Loading...
Rio De Janeiro

Rio De Janeiro

Loading...
Rio De Janeiro

 

Ümumi məlumat
Rio De Janeyro San Pauludan sonra Braziliyanın ən iri şəhəridir, sahəsi 1260 kvadrat kilometrdir. "Valehedici şəhər" adlanan Rio-nun 13 milyondan çox əhalisi var. Onlar özlərini "karioka" adlandırır. Rio hər kəsin arzusudur. Şəhər çoxsaylı çimərliklər, müasir məhəllələr və tarixi abidələrlə zəngindir. Bundan əlavə, Rionun mərkəzindən bir neçə dəqiqə uzaqlaşdıqda siz tropik meşələrdə olacaqsınız. Şəhərin qeyri-adi aurası insanı cəlb edir, yaşamaq həvəsi oyadır və buranı tərk etmək istəmirsən. Bura, həmçinin təzadlar şəhəridir. Dağı döşündə şəhərin ən kasıb rayonları yerləşir, onla favella adlanır. Favellalar kiçik dövlətlər hesab olunur və federal hakimiyyət onların işinə qarışmır. Bəzi favellalarda nə xəstəxana, nə məktəb, nə də adi rahatlıq var. Rio-de-Janeyro Braziliya karnavalı ilə məhşurdur. Şəhərdə çoxsaylı sambo məktəbi var ki, onlar hər il şən və rəngarəng karnavallar keçirir.

Tarixi
Şəhərin tarixi XVI əsrdən başlayır. Yanvarın 1-i 1502-ci ildə portuqaliyalı Andre Qonsalviş kiçik körfəz görür. lakin o, hesab edir ki, həmin gördüyü buxta əslində, çayın mənsəbidir və onu "Rio" (çay) adlandırır. Portuqaliya sakinləri kəşf etdikləri adalar və materiklərə həmin gün onları qoruyan müqəddəsin adını verirdilər. 1 yanvar tarixinin xüsusi müqəddəsi olmadığından onlar Rio sözünə "De Janeiro", yəni yanvar əlavə edirlər. Buna görə də Rio De Janeiro, həmçinin "yanvar çayı" adlanır. 1763-cü ildə Braziliyanın paytaxtı Baiya artıq nüfuzunu itirməyə başlayır və Rio məhşurlaşır. 1808-ci ildə Portuqaliyanın yarısı Napoleonun əlinə keçəndən sonra bütün kral ailəsi Braziliyaya köçür, 1816-cı ildə isə Rio-De-Janeiro Portuqaliya imperiyasının paytaxtına çevrilir. 1872-ci ildə şəhər sakinlərinin sayı 250 minə çatır. 1959-cu ildə şəhər paytaxt statusunu itirir, lakin ölkənin ən görkəmli və gözəl guşələrindən biri olaraq qalır.

Görməli yerlər
Rioya səyahət edəsən və İsanın heykəlini görməyəsən, bu mümkün deyil. Həmin heykəl düz Korkovado dağının təpəsində yerləşir və nəinki Rionun, Braziliyanın əsas abidələrindən biridir. Gündə 300 mindən çox turist onu görməyə gedir, yeri gəlmişkən, oraya ölkənin ən qədim qatarında qalxırlar. Buradan şəhərə çox gözəl mənzərə açılır. Bu yaxınlarda həmin qatarın 115 yaşı oldu. Şəkər başı dağı Rionun ən yüksək zirvəsidir. Hündürlüyü təxminən 750 metrdir. Oraya çıxmaq yalnız 1912-ci ildə fəaliyyətə başlamış funikulyorla mümkündür. İlk dayanacaq 220 metrlik "Moru da Urka" yaylasında olur. Burada böyük amfiteatr, restoran və dükanlar var. Sonra 750 metrlik zirvəyə qalxıb şəhərin bütün gözəlliklərini seyr edə bilərsiniz. Tijuka şəhərindəki Milli park dünyanın ən iri meşəsidir. Sahəsi 32 kvadrat kilometrdir. Burada siz yalnız tropik iqlimdə rast gəlinən heyvan və bitkiləri görəcəksiniz.

Şopinq
Başqa bir ölkəyə səfər zamanı şopinq etmədən qayıtmaq mümkün deyil. Rio-de-Janeiro dünyanın digər şəhərləri kimi dükan və ticarət mərkəzləriylə zəngindir. Şəhərin mərkəzində bir neçə nəhəng ticarət mərkəzi yerləşir. Onlara Riu-Banku küçələrində və Kopakabana rayonunda rast gəlmək olar. Burada, həmçinin kiçik dükanlarda var, oradan müxtəlif geyimlər, suvenirlər, ev avadanlıqları və digər lazımi əşyalar tapmaq mümkündür. Bütün binaların alt mərtəbələrində dükanlar, kafelər, barlar yerləşir. Şəhər universal mağazalarla da zəngindir: Mesbla, Sirs, Bar-boza Freytas, Kazas Amerikanas, Kazas Pernambukanas və s. Suvenir kimi siz qırmızı ağacdan düzəlmiş əşyalar əldə edə bilərsiniz. Rioda H.Stern cəvahirat dükanlarını gəzmək xanımlara xüsusi zövq verəcək. 1945-ci ildən bu günədək H.Stern dünyanın ən öndə gedən daş-qaş mağazalarından biridir.

