Fon yüklənir...
Загрузка...

Roma

Загрузка...
Roma haqqında qısaca məlumat:

Roma - İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzidir.

2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır.

Roma adının mənşəyi:

Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.

Roma

Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub "hünər, qoçaqlıq" mənasını daşıyır.

Romanın coğrafiyası:

Roma Aralıq dənizindən 26 km aralıda, Apennin dağ silsiləsinin dənizə enən vulkanik mənşəli (sönmüş Alban vulkanına aid) yamacında Tibr çayının sol sahilində yerləşmişdir. Şərqdən Abruzzen və şimaldan Sabin dağları ilə əhatələnmişdir. Şəhər əsasən mərkəzi Palatin olan təpələr üzərində formalaşmışdır. Şəhərin ümumi sahəsi 1285 km², tarixi hissənin sahəsi cəmi 143 km²-dir.

Təpələrin adları:

* Palatin (Palatinus, Tibr səviyyəsindən 43 m hündürlükdə )
* Aventin (Palatinus, 39 m )
* Kapitoli (Capitolinus, 43 m)
* Kvirinal (Quirinalis, 48 m)
* Viminale (Viminalis, 48 m)
* Eskvilin (Esquilinus (Cispius, 46 m və Oppius, 79 m))
* Çelio (Caelius, 48 m)

Roma Tarixi:

E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında yaşayan müxtəlif tayfa və xalqlar içərisində ən inkişaf etmiş xalq etrusklar idi. Etruskların azad şəhərləri və on min yazı işarəsi vardı. Apennin yarımadasının mərkəzindəki Latsio vilayətində yaşayan latınların dili ümumi dilə çevrilmişdi. E.ə. 753-cü ildə Tibr çayının 25 kilometrliyində Roma şəhəri salındı. Romanın ən qədim sakinləri özlərini patrisilər adlandırırdılar.

Roma

Roma "Əbədi qızıl şəhər" də adlandırılır. Burada isti və soyuq hovuzları olan termlər (hamamlar) tikilmiş, Romanın ətrafında dəniz döyüşü tamaşası üçün göl yaradılmışdı. Romanın Kapitoli təpəsində sığınacaq məqsədi ilə qala tikilmişdi. Şəhərin bazar meydanı - forumun yaxınlığındakı Palatin təpəsində saraylar ucaldılmışdı. Romanın ən əzəmətli abidələrindən biri Kolizey amfiteatrı idi.

Kolizey
Roma

Çarlıq və Respublika dövrü:

Romuldan sonra çar Tit Livi Numa Pompili təyin olunur. E.ə. 509-cu ildə çar Tarkvini Superb devrildikdən sonra Roma respublika elan olunur. E.ə. 390-cı ildə keltlərin hücumuna məruz qalan şəhəri qorumaq üçün Servian qala divarları tikilir. E.ə. 312-ci ildə şəhərə su kəməri - Via Appia çəkilir.

Xalq tribununun yaradıcıları Tiberi və Qay Semproni Qraç öldürüldükdən sonra stabillik pozulur və vətəndaş müharibəsi son həddinə çatır. Məhz bu zaman hakimiyyətə gələn Qay Yuli Sezar özünü diktator elan edərək bir çox islahatlar aparır. Bu vaxtdan Yuli Forumunun tikintisinə başlanılır ki, bu da Romanın ərazisinin genişlənməsinə səbəb olur. E.ə. 44-cü illdə Yuli Sezar sui-qəsd nəticəsində öldürülür.

İmperiya dövrü:

E.ə. I əsrdə artıq milyonluq şəhər Roma İmperiyasının paytaxtına çevrilir. Flavi sülaləsinin zamanında (eramızın 69–96-cı illərində) yeni-yeni suvarma sistemləri, yol şəbəkələri və digər infrastrukturlar yaradılır. Bundan başqa Panteon və digər məbədlər də tikilmişdir. Kolizeyin  tikintisinə məhz bu illərdə başlanılmış və II əsrin əvvəllərində Trayanın zamanında tamamlanmışdır. Avrelian qala divarları tikilir. Roma İmperiyasının intibahı məhz bu illərə təsadüf edir.

