Fon yüklənir...
Загрузка...

Bakının mərkəzi küçələri yenidən qurulacaq

Загрузка...
Bakının mərkəzi küçələri yenidən qurulacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Dünya Bankı ilə birlikdə “Şəhər ərazilərinin regenerasiyası” mövzusunda seminar-treninq keçirib. Seminar inkişaf etməkdə olan ölkələrə, o cümlədən Qafqaz regionu dövlətlərinə Dünya Bankının yardımı çərçivəsində təşkil olunub. Layihənin məqsədi Bakı şəhərinin problemli ərazilərindən birinin dünya təcrübəsi baxımından yenidən qurulub abadlaşdırılmasının sxematik və konseptual həlli variantını hazırlamaqdır.

Layihənin hazırlanmasına rəhbərlik Dünya Bankı tərəfindən ingiltərəli tanınmış memar Zəki Qiyasiyə tapşırılıb. Tədbirdə ərazilərin ilkin variantları ilə tanışlıqdan sonra Z.Qiyasi yerli mütəxəssislərlə birlikdə N.Nərimanov və Azərbaycan prospektləri, Nizami və Bakıxanov küçələrinin əhatə etdiyi və şəhərsalma baxımından abadlaşdırılmağa daha çox ehtiyac duyulan ərazinin üzərində dayanıb. Yaxın günlərdə ictimai əsaslarla yerli mütəxəssislərdən təşkil ediləcək xüsusi işçi qrupu seçilmiş ərazinin nümunəvi regenerasiya (yenidənqurma) layihəsini 2010-cu ilin sonunadək DŞAK-a təqdim etməlidir.

Bu müddətdə mütəxəssislərin əyani tanışlıq və təcrübə mübadiləsi məqsədilə İngiltərənin London və Liverpul şəhərlərinə səfərləri də nəzərdə tutulur. Səfərlər və layihəyə rəhbərlik xərcləri Dünya Bankının ayırdığı qrant hesabına maliyyələşəcək.

Layihə üzrə əldə ediləcək təcrübə və yanaşmalar respublikanın digər şəhərlərinin inkişafı və abadlaşdırılması layihələrinin hazırlanması zamanı nəzərə alınacaq.

Z.Qiyasi bir memar kimi İngiltərədə formalaşmış və hazırda “McBains Cooper” şirkətində çalışır. Dünyanın beş ölkəsində ofisi olan bu şirkətin 200-dən çox əməkdaşı var və şəhər ərazilərinin dirçəldilməsi layihələrinin hazırlanması və həyata keçirilməsi sahəsində böyük təcrübəyə malikdir.
Layihə:
Bakının mərkəzi küçələri yenidən qurulacaq
Bakının mərkəzi küçələri yenidən qurulacaq
Bakının mərkəzi küçələri yenidən qurulacaq
Bakının mərkəzi küçələri yenidən qurulacaq
Bakının mərkəzi küçələri yenidən qurulacaq
Bakının mərkəzi küçələri yenidən qurulacaq
Загрузка...

ŞƏRHLƏR

Nilay

14 Noyabr 2010 22:42

good

Balım

30 Avqust 2010 09:32

Mən razıyam.söküb tüksünlər amma gözəl olur nəticədə.SON ZAMANLAR BAKI ÇOX GÖZƏLLƏŞİB. BUNU GÖRMƏMƏZLİKDƏN GƏLMƏK OLMAZ...

HBK

30 Avqust 2010 00:42

Sokub-yoksunler. Teki gozel olsun. Ne var ki burda. Sokmeden inkiisaf olaur kiii beyem. Ele sokmesinler, dagitmasinlar, tikmesinler yer tutur. Yollar baglanir. Day neynesinler ki . Basqa cur inkiisaf olur kii????

Mr_Bakinski

30 Avqust 2010 00:37

Fsoda Yenədə toz və şəhərdə probka əlindən maşın sürə bilməyəcəyik

Girbinne

29 Avqust 2010 17:27

həq.ən də nə qədə tikib sökməy olar e...məncə küçələrin təmizliyinə fikir versələr daha yaxşı olar.şəkidə olmuşdum yerdə 1dənə də zibil tapmazsan,ama bakının küçələri eseb

10-suz

29 Avqust 2010 13:27

adam bir yeri ne qeder sokub tiker eeeeeeee?basqa yerlere de el gezdirsinlerde.