Mətbəxi
Braziliya mətbəxi müxtəlifdir. Özündə ilk baxışdan bir-birinə zidd üç komponenti birləşdirir: Avropa, Afrika və Hindistan kulinar ənənələrini. Ölkədə ən çox populyar xörək qara lobya, ət məhsulları, tərəvəz, un və ədviyyatın qarışığından hazırlanan "feyjoada"dır, həmçinin "tutu" adlı xörək də var ki, yanında ət və lobya olan qatı püredir. Bundan əlavə, braziliyalılar "sarapatel" - qızardılmış qaraciyər və "karne-du-sol" ət xörəyinə də üstünlük verirlər. Bəzi yeməklər sırf hind kökü daşıyır və Avropaya heç bir aidiyyatı olmur. Onlarda müxtəlif ədviyyatlardan istifadə edilir. Braziliyalıların özünəməxsus içkiləri var. Onlar içkiləri tropik iqlimdə yetişmiş meyvələrdən hazırlayır. Alkoqol içkilərə gəldikdə isə, ən çox pivə sevilir, sonra rom, araq və "kaşasa" və "kaypirinya" adlanan limon kokteyli. Rionun sakinləri birinci növ şərabları da çox sevir: "Muskat", "Serdolik", "Tavrida", "Sersial", "Tokay", "Massandra" və s.

 

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro

Rio De Janeiro
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Devilest_Love

1 Fevral 2013 21:37

cccooxxxx gozel ilove

_LovelY_

29 Yanvar 2013 14:19

xaxax kef edirler ee superrrrr
--------------------


Don't make me sad, Don't make me cry..

Tecna

30 Dekabr 2012 15:45

Braziliyanin ozunden ve seherlerinden xosum gelir amma metbexi bir az iyren gorunur tesekkuler.... greeting

PeTTy

30 Dekabr 2012 00:25

Hemiwe diqqetimi çekib Braziliya weherleri.

A_K

4 Noyabr 2012 13:08

cox gozel gorunur
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

♣_EmRe AyDıN_♣

30 Oktyabr 2012 22:32

Çox gözəl və maraqlı yerdir olmaq istərdim təşəkkürlər...

Nina Guney

30 Oktyabr 2012 11:56


Sitat: Ferid173
Gözəl üzlü sevgilim məni Rio'da gözlə
Yanına yetişəcəm bu baharda bir az daha səbr elə
Qayıdacam sevgilim məni Rio'da gözlə
Günəşin o şəfəqləri altında rəqs edərik sübhəcən...HJKL

qeseng mahnidir....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Ferid173

29 Oktyabr 2012 21:48

Gözəl üzlü sevgilim məni Rio'da gözlə
Yanına yetişəcəm bu baharda bir az daha səbr elə
Qayıdacam sevgilim məni Rio'da gözlə
Günəşin o şəfəqləri altında rəqs edərik sübhəcən...HJKL

Filay

19 Oktyabr 2012 09:42

Karnavalı maraqlıdı ildə bir dəfə keçirilir inşAllah gedəndə həmin vaxta təyin edəcəm bi taşla iki kuş yani :)

ms_dynamite

18 Oktyabr 2012 18:00

Sitat: FERIDE
xeberin cox gozel alinib ms_dynamite.maraqli xebere gore tesekkurler

deymez xosdur... rose
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

The Moon

18 Oktyabr 2012 15:08

super yerdi...

fabregas105

18 Oktyabr 2012 09:19

gezmek lazimdi

Mito

18 Oktyabr 2012 00:02

Rio de Janeiro coox sevdiyim seherlerdendir xeberde maraqli idi etrafli melumatlar var idi , bura meshur Isa heykeli ve samba karnavallari ile taninir heqiqetende insana heyat sevgisi verir ) gelecek planlarimizda var bu sehere seyahet etmek )

_ClaRisS_

17 Oktyabr 2012 22:57

Ela xeberdir gormey istediyim weherler icerisinde 3cu yerdedir heyretamiz yerdir heqiqetende.. fascinated

Nina Guney

17 Oktyabr 2012 22:11

baciska halaldi super xeber hazirlamisan...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

_BianKa_

17 Oktyabr 2012 21:30

ne gozel yerdir.

ciiceek

17 Oktyabr 2012 17:04

cox gozel olkedi sm16

Lady_Gaga

17 Oktyabr 2012 15:20

cok gozel olkedi supper ay

FERIDE

17 Oktyabr 2012 13:04

ne gozel yerdir. furious maraqli xeber idi sekilleride beyendim superdir
xeberin cox gozel alinib ms_dynamite.maraqli xebere gore tesekkurler

ayan1

17 Oktyabr 2012 11:28

cox gozel yerdir
fascinated