Fon yüklənir...
Загрузка...

Venesiya

Загрузка...
Venesiya

Venesiya - İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Veneto vil. və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr-16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829-832; 1073-95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.

TARİXİ

Venesiya ərazisində Adriatik dənizinin şimal sahillərindəki laquna adalarında e.ə. 5 əsrdən ilk yaşayış məskənləri olmuşdur. 7 əsrin sonunda və ya 8 əsrin əvvəlində adalarda başda doj olmaqla respublika yarandı. Venesiya şəhəri 9 əsrin əvvəlində Rialto adalarında salınmışdır. 9-10 əsrlərdə Qərbi Avropa ilə Şərq arasındakı ticarətdə ən böyük vasitəci mərkəzə çevrildi. Venesiyada metal, ağac, xəz-dəri emalı, parça, şüşə istehsalı meydana gəldi, gəmiqayırma inkişaf etdi. 10 əsrin sonlarında yaxın Venesiya artıq müstəqil dövlət idi. Bu dövrdən başlayaraq Venesiya respublikası İstriyanın bir sıra şəhərlərini özünə birləşdirdi. Azərbaycanla Venesiyanın ticarət əlaqələri 11-12 əsrlərdən başlanır.

Venesiya

Göndərdiyi səfirlərdən bəzisi (Alessandri, Zeno, Barbaro, Kontarini və b.) Azərbaycanda olmuşdur. 11-12 əsrlərdə Venesiya güclü donanması sayəsində Adriatik dənizində hegemonluğu ələ aldı. Səlib yürüşləri zamanı səlibçilərə kömək edən Venesiya Aralıq dənizi rayonunda imperiyaya çevrilərək Konstantinopolun bir hissəsini, Mərmərə dənizində və boğazlardakı bir sıra limanları, Evbeya, Krit adalarını və s. ələ keçirdi. 14-15 əsrlər Venesiyanın çiçəklənmə dövrüdür. 1380 ildə Venesiya Genuya donanmasını darmadağın edərək əsas rəqibini Aralıq dənizinin şimal hissəsindən sıxışdırıb çıxardı və Qərbi Avropanın Şərqlə ticarətinin xeyli hissəsini öz əlinə aldı. 14-16 əsrlərin əvvəllərində Venesiyanın ərazisi daha da genişləndi. Lakin türklərin Konstantinopolu tutması və coğrafi kəşflərlə əlaqədar ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi Venesiya respublikasının qüdrətinə ağır zərbə vurdu.

Venesiya

Venesiya-Türkiyə müharibələri (17-18 əsrlər) nəticəsində Venesiya Balkan yarımadasındakı və Aralıq dənizinin şimal rayonunda bütün ərazilərindən məhrum oldu. Venesiya mühüm ticarət dövləti kimi əhəmiyyətini itirdi, 17-18 əsrlərdə isə tamamilə tənəzzül etdi. 1797 il Kampoformio sülhünə görə Venesiya respublikasının bütün ərazisi Avstriyaya verildi. Sonradan 1805 il Presburq sülhünə əsasən İtaliya krallığına birləşdirildi. Vyana konqresi yenidən Venesiyanı Avstriyanın hökmranlığına verdi. 1848 ildə Venesiya yenidən respublika elan olundu, lakin 1849 ilin avqustunda Avstriya ordusunun zərbələri altında respublika süqut etdi.

Venesiya

1866 il Vyana sülhünə görə Venesiya İtaliya krallığının tərkibinə daxil edildi. Alman işğalı dövründə (1943-45) Venesiya Müqavimət hərəkatının mühüm mərkəzlərindən idi. 1945 il aprelin 28-də azad edilmişdir.

KARNAVALLAR

Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi.

Venesiya

Lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə XVIII əsrdə çatdılar.

Venesiya

Düzdür 200 il unudulsa da yenidən 1980-ci ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir.

GÖRMƏLİ YERLƏR

Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: "Avropanın ən qəşəng mehmanxanası San Markodur". Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır.

Venesiya

Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 avroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar.

Venesiya

Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.
Загрузка...

ŞƏRHLƏR

Asi_ruh

26 Yanvar 2011 14:46

wonderful city i like

JOY_LADY

26 Avqust 2010 21:44

he olmusam

l2a1000

15 İyul 2010 00:10

Gozel ve maraqli weherdir xebere gore cox sag ol

mecit

14 İyul 2010 23:50

heyati bele yerleri gedib gezenler yawiyir olmeden evvel dunyani gezirler sonra da deyirler dunyani gordum yawadim sira o biri terefdedi

kewell17

7 İyul 2010 12:26

Maraqlı şəhərdir.

