Loading...
Soyuq su faydalıdırmı?

Soyuq su faydalıdırmı?

Loading...
İlıq su içmək

İsti havalarda biz sərinləmək üçün çox vaxt isti su deyil soyuq su içirik. Bu faydalıdırmı?

Sərinləmək üçün soyuq hətta buzlu su içmək tərləməyi daha da artırar. Mütəxəssislər istidən qorunmaq üçün ilıq su təklif edərkən soyuq su istiliyinin də 14 dərəcəni keçməməsi tövsiyəsi də var. Səbəbi isə...

İstilərdə necə maye istehlak etməniz lazım olduğunu bilirsinizmi?

İlıq su için: Mədənin istiliyi 38 dərəcədir. İstilərdə sərinləmək üçün buzlu su içildiyində onu isitmək üçün mədənin istiliyi yüksəlir və bu bir müddət sonra sizə tərləmə isti basması olaraq geri qayıdar. Həkimlər ən doğrusunu isti su, ilıq su içməkdə görürlər.  Doğrusu ilıq su içməkdir. İlıq su ilə sərinləyə bilmirəm deyənlər, suyun istiliyini 14 dərəcədə tuta bilərlər. Təklifimiz 24 hətta 28 dərəcə suyu içmək üçün orqanızmi öyrəşdirməkdir.
Gündə 20 stəkan su için. Həkimlərin məsləhətlərindən belə aydın oldu ki, çox su içməkdə fayda var. Lakin normalda biz 2 litr su içməliyik amma isti günlərdə çox istehlak etməmiz önəmlidir. Biz normalda hər kəsə 2.5 litr su təklif edirik təxminən 10 stəkan, amma istilərdə hələ fiziki fəaliyyət tələb edən işlərdə bunun 4.5 litrə çıxması lazımdır ki bu da ortalama 20 stəkandır. Bunu içmək üçün susamağı gözləməyin. Çalışın boş vaxtınız olarkən su için. Yemək yeyərkən və ya televizora baxarkən artıq özünüzü su içməyə öyrəşdirin.

Mineral su için: Minerallı su son dərəcə faydalıdır. Metabolizmaya kömək edir. Sizi xəstəliklərdən qoruyur. Sodadan bəhs etmirik amma mədən sularının təsirindən xüsusilə istilərdə faydalanmaq lazımdır. Gündə içilməsi lazım olan 4.5 litr suyun heç olmasa bir litri mütləq minerallı su olsun ki, istilər səbəbiylə bədəndən azalan minerallar əvəzlənə bilsin. Mədən sularını tək içməyi sevməyənlər meyvə suları ya da ayranla qarışdıra bilərlər.

Üç müxtəlif meyvə yeyin: İsti havalarda artan su ehtiyacınızı meyvə yeyərək də qarşılaya bilərsiniz. Amma meyvələrin içindəki şəkər miqdarını nizamlamaq üçün diqqətli olmaq lazımdır. Gündə üç dəyişik rəng meyvə yemək tövsiyə edilir. Qarpız, qovun xüsusilə yemək lazımdır. Sizi sərinlədər və sağlamlığınızı qoruyar.

İlıq su ilə duş qəbul edin: Burada da suyun ilıq olmasına diqqət yetirin. İstilərdə soyuq su ilə duş qəbul etməyi tövsiyə etmirik.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

violetta

14 Avqust 2013 22:06

Soyuq suyun lezzeti basqadi

PeTTy

10 Avqust 2013 01:14

İlıq nedi ne lezzeti olacaq onun, gerek dişleri qıcıldadan soyuq olsun bu kadar...

_BianKa_

9 Avqust 2013 18:50

iliq su ice bilmirem gerey buzdu su olsun

Sevinc...

9 Avqust 2013 18:04

ziyandisa demeli dadlidir

İlkay

9 Avqust 2013 00:46

Sitat: ❃FloRal❃ 
Siz yene yaxşısınız:)) Men güne 2 st. suyu ya içerem, ya içmerem. Meyve suyu da hemçinin. Çox vaxt su yerine süd içirem men:))

Yaxwidirda siz sud ice bilirsiz mene uwaq vaxti sudu pulla icizdirirdiller :D Pulu alirdim sora icirdim yeni ice bilmirem :)

❃FloRal❃

9 Avqust 2013 00:42

Sitat: İlkay
Iliq su.. Bu menden uzaq bir weydir iliq cayi hec ice bilmirem + iliq su :) Zererli olsa bele buz kimi su icirem hetda buz yeyirem :) Amma gun erzinde uzaq bawi 2, 3 stk su ice bilerem yeni adi su.. Amma bele meyve, meyve wireleri her gun qebul edirem..

Siz yene yaxşısınız:)) Men güne 2 st. suyu ya içerem, ya içmerem. Meyve suyu da hemçinin. Çox vaxt su yerine süd içirem men:))
--------------------

***
❃❃❃

***

İlkay

9 Avqust 2013 00:34

Iliq su.. Bu menden uzaq bir weydir iliq cayi hec ice bilmirem + iliq su :) Zererli olsa bele buz kimi su icirem hetda buz yeyirem :) Amma gun erzinde uzaq bawi 2, 3 stk su ice bilerem yeni adi su.. Amma bele meyve, meyve wireleri her gun qebul edirem..

Night Wolf

8 Avqust 2013 23:51

men hec soyuq icmirem
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

_LovelY_

8 Avqust 2013 20:38

Hemiwe xeyirli weyler dadsiz olur :) Men qiwda da soyux icirem. Amma duwu ilıx qebul eliyirem :) oh be lezzet eliyir :)
--------------------


Don't make me sad, Don't make me cry..

❃FloRal❃

8 Avqust 2013 18:36

Soyuq suyun zererli oldugunu bilirdim, amma icirik de :))
--------------------

***
❃❃❃

***

Sweet girl ...

8 Avqust 2013 17:28

Həmişə-hava soyuq olsa belə soyuq su içirəm.

ZENDAYA

8 Avqust 2013 16:02

soyuq su ziyanli olsada olmasada menim ilin 4 fesli soyuq ickiler icirem