Fon yüklənir...
Загрузка...

Giləhli-uçulan tariximiz

Загрузка...
Bir zamanlar Giləhli minarəsindən azan səsləri ətrafa yayılardı.Sanki qocaman Qafqaz da bu hikmətli səsi dinlədikcə kiçilib balacalaşırar,öz qürurunu yenib sakitcə onu dinləyərdi.Hər namaz vaxtı məscidin həyəti camaatla dolub-daşardı:qocalı-cavanlı hamı buraya-Allahın evinə tələsərdi.
XVIII əsrdə Şəki şəhərinin ən hündür yerindəki məhəllələrin birində ucaldılmış bu minarənin şimal-şərqində məscid də yerləşib.Həmin məscidin dövrümüzə qədər gəlib çatan qalıqları və böyük heyəti,vaxtilə burada gözəl bir ibadət evinin olduğunu təsəvvü etməyə imkan verir.
Sovet höküməti dövründə həyata keçirilən antiislam siyasəti bu möhtəşəm abidədən də yan keçmədi.Nəticədə,baxımsız qalmış məscidin divarları tamamilə uçulub dağıldı.Yerli camaatın söylədiyinə görə,həmin vaxtlar buradan bir müddət uşaq baxçası kimi istifadə olundu.Sonralar məscidin yaxınlığında yaşayan sakinlərdən biri məscidin yerləşdiyi həmi əraziyə sahib çıxdı,daha doğrusu,özəlləşdirdi:orada özünə ev tikərək məskunlaşdı.
Lakin minarə hələ də belə hörmətsizliyə baş əyməyib.Bu minarəyə qalxmaq üçün inşa edilən pilləkən çay daşından,minarənin özü isə kərpicdən tikilib.Pilləkən bir növ tikili üçün dayaq funksiyasını daşıyır.Bu pilləkənin üstündə sürahi varmış,lakin indi ondan əsər əlamət yoxdur.Deyilənlərə görə,o,güclü küləyin qurbanı olub.Babalarımızın min əzab əziyyətlə ucaltdıqlar,yüzilliklərin yadigarı olan minarə indi uçulub dağılır.
...Bir vaxtlar azan çəkmək üçün inşa edilən Giləhli minarəsi indi bütün cismi ilə haray çəkir,imdad diləyir bizdən.Nə vaxtsa yad ediləcəyini,kimlərinsə mərhəmət əlinin uzanacağını həsrətlə,səbirsizliklə gözləyir.
P.S.Gəlin unutmayaq ki, tarixi abidələrimizdən qopan hər bir kərpic bizim keçmişimizdən bir yazılı səhifə qoparır.
Загрузка...

ŞƏRHLƏR

MR.QARRI

19 Aprel 2010 14:15

mən həmin məhlədə qalıram eee qardaş bəlkə tanışmışıq bir-birimizlə

DANGER_85

26 Mart 2010 14:04

Beyendim.Cox sagol.

R.A.M.I.K

5 Noyabr 2009 21:48

yerivar

guiza96

26 Oktyabr 2009 16:42

aze

-Jasmin-

26 Oktyabr 2009 09:57

ehhhhhhhh biz heç neyi qoruya bilmemişik....
ermenilər bizim Məscidlərin yerində t........ tikirlər.
bu məscidin ərazisində olmuşam hətta biz gedəndə içəridən paltarlar asmışdılar uqrumaq üçün,məscidin içinde qoyunlar mələşirdi recourse

Elif_87

26 Oktyabr 2009 09:34

Gəlin unutmayaq ki, tarixi abidələrimizdən qopan hər bir kərpic bizim keçmişimizdən bir yazılı səhifə qoparır.
good good

_Glamour_

26 Oktyabr 2009 07:32

P.S.Gəlin unutmayaq ki, tarixi abidələrimizdən qopan hər bir kərpic bizim keçmişimizdən bir yazılı səhifə qoparır.
xəbərdə ən çox bu yeri xoşuma gəldi =))))bəli untmayaq!

LARACROFT

25 Oktyabr 2009 20:50

Gəlin unutmayaq ki, tarixi abidələrimizdən qopan hər bir kərpic bizim keçmişimizdən bir yazılı səhifə qoparır.

Gözəl sözdü.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Nahid-19

25 Oktyabr 2009 19:43

bayraqimla fexr edirem .... !
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

EHLIKEF

25 Oktyabr 2009 18:40

Teshekkur

nepasluwnaya

25 Oktyabr 2009 18:26

music_is_my_world-----son zamanlar xeberlerin heqiqeten secilir... good
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

J_LADY

25 Oktyabr 2009 18:14

Mənə belə şeylər olmaz,həqiqətən ürəyim ağrıyır,çünki xatirələrə,qədimi abidələr,keçmiş,unudulmaz qiymətli dəyərlərə çox önəm veririəm.Yazıq millətik də sökə-sökə gedirik,Təmir etməyi isə bilmirik!
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

Ronnie_7

25 Oktyabr 2009 18:14

Deyilənlərə görə,o,güclü küləyin qurbanı olub.Babalarımızın min əzab əziyyətlə ucaltdıqlar,yüzilliklərin yadigarı olan minarə indi uçulub dağılır.

Çox sağol əla xəbərdi belələri unutmaqmaq ucun lazımdı mütləq
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea
loading...
Загрузка...