindən kəsilməsi, zədələr, hamiləlik dövrü; batığ inkişafının digər səbəbləri arasındadır.
Dırnaq batıqlarında ən böyük problem əziyyət verən ağrıdır.
Bu ağrı bəzən adamın həyat keyfiyyətini ciddi ölçüdə təsir edər.
Gündəlik həyatında, iş həyatında, gecə yatarkən ağrı problem yarada bilər.
Eyni zamanda batıq dırnaq, dırnaq yatağında infeksiya inkişafına və dırnaqlarda daha asan göbələk meydana gəlməsinə də şərait yaradar.


İlk müraciət yeri: bərbər

 

Batıq dırnaqlar xüsusilə qadınlarda ağrının yanında; estetik görünüşü də pozduğu üçün istədikləri ayaqqabını geyinməklərinə də mane olar.
Bu vəziyyətdə xəstələrin ilk müraciəti ümumiyyətlə bərbərdir.
Pedikürlə batıq dırnağın əziyyət edən qisimi kəsilərək müvəqqəti olaraq ağrı dindirilir.
Ardından müxtəlif mərkəzlərdə tətbiq olunan ilıq kompres, pambıq və ya tel sistemi ilə yatağın genişlədilmədə çalışılması ilə həll axtarılır.
Ancaq dırnağın yumşaq hissəsinə batmasındaki təməl səbəb olan dırnağı uzadan kök ordan uzağlaşdırılmadıqca edilən bütün müvəqqəti əməliyyatlar nəticə verməyəcək.
Bu xəstələrə edilən əhəmiyyətli bir səhv isə dırnağın bütün olaraq çəkilməsidir.
Bütün olaraq çəkilən dırnaq eyni şəkildə geri çıxacaq.


Həlli çox sadə

 

Qəti həll; son dərəcə sadə və efektiftir.
Yalnız batıq olan qisimin çıxarılması ilə problem həll edilir.
Batıq olan qisim lokal anestezi ilə keyləşdirməklə sonra dırnaq yatağı ilə birlikdə incə bir lent halında çıxarılır.
Yalnız batığı meydana gətirən və onu uzadan yataq, yəni kök qisimi pilkalamaqla yenidən batıq dırnaq meydana gəlməsinin qarşısı alınır.
Son dərəcə effektiv olan bu əməliyyatla batıq dırnaq müalicə olunur.
Bu proses çox qısa müddətdə qurtarır.


Bu prosesdən sonra istirahət lazımlı deyil

 

Proses sonrasında hər hansı bir istirahət dövrü lazım deyil, əksinə xəstə batıq olan qisim artıq çıxarıldığı üçün rahatlamıştır və dərhal gündəlik həyatına və iş həyatına dönə bilər.
İnfeksiya inkişaf riskini qarşısını almaq gərək bilinirsə qısa davamlı sistemik antibiotik və ya aktual olaraq tətbiq oluna biləcək kremlərlə müalicə tamamlanmış, xəstə sağlamlığına qovuşmuş olar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Dark PrincesSa

    1 Fevral 2014 20:17

    Bu halla birinci defedi rastlawram hec bele wey gormemwem ape

    MisS

    8 Oktyabr 2013 18:54

    Vay vay vay allah göstərməsün..

    LlLesiARe

    8 Oktyabr 2013 15:22

    1ci shekil dehshet