Loading...
I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

Loading...
Bu dəfəki səyahətimiz biraz fərqli olacaq. Həm gəzəcək, həm də gəzəcəyimiz bölgə haqqında sizə qısa da olsa məlumat verəcəm. İlk öncə gedəcəyimiz yeri, xəbərin başlığında qeyd etdiyimə baxmayaraq bir daha sizə demək istəyirəm: Kopenhagen - Danimarkanın paytaxtı..

 

I ♥ Travel [Kopenhagen]

 

Şəhərin adı Danimarkalıların dili olan Daniya dilindən tərcümədə "koben - ticarət" və "havn - liman", yəni "ticarət limanı" mənasını verir. Şəhərə bu adın verilməsinin başlıca səbəbi isə onun həm ZealandAmager adalarında yerləşməsi, həm də Eresund boğazının sahilində yerləşməsidir. Həmçinin şəhər Şimal dənizi və Baltik dənizinə yaxın bölgədədir, yəni bir-başa dənizə çıxışı vardır. Bu da həmin bölgədə balıqçılığın inkişaf etməsinə səbəb olmuşdur. Qədim zamanlardan bu bölgədə yaşayan insanlar bu məşğuliyyətdən daha çox istifadə ediblər və nəticədə, balıq ovunun daha çox inkişaf tediyi Eresund boğazının hər iki tərəfində məskunlaşıblar.

 

I ♥ Travel [Kopenhagen]

 

Kopenhagen haqqında ilk məlumatlar 11-ci əsrə aiddir. Şəhər 15-ci əsrdən 17-ci əsrə qədər, Kral 4-cü Xiristianın hakimiyyəti dövründə ölkənin əhəmiyyətli mərkəz bölgəsi həmçinin paytaxtı oldu. Və hal-hazırda da Danimarkanın ən əhəmiyyətli paytaxt şəhəridir.
2011-ci ilin yanvar ayının 1-nə olan məlumata görə şəhər əhalisi 1.199.224 nəfər idi. Lakin iyul ayının 1-nə olan son məlumata görə isə əhalinin sayı artaraq 1.919.979 nəfər olmuşdur.. İstər yaşayış, istər texnologiya və istərsə də turizm inkişafı baxımından dünyanın öndə gələn şəhərləri arasına daxildir. 2010-ci ildə Kopenhagen Forbes jurnalı tərəfindən dünyanın ən bahalı 10-cu şəhəri adını qazanmışdır.

 

I ♥ Travel [Kopenhagen]

 

Kopenhagenin gəzməli yerləri çoxdur. Bunların ən önəmlisi 1913-cü ildə bürüncdən yaradılan "Su pərisi" heykəlidir. Çəkisi 175 kq olan bürünc heykəl əslində sadə bir heykəl deyil. 100 ilə yaxındır ki, Danimarkanın simvolu sayılır. Heykəlin yaradılmasında onun yaradıcısı olan heykəltaraş Edvard Eriksen-ə həyat yoldaşı daniyalı balerin Elen Prays köməklik edib. Yəni "Su pərisi" qismində Elen-dən istifadə edilib.. Həmçinin Tivoli parkı dünyanın ən məşhur əyləncə parklarından biri sayılır. Parkın əsası 1843-cü ildə Georq Karstensen tərəfindən qoyulub.. Şəhərin mərkəzini dənizlə birləşdirmək üçün yaradılan "Yeni Havan" kanalının əsasını isə 1641-ci ildə saray mühəndisi B.Ruzenstin qoyub. Kanalın sahilində yerləşən evlərin təxminən 300 ilə yaxın yaşı var.. Həmçinin şəhərdə 5 gəminin saxlandığı "Vikinqlərin gəmiləri", mum fiqurların yerləşdiyi "Madam Tyusso" və 13 qalereyadan ibarət olan, inanların həyatında baş verən qeyri adi hadisələri əks etdirən "İnanıram inanmıram" adlı muzeylər də var.

 

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

I ♥ Travel [Kopenhagen]

 

İndi isə virtual da olsa Kopenhagenə səyahət edək:

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Seid_Azerbaijan

22 İyul 2015 17:20

Cox gozel seherdir cox sevirem bu olkeni....InsAllah gedecem bura mutleq.......<3

İlkay

6 Yanvar 2013 18:00

Normal yeni elede cox gozel bele yer deyil.

No.Name

1 İyul 2012 02:28

normal weherdir know2

SweeT DReaMS

30 Avqust 2011 18:57

supper gozel weherdi

DEL PYERO

20 Avqust 2011 21:46

ehhhhhhh problemsiz olke.nece de getmey istiyerdim.

Paanda

20 Avqust 2011 01:49

şəhərdi də,o qədər də love eləmədim sexymix

Gulka

20 Avqust 2011 01:28

_DecelkA_,
temamile raziyam
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Songena

19 Avqust 2011 22:54

COX XOSHUM GELDI XEBERDEN, DOYUNCA GEZDIM.

Gitarist

19 Avqust 2011 22:48

Gözəl ölkədir Danimarka Kopenhagenidə görmək istəyərəm

DavorE

19 Avqust 2011 21:32

burdan maraqli gorsenir amma ora gedende pesman olursan.I love you PariS

FLOR

19 Avqust 2011 21:20

elede xosum gelen bir yer deyil

Aidan

19 Avqust 2011 19:35

MəLumatı oxudum+şəkiLLərə baxdım qəşəy Şəhərdi. İ Baku love
--------------------
Dream it.
Wish it.
Do it.

MR.QARRI

19 Avqust 2011 18:55

qəşəng yerlərdi.......

_DecelkA_

19 Avqust 2011 18:25

Baki daha yaxwidi menim ucun

nikko20

19 Avqust 2011 18:06

cox gozeldi sakit menzeresi var

Tatli cadi

19 Avqust 2011 17:40

men butun olkeleri gezmek isterdim

LARACROFT

19 Avqust 2011 17:17

Gözəl şəhərdi amma burdan da gözəl şəhərlər var
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

dark_queen

19 Avqust 2011 17:12

en boyuk arzaum yaponiyanin paytaxti tokio-ya getmekdi.inwallah gederem.xebere gore twk lovejoy

Cheburawka

19 Avqust 2011 16:15

çox gözəl şəhərdi.. 4cü şəkildə əla görünür beli
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Pirate_Girl

19 Avqust 2011 16:08

Men denizi cox sevirem..Ona gore denize yaxin limani olan weherler menim diqqetimi daha cox celb edir...Melumatlarda wekillerde hemcinin videoda super idi..Xebere gore cox sagolun

MY_CRAZY_FRIENDS_

19 Avqust 2011 16:07

[Danimarka maraqli ölkədir. Bir az Moskvaya da oxşadiram nəsə) /b]