Loading...
Şuşa / 17 il

Şuşa / 17 il

Loading...
Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

On saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb

1992-ci il mayın 8-i düz 17 il əvvəl Ermənistan ordusunun əsgərləri, Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə kecməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əskərinə cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. /ANS TV/

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Şuşa şəhərinin tarixi və mədəniyyəti

Şuşa - şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757 ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

Şuşa şəhəri – Azərbaycanın Şuşa rayonunun mərkəzidir.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev - muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

Şərqin konservatoriyası

Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar - bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

Bu gün Şuşanın işğalından 17 il keçir +Fotolar

8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

25 Avqust 2012 13:57

[center]8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.

ermeniler 1000 ilde olsalar Susani ala bilmezdiler..
komekleri yaxsi olub...
Allah sebr vermesin..
[/center]
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

suu

10 May 2012 18:54

Susa bizimdir ve bizim olaraq qalacaqdir. aze gun wacko
AZE ermeni

abdullayev-shahid

24 Aprel 2011 10:57

yoxdu sene dunya uzunde tayin beraberin gozel QARABAG kash isti suda dingeleydim yene AGDAMIN cay evinde cay ice bileydim kash.QARABAG yoxsan bir cox sheherler kev eliyir istirahet sonasi acmaqla quba,qusar,xacmaz,qebele sene 100 ilde gecse cata bilmez.
aze

SHAH RUKH KHAN

31 Mart 2010 00:20

gun

BEZDUWNAYA

26 Noyabr 2009 11:20

sorry

ferit

18 İyul 2009 19:01

INSALLAH QAYTARARIQ..AZERB..SUSASIZ QANADI QIRIQ QARANQUSDUR..DUZ 17 ILDIR KI BELEDIR..INSALLA

TEZ BIR MUDDETDE QAYTARARIQ ALLAHBUTUN SEHITLERIMIZE REHMET ELESIN..RUHLARI SAD OLSUN aze aze aze aze aze aze

ferit

7 İyun 2009 17:36

inssallah gaytararig susamizi aze aze aze aze aze aze aze aze aze aze aze aze


Lineage

31 May 2009 08:24

Allah Bize komek olsun

Ronnie_7

23 May 2009 16:50

Çoxlu çoxlu teŞŞŞŞ
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

DENTiS

10 May 2009 00:57


UREYIM COX DOLUDU.CUNKI DUZ 17 ILDIRKI $U$AMDAN UZAQDAYAM recourse recourse recourse recourse recourse recourse recourse

marmeladka

8 May 2009 23:56



THANKFUL Bu gün, 23:48--

qaytarariq insAllah...sehilerimizin qani yerde qalmaz...

THANKFUL

8 May 2009 23:48

qaytarariq insAllah...sehilerimizin qani yerde qalmaz...

capricornis_88

8 May 2009 13:32

Qara ve qanli tariximiz!!!!Unudulmaz gun qetller gunu de demek olar!!!!
ALLAX bize sebr vermesin! AMIN!
Inwallax WUWA mizi da qaytaracayiq....

LARACROFT

8 May 2009 13:14

Görəsən vətənimizin başından qara buludlar nə vaxt çəkiləcək?
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Suliko

8 May 2009 13:09

Sitat: aide
Gun gelecek shusha yeniden bizim olacaq.

Inwallah...


Bolwooy tewekkurler melumatlara gore.. good aze aze
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

m.Hesenzade

8 May 2009 12:44

Qesheng yerdi gun gelecek gedib orda dinceleceyik!
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Kukuwka

8 May 2009 11:35

Susadan qohumlarimiz var hec Susada olmamisam heyf ele yerden ki ermenilerin elindedir ((

Dj_MIRA89

8 May 2009 11:32

Allah butun Shehidlerimize rehmet elesin Yerleri cennet olsun

aide

8 May 2009 11:05

Gun gelecek shusha yeniden bizim olacaq. Amin!