Panteon
Roma

Orta əsrlər:

Orta əsrlərə Roma süqut etmiş imperiyanın xarabalıqları kimi gəlib çatmışdır. Belə ki, german və slavyan tayfalarının aramsız dağıdıcı hücumlarına tab gətirməyən imperiya süqut edir. Şəhər istila olunur. Təkcə Roma papasının iqamətgahı bu talanlardan kənarda qalır.

* Qot kralı Alarix 410-cu ildə şəhərə sahib olur.
* 455-ci ildə barbarlar Romanı yenidən işğal edirlər.
* 476-cı ildə german Odoakr və sonuncu imperator Romul Avqustul arasındakı sülhə görə Roma qərb torpaqları üzərinəki hakimiyyətini itirir.
* 800-cü ildə Böyük Karlın və Papa III Leonun zamanında Roma öz nüfuzunu bərpa etməyə başlayır.
* 843-849-cu illərdə müsəlman ərəblərin müvvəffəqiyyətsiz hücumlarına məruz qalır.
* 1418-ci ildə kilsə parçalanması (sxizma) nəticəsində Papa geri dönərək Vatikanı özünün qərargahı elan edir.

Yeni Roma:

1861-ci ildə İtaliya  Venesiyanın və kilsə dövləti Vatikanın qəbulundan sonra başda kral Viktor II Emmanuel olmaqla qeyri-məhdud monarxiyaya çevrilir. 26 yanvar 1870-ci ildə kral qoşunları Romaya daxil olur və şəhər birləşmiş İtaliyanın paytaxtı elan edilir. 1922-ci ildə faşistlər hakimiyyətə gəlir və kral tərəfindən Benito Mussolini baş nazir təyin edilir.

Vatikan, Müqəddəs Pyotr kilsəsi
Roma

Mussolininin zamanında kilsə dövlət ziddiyyətləri kəskinləşir və 1929-cu ildə kilsə dövləti Vatikan öz müstəqilliyini elan edir.

Vatikan, Müqəddəs Pyotr meydanı
Roma

İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə kral ölkəni tərk edir və İtaliya Respublikası elan edilir.

1960-cı ildə Romada XVII Yay Olimpiya oyunları və I Paralimpiya oyunları keçirilmişdir.

Roma əhalisi:

E.ə. 800-cü ildə Romanın əhalisi kiçik ətraf kəndlərlə birlikdə 1000 nəfərə qədər olmuşdur. İnkişaf edən şəhər sonrakı əsrlərdə meqapolisə çevrilərək əhalisinin sayı 1 milyona çatmışdır. IV əsrdə paytaxt funksiyasının Konstantinopola keçməsi və V əsrdə Şərqi Roma imperiyasının ayrılması əhalinin 100 000 nəfərədək azalmasına səbəb olur. XX əsrdən etibarən Roma yenidən milyonçu şəhərə çevrilir. Hal-hazırda əhali ətraf rayonlarla birgə 2,7 milyon, qeyri-rəsmi məlumatlara görə isə 3 milyondur. Əhalinin 8,4%-ni əcnəbilər təşkil edir.

Roma siyasəti:

Covanni Alemanno 28 aprel 2008-ci ildə 53,7% səslə əvvəlki bələdiyyə başçısı Françesko Rutellini üstələyərək Romanın bələdiyyə başçısı seçilmişdir. Kapitolidə yerləşən şəhər bələdiyyəsi 60 nəfərlik icma məclisindən və 15 nəfərlik şəhər məclisindən ibarətdir.