_Ali_

29 Avqust 2010 11:47

vaxsey yene toz torpaq milletin canini bogazlarini yigdilarda

Fedor Emelianenko

29 Avqust 2010 00:38

Sitat: Lunchi_Pulchi
şəhərin gözəlliyi üçün nə isə etçələri adamı svindirir))))))))))
görəsən ölmüyüf o günnəri də görəjiiyiy ya yox

ee elə sözlər demə niyə görmörüy

Allah Bilən Məsləhətdir....

devecili

29 Avqust 2010 00:18

bəziləriniz bu hallara pis baxırsız amma Bakımızda cox dəyişikliklər var müsbət mənada... mən 2il Azərbaycanda olmadım sonra gələndə Azərbaycanı tanımadım Bakını tanımadım cox gözəlləşib Bakı... bizim xalqın bir xasiyəti var əlimizdəkini bəyənmirik bu səhvdi Azərbaycanımız cox inkişaf eliyib hər tərəfli siyasi iqtisadi hərbi mədəniyyət... Sizədə məsləhətim və xahişim Azərbaycanımıza sahib cıxaq... aze

cristal angel

29 Avqust 2010 00:11

avropalasma gedir sadece olaraq twk

Lunchi_Pulchi

29 Avqust 2010 00:04

şəhərin gözəlliyi üçün nə isə etçələri adamı svindirir))))))))))
görəsən ölmüyüf o günnəri də görəjiiyiy ya yox

music_is_my_world

28 Avqust 2010 23:47

Bakı həmişə çox gözəl olub təşəkkür

FLOR

28 Avqust 2010 23:34

men bakimi bu veziyyetde xoslayiram (((((( gorekde axiri hara gedir

CrİsTiAnO RoNaLd

28 Avqust 2010 23:05

Çox yaxşı)

LARACROFT

28 Avqust 2010 23:00

Lap yaxşı.Şəhərimiz gözəlləşir.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Mamedovich

28 Avqust 2010 22:38

onsuzda her gun sokub yiqirlarda ne menasi vare pulduda gedir ciblerinden getmirki dovletden gedir

ChocoLatte

28 Avqust 2010 21:14

Hmmm yenede??Bir yeri elli defe tikib sokurler ...

Xeyale Flx

28 Avqust 2010 20:42

hech ne istemirem,birce avtomobiller uchun dayanacaq merkezi de hazirlasinlar daha derdimiz olmaz,yoxsa kechmek olmur ee piyadaya ayrilmish yollarla wink2

MASTER-SAN

28 Avqust 2010 20:42

Onda bele olsa sevgiller ucun toy bayramdiki deynen
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

crazy women

28 Avqust 2010 20:35

ayddda superdi) ilove wink2

Markiza

28 Avqust 2010 20:26

Yağış və qar kifayət edər, bizim küçələrə winked

l2a1000

28 Avqust 2010 20:17

Görəkdə

Ruhsar

28 Avqust 2010 20:13

eee ((
olkemizin rayonlarinda o qeder yerler var ki temire ehtiyaci var hec onu elemirler

Nagil

28 Avqust 2010 20:12

gucle sehmanana dusmusdu seher yene toz-torpaq olacaq

Babydoll

28 Avqust 2010 19:46

Görək dəə necə olur.Amma məncə heeeç lazım deyil.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

music_my_life

28 Avqust 2010 19:14

ayda yene????? Bezmediler bakini sokub yigmaqdan???????

DReaM

28 Avqust 2010 19:12

gorekde Insallah

_Ayka21_

28 Avqust 2010 18:37

hmmm supeeer

psixoloq_01

28 Avqust 2010 18:27

yavas yavas tarqovi duzelir gorekde

İrmak

28 Avqust 2010 18:17

Inanmıram!
Olasada bizim panyatkalı məhlə uşaxlarının sayəsində 1 ilə zibilxanaya çevriləcək..
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.
loading...
Загрузка...