Fon yüklənir...
Загрузка...

Finlandiya

Загрузка...
Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya

Finlandiya


Finlandiya (fincə: Suomi, İsveç dilində: Finland) - Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Rusiya, Norveç, İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km2-dir. Əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Finlandiya inzibati cəhətdən 12 lyaniyaya bölünür.Rəsmi adı Finlandiya Respublikası (fincə: Suomen Tasavalta, İsveç dilində: Republiken Finland)

Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl çatmağa başlayan Baltik bölgəsindən gələn immiqrantlar ilə Buz Çağından sonra bölgəyə daşınan əsl yerlilərin soyundan gəlir. Dil baxımından isə, Estonyalılar və Macarlar ilə birlikdə Finlər də fin-Ugor dil ailəsinə mənsubdur. Finləndiyə 1155-ildə İsveç Krallığına daxil edilmişdir. İsveç hakimiyyəti altında olduğu 1809 -cu ilə qədər sürən dövrdə qərb tərzində mühakimə, cəmiyyət idarəsi, siyasi sistem və ictimai xidmətlər sahələrində möhkəm quruluşların təməlləri atılmışdır. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və 16. əsrdəki İslahatların 18. əsrin sonunda, İsveç gücü azaldıqca, müstəqil Finləndiyə fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya, Rus Çarına bağlı Avtonom Çar Dukalığı olmuşdur. Finlandiya öz hüquq sistemini, inkişaf edən milli iqtisadiyyatını və ordu vahidlərini qorumuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan Markkanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.

Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917 tarixində böyük bir fürsət əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Qonşu dövlətlər və qərb xalqları tərəfindən də tanınma müddəti sürətli bir şəkildə reallaşmışdır. Fransız sisteminə bənzəyən Finlandiya Konstitusiyası, 17 İyul 1919 tarixində qəbul edilmişdir.
Sovetlər Birliyinin Finlandiyaya 1939 da təşkil etdiyi hücumun ardından, tərəfsiz Finlandiya bir anda II. Dünya Müharibəsində istəmədən iştirakcısına cevirilmişdir. Finlandiya 1939-1940 və 1941-1944-cü illəri arasında Sovetlər Birliyi və 1944-1945 illəri arasında Almaniya ilə döyüşmüşdür. Döyüşün sonunda Finlandiya torpaqlarının 10% ilə 100,000 insan itirmişdir. Bu nəticə ilə zamanında dörd milyon əhaliyə sahib olan xalq çox ağır bir əvəz ödəmişdir. 1944-cü ilin payızı Finlandiya üçün çox çətin keçmişdir. Döyüşdə itirilərək Sovetlər Birliyinə buraxılan Kadrlıya elindəki 400,000 min insan ölkədəki başqa yerlərə yerləşdirilmişdir. Lapland böyük nisbətdə korlanmış və yenidən quruluşlandırmaq məcburiyyətində qalınmışdır. Sovetlər Birliyi ilə edilən barış andlaşması Finlandiyanin zamanında bir çox iqtisadiyyat mütəxəssisinin qeyri-mümkün gördüyü nisbətlərdə döyüş təzminatı ödəməsinə səbəb olmuşdur. Finlandiya bütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən II. Dünya Müharibəsində qatılan bütün Avropa ölkələrindən, yalnız Finlandiya az xarici birliklər tərəfindən işğal edilməmişdir və daha da əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır. 1947-ci ildə Paris Andlaşması çərçivəsində, Finlandiya Sovetlər Birliyinə döyüş təzminatı ödəmək və müəyyən bir torpaq parçasını buraxmaq məcburiyyətində qalmışdır.

Təbiəti və Finlandiya meşələri

ölkə ərazisinin çox hissəsi (əsasən cənubu) düzənliklərdir. Çoxlu gölləri olan mərkəzi hissə cənub və cənub-şərqdən Salpausselkya tirəsi, şimal və şimal qərbdən Suomenselkya yüksəkliyi, şərqdən Qərbi Kareliya yüksəkliyi ilə əhatələnmişdir. Ölkənın şimalını və şərqini hündür 400-600 m-ə çatan yüksəkliklər (Manselkya və s.), şimal-qərbini Skandinaviya yaylası (mak. hündür. 1365 m. Xaltiatunturi dağ.) tutur.

Kiçik ailə fermalarının, əkinçiliyin təməlini təşkil etdiyi Finlandiya uzun bir zamandan bəri məhsular baxımdan özünü bəsləyən bir dövlətdir. Ayrıca bölgədə ət, süd və süd məhsulları, yumurta kimi məhsulların böyük bir ixracatçısı vəziyyətindədir. Buğda və çovdar, ölkənin istehsal mövsümünün 200 günün üzərində olduğu cənub-qərb seqmentinin ana məhsullarıdır.

Bunları yenə böyük miqdarlarda yetişən yulaf, arpa, kartof və çovdar təqib edər. İstehsal mövsümünün 150 günün altına düşdüyü şimal bölgələrindəki əkinçilik ərazisi isə, geniş otlaqlardan meydana gəlir. Bu otlaqlarda xüsusilə süd istehsalı üçün iki milyon ətrafında kiçik və yenə iki milyon ətrafında da büyükbaş heyvan bəslənməkdədir. Ölkənin hər yerində görülən və cəmi yüzölçüm içərisində əhəmiyyətli bir yer örtən göllərdə də geniş ölçüdə balıqçılıq edilər.