Palazzo Senatorio (Roma bələdiyyəsi)
Roma

* 1993–2001 Françesko Rutelli, (Bu gün PD)
* 2001–2008 Valter Feltroni, (DS, 2007-ci ildən PD)
* 2008-ci ildən Covanni Alemanno, (PdL)

Roma iqtisadiyyatı:

İkinci Dünya müharibəsi sona çatdıqdan sonra İtaliyanın ən dinamik inkişaf yolu keçmiş şəhəridir. Maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya, kağız sənayelərindən və turizmdən ibarət çox şaxəli iqtisadiyyata malikdir. İqlimi və gözəl monumental memarlığı şəhəri kino sənayesinin mərkəzlərindən birinə çevirmişdir. İtaliya üzrə istehsal olunan məhsulun 5%-i Romanın payına düşür. İşsizlik 7,5% təşkil edir.

Romanın görməli yerləri:

Roma

* Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romanın ən iri və gözəl fəvvarəsidir, hündürlüyü 25,9 m, eni 19,8 m-dir.

Barokko üslublu bu fəvvarə 1732—1762-ci illərdə memar Nikolay Salvi tərəfindən inşa edilmişdir.

* Navona meydanı (it. Piazza Navona) şəhərin Parone hissəsində yerləşmiş barokko üslublu çox xarakterik bir meydandır.
* Borgeze qalereyası 1590-1610-cu illərdə papa V Pavelin (Borgeze) şərəfinə memar Lunqi və Flaminqo Ponçio tərəfindən inşa edilmiş 100 qranit sütundan ibarət villadır. Burada Antonello da Messina, Bronzino Karavacco, Leonardo da Vinçi, Rafael, Qvido Reni, Rubens, Antonio Tempesta, Titsian və Veronezenin misli bərabəri olmayan sənət əsərləri sərgilənir.
* Həqiqətin ağzı (it. Bocca della verita) e.ə. IV əsrə aid Triton və ya Okean maskası təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Həqiqət detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər.
* Viktor monumenti - birləşmiş İtaliyanın kralı Viktor II Emmanuilin şərəfinə ucaldılmışdır. Xüsusən Romanın ponaramını seyr etmək üçün gözəl terassa malikdir.
* Kolizey - (lat. Amphitheatrum Novum və ya Amphitheatrum Flavium) e.ə. 72-80-ci illərdə inşa edilmiş Romanın simvolu sayılan qədim amfiteatr.
Загрузка...

ŞƏRHLƏR

jibjabst

21 Fevral 2016 10:21

jb5nnw06

ljgg97ic

b38d0s0fa

bfplc4cu

auvi3psi

DeCeL BaLa BaWa BeLa

29 İyun 2013 20:02

superdideee sevirem romani

casalima

20 May 2012 23:16

sagolun sizin sayenizde tarixden " 5" aldim :* :)

Tatli cadi

19 Avqust 2011 17:44

mence en gozel seher parisdi

Tuvana

27 İyun 2010 03:46

Roma adının yaranması ilə bağlı olan birinci məqalə inandırıcı deyil. Canavar ekizləri tapıb, ımizdirib filan. Belə şeylər filmlərdə olar ancaq. İkinci ehtimal daha məntiqlidir.
Roma çox gözəl şəhərlərdən biridir. Son statistikaya görə Romaya 6.12 milyon nəfər turist gedir. Bu Romanı siyahıda 10cu yerə çıxardı. Siyahını tam oxumaq üçün http://www.joy.az/forum/index.php?showtopic=3620 linkinə baxa bilərsiniz.
P.S. Belə mövzular forumda Yerşünaslıq bölməsində açılsa daha maraqlı olar. Həm də forum inkişaf edər.
--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Miss_Zaqadka

27 İyun 2010 00:59

melumatlarin bezilerini tarixden bilirdim..amma roma menim dunyamin seheri deyil...

ChocoLatte

26 İyun 2010 23:15

Tesekkurler gozel yerdi...