PRAQMATIK

6 İyul 2010 18:36

[14-15 əsrlər Venesiyanın çiçəklənmə dövrüdür./quote]
Elə bu dövrdə Azərbaycanla olan əlaqələr özünün ən yüksək səviyyəsinə çatmışdır.Bu dövrdə Azerbaycanda mövcud olan Ağqoyunlu dövləti il Venesiya arasında möhkəm ticarət əlaqləri vardı.Osmanlı-Ağqoyunlu müharibələrini də qızışdıran məhz Venesiya respublikası idi.Eyni maraqlardan çıxış edən Ağqoyunlu və Venesiya Osmanlılara qarçı koalisiya yaratmışdılar hətta.

CrİsTiAnO RoNaLd

6 İyul 2010 15:26

Sağol brat əla xəbərdi hədiyyəyə görə də təşəkkürlər good

Balım

6 İyul 2010 12:58

Venesiyani men de gormek isterem..Romantik 1 seyahet ucun ela 1 secim olar mence smile

Fedor Emelianenko

6 İyul 2010 10:34

Dogurdan maraqlidir

Beautiful_Liar

6 İyul 2010 10:01

Venesiya-aşiqlər şəhəri )))

Elif_87

6 İyul 2010 09:52

Maraqlı yerdir...

Sitat: master-san
Menim uwaqliq arzumdu bu weherde olmaq .Cox super yerdi .Inwallah Mene o weheri gormek nesib olacaq ...

İnşallah bir gün gedərsən...

Dandoline

6 İyul 2010 09:27

Xoşum gəlmir bu şəhərdən..

Sweety

6 İyul 2010 00:45

Venesiyalilar baliğı ümumiyyətlə çoox yeyirlər bu da yəqin evlərinin su altinda olması ilə əlaqədardi scratch_


Xəbərə görə çoox sağol

A_L_F_A

6 İyul 2010 00:36

VENESİYADA YAŞAYANLAR AXİRDA BALİĞA DÖNƏCƏKLƏR ADAM NƏ QƏDƏR SUDA YAŞAYAR

SCHWEINSTEIGER

6 İyul 2010 00:08

cox gozel yerdi

Jeyibon

6 İyul 2010 00:06

Tarixdən keçmişik..Dəniz Kraliçası adlanırdı bura..Çünki dəniz ticarətində 1ci idi))Odlu silahları istehsal edən ilk dövlət olub..Uzun Həsən də məhz buna görə dostluq əlaqələri saxlayırdı)

AhMeDiK

5 İyul 2010 23:58

Belede Weher Olar.Qacib Ozuvu Saxlaya Bilmesen PROMOY DENIZE laught

BABYFACE

5 İyul 2010 23:43

gözəl şəhərdi ilove

Miss_Zaqadka

5 İyul 2010 23:32

"Avropanın ən qəşəng mehmanxanası San Markodur".bu mehmanxana orda yerlesirse getmeye deyer demek..mehmanxanalari cox beyenirem

psixoloq_01

5 İyul 2010 23:32

master-san[/b[b]],AMİN İNSALLAH


XOSUMA GELDİ
good

CrİsTiAnO RoNaLd

5 İyul 2010 23:13

Çox gözəl şəhərdi lovely

PRAQMATIK

5 İyul 2010 23:02

Sevgililər şəhəri-Venesiya smile

MASTER-SAN

5 İyul 2010 22:50

Menim uwaqliq arzumdu bu weherde olmaq .Cox super yerdi .Inwallah Mene o weheri gormek nesib olacaq ...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

LARACROFT

5 İyul 2010 22:48

Moren çox sağ ol.Həmişə kimi gözəl xəbər hazırlamısan.
Venesiyada olmaq istərəm.Gəzmək üçün gözəl yerdi
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Dima Bilan

5 İyul 2010 22:22

Venesiya qəşəng şəhərdi... haqqında eşitmişdim indide şəkillərdə gördüm marağlı gəldi..

HellsAngeL

5 İyul 2010 22:21

qədim şəhərlər mənim üçün həmişə maraqlı olub.Venesiya da bunlar arasındadır.bu yazını oxuyandan sonra isə orda keçirilən karnavallar da mənə çox maraqlı gəldi.çox istərdim ki orda olum özü də karnavallar olan vaxt melek

ChocoLatte

5 İyul 2010 22:14

Tesekkurler maraqli idi...

___DiMaggio

5 İyul 2010 22:07

Iki il bunnan qabag olmusham axirinci defe Venedigde. Görmeli yerleri bunlarla bitmir ki. Hem de dünyada en chox dashqina meruz qalan sheherdi Venesiya. Ümumiyyetle Italiya yashamali gezmeli ölkedi. Insanlari xüsusen de qadinlari zövqle geyinir, avropanin bezi ölkeleri kimi jeans shalvari geyib, güzgüye baxmadan tullamirlar özlerin qapidan chöle. Neise boshbagazdig elemiyim...
Gezmeye qerib ölke, ölmeye veten yaxshi!

Babaeva

5 İyul 2010 21:53

chox sagol maraqlidir

Ronnie_7

5 İyul 2010 21:48

Qəribədə olsa yeri var...Lap gəzmək istədim orda)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea
loading...
Загрузка...