Meşələr də Finləndiyənin təbii qaynaqları arasında böyük əhəmiyyətə sahibdirlər. Bunların 46 % şam, 36% 16 % huş, geri qalan 2% də digər növ ağaclar təşkil edər. Dövlət, şimaldakı meşələrin hamısına, digər bölgələrdə də bir qisiminə malikdir. Meşələrin 60 % ının xüsusi sektora, 40% ının dövlətə aid olmasına baxmayaraq, xüsusi sektor çıxardıqlarının 16% ını dövlətə buraxmaq məcburiyyətindədir. Cəmi sahənin 65% ini meşələrin təşkil etdiyi Finlandiyada ildə təxminən 40 milyon kub metr taxta-şalban işlənməkdədir

Nəqiliyyat

Quru yolu nəqiliyyatı ölkə içi nəqliyyatda ilk sırada yerləşir. Bunu sıra ilə dəniz, dəmiryolu və hava yolu nəqliyyatı təqib edər. 1960-ci illərdə quru yolu nəqliyyatına verilən ağırlıq üzərinə, Finlandiya indiki vaxtda bu baxımdan olduqca inkişaf etmiş bir ölkədir. Xarici ticarət və yolçu əlaqələrinin 90% ı dəniz yoluyla təmin edilər. Qış boyunca çalışan buzkıranlar, cənub-qərbdəki əhəmiyyətli limanları daim açıq saxlayırlar. Ölkə içindəki göl, çay və kanallarda da nəqliyyat edilməklə birlikdə, bunun nəqliyyat içərisində əhəmiyyətli bir yeri yoxdur. Finlandiya dəmiryollarındakı rels arası açıqlığı Rusiya Federasiyası dəmiryollarıyla eyni, lakin Türkiyədə də istifadə edilən standart dünya ölçüsündən fərqlidir. Buna görə Rusiya xaricindəki qonşularıyla dəmiryolu əlaqəsi yoxdur. 1924-cü ildən beynalxalq hava yollarının əhəmiyyətli bir əlaqə yeri olan Finlandiyada nizamlı iç xətt səfərləri davamlı çalışmaqdadır.

* Dəmiryolları: 5,741 km
* Quruyolları: 78,189 km
* Kanallar: 7,842 km
* Boru xəttləri: təbii qaz 580 km
* Limanları: Helsinki, Kokkola, Kotka, Loviisa, Osulu, Pori, Rauma, Turku, Uusikaupunki, Varkaus

Dil

Finlandiyada iki rəsmi dövlət dili mövcuddur. Bunlar fin və isveç dilləridir. XIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Finlandiya İsveçin əsarəti altında olmuşdur və bu dövr ərzində Finlandiyanın dövlət və ədəbi dili isveç dili olmuşdur. Fin dili isə yalnız məişət danışıqları zamanı istifadə olunurdu. Yalnız 1865-ci ildə fin dili rəsmi dilə çevrilmişdir. Fin dilinin iki böyük dialekti mövcuddur: şərq və qərb dialektləri. Ölkədə yaşayan saamların böyük hissəsi öz ana dilində danışırlar. Hətta saam dilində məktəblər də fəaliyyət göstərir.
Загрузка...

ŞƏRHLƏR

Nuru111

9 Fevral 2010 13:56

Maraqlı məlumatlar var

MaDaR

22 Oktyabr 2009 20:42

tesekkurler

m.Hesenzade

22 Oktyabr 2009 17:55

Joyla dünyanı gəzirəm)
--------------------
Qara Kitabın Xoş Xatirələri...

_Glamour_

22 Oktyabr 2009 15:09

Ela xeber idi amma choxdu copy eledim oxuyacagam =)))
Finlandiya ile virtual tanishliq ederem =))))

Ronnie_7

22 Oktyabr 2009 13:00

Smile çox sağ ol əla xəbərdi. Super yerdi qəşəng təbiyətidə dediyin kimi super. Əla+5
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Elif_87

22 Oktyabr 2009 10:23

Tşk oxuduqca bitmirdiye getdim Finlaniyanı gəzdim gəldim şox gözəl yerdir... good

Muharibe Jurnalisti

22 Oktyabr 2009 10:19



MENDE SAYEHET ETDIM GELDIM...COX GOZEL IDI ORALAR....

XeTaI

22 Oktyabr 2009 01:08

Gəzdim mən də)

EHLIKEF

22 Oktyabr 2009 00:41

yerivar

-Jasmin-

21 Oktyabr 2009 23:17

Sitat: M_A_R_I_K
ewitdiyime gore gozel yerdi esasda qiw vaxti :)

hə skandinaviya dağlarına qar üstündə xizəklə süüşməyə gəlir turistlər

Paris

21 Oktyabr 2009 23:12

Sitat: Smile
Fransanida gonderdim)

Ela hele oxumamiwam amma artiq sevinirem) dance

M_A_R_I_K

21 Oktyabr 2009 23:07

ewitdiyime gore gozel yerdi esasda qiw vaxti :)
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

-Jasmin-

21 Oktyabr 2009 23:07

çox təşəkkürlər
skandinaviya ölkəsidi

nepasluwnaya

21 Oktyabr 2009 23:04

Smile-emelli bawli eziyyet cekmisen...emeye hormet ve bir 5+ mennen..
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

LARACROFT

21 Oktyabr 2009 22:43

Smile çox sağ ol əla xəbərdi.+5
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

GeNc_OgLaN

21 Oktyabr 2009 22:34

yeriva gozeldir
lovejoy

TARKANKA_210

21 Oktyabr 2009 22:29

BİR AZ ÇOX OLDUYE ELƏ BİL PARDON MİLLƏT AMMA XIRA KİMİ OXUMAĞA SƏBRİM ÇATMADI

Paris

21 Oktyabr 2009 22:09

Fransa haqqinda olsaydi lap sevinerdim(

guiza96

21 Oktyabr 2009 22:02

winked
loading...
Загрузка...