Qreqor Zamza

26 İyun 2010 22:50

Gözəl şəhərdi)Kompda Romanın gözəl şəkilləri var)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Lektra

26 İyun 2010 22:46

ORDA OLMAQ ISTEREM

Kafujidota

26 İyun 2010 22:45

Xeyallarimin sheridir bu sheher.Inshallah Allah qismet eder gedib gorerem orani da.Cox gozel xeberdi,teshekkurler

Nagil

26 İyun 2010 21:45

Sitat: Lady_Gunka
qeseng seherdi,hem de tarixi........

Sitat: Latinos
çox lazımlı məlumat, xoşuma gəldi belə xəbərlər bizimlə paylaşdığın üçün təşəkkür

LARACROFT

26 İyun 2010 21:13

Roma haqqında məlumatım var idi.Ən çox da Romanın tarixindən.Oxudum bir azda məlumatlandım.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

LaLa

26 İyun 2010 21:10

Gedərdim qəşəng yerdi))

Ruvi

26 İyun 2010 20:36

Ümumiyyətlə Roma barədə məlumatlıyam amma bilmədiklərim şeylər də var idi yazıda biraz oxudum Seçilmiş xəbərlərə atdım Söz sonra oxuyacam.

Teymur

26 İyun 2010 20:24

Gözel və cəzbedici şəhərdi ... Bir gün orda olmaq istəyərdim

Lunchi_Pulchi

26 İyun 2010 20:23

hə yaxşı deyirlər belə.maraqlı yerlərdi .italiya fransa ən görməli yerlərdi deyilənə görə

Chudesa

26 İyun 2010 20:21

Parisden sonra ən sevdiyim 2ci şəhərdi ) Orda olmaq istiyərdim)

İrmak

26 İyun 2010 20:19

PRAQMATIK,
Halaldi geleceyin var ))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

DJ_JaNiK

26 İyun 2010 19:48

olmuwam romada.. geweng wexerdi.. tarixi wexerdi)

Lady_Gunka

26 İyun 2010 19:36

qeseng seherdi,hem de tarixi........

denizim

26 İyun 2010 19:19

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

semichka_supu

26 İyun 2010 19:17

Sitat: denizim
Məmnuniyyətlə orda olmaq istərdim.

Yolum ordan düşsə çağıraram bir gedəriy heri

denizim

26 İyun 2010 19:15

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

PRAQMATIK

26 İyun 2010 19:02

[color=#006600][Maraqlı məlumatlar vardı.Onu da qeyd edim ki,Romada kilseler protestantların və katoliklərin təsiri altında iki yerə bölünür.Katoliklərə məxsus olan kilsələrdə kilsə zəngindən daha çox istifadə olunur.Amma bu zəng protestant kilsələrində çox az müşahidə olunur.ilsələrdə isə bəzən gümbəzlərə rast gəlmək mümkün.Bu da şərqin təsiri.Bizans imperiyasnın mövcudluğu dövründə memarlıq abidələrində şərq üslubu üstünlük təşkil edib..Xəbərə görə çox sagol Moren/color]

Ruhsar

26 İyun 2010 18:09

insAllah canli canli gorerik,qedim sehere seyahet maraqli olar

Dima Bilan

26 İyun 2010 17:59

wooow xowladigim weherlerdendi)) ama oz Bakimiza ne gelibki:) tewekkur

İrmak

26 İyun 2010 17:58

uwaglim burda 11 tuw oynamagla kecib ))

gozel weherdi bir gun gederem )
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Rufat

26 İyun 2010 17:47

http://joy.az/regions/3741-roma-italya-fotolarmetn.html
Əlavə məlumat və şəkillərə buradan baxın.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Vanessa

26 İyun 2010 17:46

İtaliya səyahət etmək istədiyim ölkələr siyahısındadır...

Special

26 İyun 2010 17:46

buda Romaya əlavə şəkillər

http://joy.az/pics/16533-roma.html



loading...
Загрузка...