
Bakının digər üzü "Şanxay"
- 23 Avqust, 2011
- 10 766 Baxış
Keşlə qəsəbəsində “Şanxay” adı ilə tanınan bir yer var. Bu, Milli qəhrəman Pəhləvan Fərzəliyevin adını daşıyan küçədir..
Burda evlər dəmiryolu xəttiin bir addımlığındadır.Sakinlər evlərindən çıxan kimi birbaşa dəmiryoluna ayaq basırlar..
"Şanxay uşaqları" qatarlara fikir vemədən velosipedlərlə yarışmağı sevirlər..
Qatar səsinə öyrəşənlər onu "layla"la bənzədirlər.. Şanxayın vahiməli "layla"sı..
Qatar keçməsə paltarlar qurumaz..?!
Bu qəsəbə 1947-ci ildə salınıb. Sakinlər neçə ildir ki, evlərinin sökülməsi qorxusu ilə yaşayırlar. Onlar burada sovet dövründən yaşadıqlarını və bütün kommunal xidmətlərin pulunu ödədiklərini bildirirlər.
2010-cu ildə 15 yaşlı oğlanın qatarın altında qalıb ölməsindən sonra qatar gələn kimi hərə öz uşağının dalınca qaçır..
12 yaşlı Diana və 10 yaşlı qardaşı Murad üçün gün ərzində keçib gedən qatarlar sadəcə maraqlı bir mənzərədir. Bütün digər uşaqlar kimi..
Diana böyüyəndə gözəllik salonunda işləmək arzusundadır. Ətrafındakı çirkinlikləri dəyişmək üçün..
"Mirşahinin qohumu" olduğunu fəxrlə vurğulayan Narxanım nənə müraciət etdikləri hər yerdə yola verildiklərini və nəticə çıxmadığını dedi..
Burda fərqli attraksionlar da var: Qatarlararası yelləncəklər kimi..
Sakinlər qatarın keçib getməsini gözlədikləri vaxt ərzində işə, dərsə gecikirlər..
12 yaşlı Seymur 1-ci sinifdə oxuyanda qatarın altında qalmış amma xilas ola bilmiş, əvəzində isə sol ayaq barmaqlarını itirmişdi..
Qatarlar Şanxay uşaqlarının gözündə cəsarət nümayiş etdirmək üçün fürsətdir..
Üstümüzə gələn "əjdaha".. Sakinlər üçün isə bu, adiləşib..
Dəmiryolu kənarında yaşamaq heç də romantik deyilmiş.
Fotoreportaj: Xülya Sabirli