Loading...

Dünyanın ən hündür şəlaləsinin vətəni
Bölgələr
- 14 Oktyabr, 2011
- 4 775 Baxış
Loading...

Venesuela Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qvineya ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916 min kvadrat km, əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir.

Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında yerləşir. Orta illik temperatur +21-26 dərəcə arasında dəyişir. Orta illik yağıntının miqdarı şimal sahillərində 300 mm, dağlıq ərazilərdə 2000-3000 mm arası olur.

Görməli yerləri
Orinoko çayının deltası, Kanayma milli parkı, Anhel şəlaləsi, Kumana, Karakas, Valensiya, Los Rokvs şəhərləri və Marqarita adası Venesuelanın ən çox turist cəlb edən yerləridir. And dağlarından tökülən Orinoko çayı mövsümdən asılı olaraq müxtəlif rənglərə, naxışlara bürünür. Çayın deltasında minlərlə bitki növünə və yüzlərlə bataqlıq quşlarına rast gəlmək mümkündür. Əsrarəngiz gözəlliyə malik Kanama milli parkı planetin ən qədim hissəsi olan Quayanda yerləşir. Anhel şəlaləsi dünyanın ən hündür şəlaləsi sayılır. Şəlalənin hündürlüyü 1054 m-dir. Şəlalənin ətrafa səpələnən su damcılarında göy qurşağı rəngdən-rəngə çalır, çox hündürdən töküldüyündən qulaqbatırıcı səsi aləmə yayılır.

Venesuelanın ən məşhur bayramı Tövbə günü münasibətilə keçirilən karnavaldır. Bütün ölkədə təmtəraqlı tədbirlər keçirilir. Hər region bayramı özünəməxsus qeyd edir. Bir yerdə körpə İsanın yatdığı yalançı beşiyi oğurlayırlar ki, sonra onun qaytarılmasını qeyd etsinlər, birində təntənəli yürüşlər və maskaradlar keçirirlər, başqa bir yerdə çoxlu musiqili tamaşalar təşkil edirlər. Venesuelada katoliklər çox olduğundan milli bayramların əksəriyyəti xristianların qeyd etdikləri bayramlarla eynidir. Dini bayramlar ərəfəsində İsanın iztirablarını əks etdirən tamaşalar göstərilir

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...