Loading...
Şəfalı bitkilər

Şəfalı bitkilər

Loading...


Akasya

Məlumat: Akasya bir növ bəzək və kölgə ağacıdır. Salxım çiçəkli və

kiçik yarpaqlıdır. Çiçəkləri gözəl ətirlidir və istifadə olunurlar.

Şəfası: Akasya astma və nəfəs darlığını aradan götürür. İstifadə

zamanı 4 stəkan suya 20-30 qr. yarpaq qoyularaq qaynadılır. Soyuduqdan sonra

süzülür. Gündə 2 stəkan içilməlidir.

Zərəri: Lakin yüksək dozada yarpaqları zəhərləyicidir.



Ağ tikan

Məlumat: May, iyun aylarında sarı-yaşıl rəngli, kiçik çiçəklər açan

bodur bir ağac növüdür. Meşə kənarlarında yetişir. Budaqları qarşılıqlı, ucları tikan

halındadır. Yarpaqları qarşılıqlı və saplıdır. Çiçəkləri kiçik dəstələr halında bir araya

toplanmışdır. Kürə şəklində və kiçik meyvəsi əvvəlcə yaşıl, daha sonra isə bənövşəyi, qara

rəng alır. Bundan başqa meyvələrindən yaşıl boya hazırlanır.

Şəfası: Bitkinin işlədilən qismi təzə meyvələridir. Müshil

dərmanıdır. Meyvələrində yağ, rəngli maddələr, şəkər,qlukoza vardır. Qurudulan meyvə

yarpaqlarından 2 şəkər qaşığı 1 stəkan qaynamış suya qoyulur. 10-15 dəqiqə zamanla

dəmlənib süzülür. Bu çaydan sabah zamanında 1 stəkan içilir. Toplanmış təzə

meyvələrindən səhər yeməyindən öncə 10 dənəsi yeyilə bilir.

Zərəri: Yetkinləşməmiş meyvələri isifadə edilməz. Çox istifadə

olunarsa qarın ağrısı, bulantı edər.



Acı çiğdəm

Məlumat: Boyu 10-30 sm. yüksəkliyinə çatan, ot

bitkisidir. Payızda bənövşəyi, çəhrayı rəngli, 6 parçalı çiçəklər açır. Yarpaq və meyvələri

isə yazda ortaya çıxır. Payızda çiçək açdığından xalq arasında payız çiğdəmi

olaraq bilinir. Avropanın sulu düzənlərində bol miqdarda yetişir.

Şəfası: İstifadə olunan qismi yumru və toxumlarıdır. Xaricdən

alınarsa toxum və yumruları istifadə olunur. Daxildən alınırsa isə attırıcı, tərlədici, mushil

aparan şəfası vardır. Alkoloitlərinin çox yüksək zəhərləyici olduğundan, daxildən ancaq

həkim icazəsiylə istifadə olunur. Əvvəllər isə xalq arasında revmatizma ağrılarını kəsmək

üçün xaricdən istifadə olunurdı. Bunun üçün bir tutam toxumu 2-3 diş sarımsaq ilə yaxçıca 

əzilir. Əldə olunan sulu qismi bir tənzifə əmdirilib, ağrıyan qismə sarılır. Bu bir neçə gün ard-

arda edilməlidir. Gözlənilməyən bir təsiri olduqda isə istifadəsi dayandırılmalıdır.

Zərəri: Zəhərləndirə bilir. Bunun göstəriciləri: qaytarma, qanlı

ishal, burun qanaması, saş tökülməsi. Ayrıca uzun zamanlı istifadələrdə B12 vitamininin

artımını əngəlləyərək qansızlığa səbəb ola bilir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

4 Avqust 2013 14:18

Akasyadan xoşum gelir çox gözeldi, ümumiyyetle Rebbimin yaratdığı her şey gözeldi.

aylin00

4 Avqust 2013 11:42

hmm maraqlidi

Smiler

3 Avqust 2013 21:04

maraqla oxudum tesekkurler

Ziya008

3 Avqust 2013 20:50

xebere twk...

akasiya en sevdiyim aqacdir...

ancaq axirdaki wekil ele bil zeferan weklidi axi ya mene ele gelir??

❃FloRal❃

3 Avqust 2013 18:50

Çox sevirem bitkileri. Evde o qeder var ki, bitkilerden.
--------------------

***
❃❃❃

***

FIORE

3 Avqust 2013 18:47

Bunları bilmirdim,maraqla oxudum)
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

faiq123

3 Avqust 2013 17:38

xebere gore twk asi
--------------------
Facebook profil
Twitter
Tpo.com

Sweet girl ...

3 Avqust 2013 16:34

Akasya gozel bitkidi.

Gulka

3 Avqust 2013 16:04

akasyani gormuweem ama o biri bitkileri yox winked
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea