Fon yüklənir...
Загрузка...

Füzuli

Загрузка...
Füzuli

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərrkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi ermənin vandalizminin bir daha sübutudur.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid vermişdir. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili köçkün həyatı yaşayır.
Загрузка...

ŞƏRHLƏR

PRAQMATIK

11 May 2010 07:32

Sitat: master-san
Yeni szoumu ona getiriremki istesek alariq ...

Kim istemir ki Qarabagi?Menim xeberim yox..
belke deyesen onu xalq dusmeni elan edek.

MASTER-SAN

10 May 2010 13:29

Sitat: PRAQMATIK
Məndə ilk əvvəldən bütün gənclərimiz qeyrətli,namuslu deyə bir ifadə işlətmədim.Sadəcə onu qyed etdim ki bə qədər çaqqal olsa belə yenə də ermenini əzib keçə biləcək oğullarımız çox.Hərbi mübarizəni demək olar biz Rusiya ilə aparırıq erməni ilə yoxşİranda bir tərəfdən silah anbarını çevirib ermənilərə tərəf.Siyasi mübarizə də isə bütün xristian icmasına qarşiyıq.Məhz buna görə Qarabağ yox..

Sene bir sual verimde men .Sen bir weye nail olmaq isteyirsen Onun ucun mubarize ve lazim olsa butun gucunle caliwarsanki isteduyin bir weyi elde eleyersen ..>Yeni szoumu ona getiriremki istesek alariq ...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

PRAQMATIK

10 May 2010 07:31

Sitat: Aze_girl
Yox anlamadınız nə mənada yazdım. Mən Füzilidə doğulmuşam. Təssüf yazdım ona görə ki, doğulduğum yeri xatırlamıram çünki buna imkan vermədilər.
Füzili barədə məlumatım genişdir. Eşitdiklərim, oxuduqlarım.

He anladım.Sitat gətirib göndərəndəm sonra düşündüm yəqin başqa mənada qeyd etmisən amma artiq gec idi srhimi yollamışdım)Bunu əvvəldən qeyd et bilək də)

Werhleri yaxwi oxusan eger men onu hamiya wamil elememiwem ..

Məndə ilk əvvəldən bütün gənclərimiz qeyrətli,namuslu deyə bir ifadə işlətmədim.Sadəcə onu qyed etdim ki bə qədər çaqqal olsa belə yenə də ermenini əzib keçə biləcək oğullarımız çox.Hərbi mübarizəni demək olar biz Rusiya ilə aparırıq erməni ilə yoxşİranda bir tərəfdən silah anbarını çevirib ermənilərə tərəf.Siyasi mübarizə də isə bütün xristian icmasına qarşiyıq.Məhz buna görə Qarabağ yox..

Tuvana

10 May 2010 01:24

Füzulini 4 yaşım olanda tərk etmək məcburiyyətində qalmışıq. Demək olar ki, heç nə yadımda deyil. Bir iki dəfə bizdə olan bəzi kəndlərində olmuşam. Çox gözəl idi. İnşallh bir gün bütövlükdə qayıdar.
--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Aze_girl

10 May 2010 01:04

Sitat: PRAQMATIK
Tarix kitablarımızın səhifələri toz bağlayıb..
Bir başqa user bu şərhi yazsa təəccüblənməzdim

Yox anlamadınız nə mənada yazdım. Mən Füzilidə doğulmuşam. Təssüf yazdım ona görə ki, doğulduğum yeri xatırlamıram çünki buna imkan vermədilər.
Füzili barədə məlumatım genişdir. Eşitdiklərim, oxuduqlarım.

Nahid-19

10 May 2010 00:30

Alınacaq İNŞALLAH ALLAH qoysa torpaqlarımız sadəcə geci tezi var....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

UltrAslan

9 May 2010 23:45

İNDİ DANIŞACAM DANIŞACAM , SONRA DA İNŞALLAH DEYİB NÖQTƏ QOYCAM , ONNANSA HEÇ LAZIM DEYİL ... TƏŞƏKKÜR....

MASTER-SAN

9 May 2010 23:44

Sitat: PRAQMATIK
Hərbi xidmətdə olmasam belə orda gedən prosesler haqqında deməık olar məlumatliiyam

Melumatlanmaq bawqa seydi, orda o abu havani yawamaq bawqa seydi .. inwallah olarsan bilersen ...
Sitat: PRAQMATIK
.Onda belə çıxır mənliyi,vicdanı olan oğullarımız yox hə?

Werhleri yaxwi oxusan eger men onu hamiya wamil elememiwem ..
Sitat: PRAQMATIK
Asandır?

Asant olmasa alinan bir weydi ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

PRAQMATIK

9 May 2010 22:26

master-san,
Hərbi xidmətdə olmasam belə orda gedən prosesler haqqında deməık olar məlumatliiyam.İnşallah zamanı gələndə öz xidmərimi çəkəcəm.Mən qeyd etmədim ki,ideal bir hərbi doktrina hökm sürür ölkəmizdə.Bu cür hallar ideologiyamıza böyük ziyan vurur.Axan axının tərsinə çevirmək çox çətin.Bu cür hallar tez tez rast gəlinən tendensiya.Hərbi derjavalar bəlkə də ən böyük günahkar.Amma yox həmin sən qeyd etdiyin çagırışçı cəmiyyətin üzvü.Demək cəmiyyət kökündən saxta.Milli ruh hərbidən əvvəl əmələ gəlir və xidmət zamanı formalaşır.Sən qeyd etdiyin oğullarımızın varliğını mən heç də inkar etmirəm.Amma sözün əsl mənasında sinəsini öz torpagı uğrunda düşmən gülləsinə sipər ede biləcək oğullarımız çox.Hər kəs demək olar sənin kimi düşünür.Onda belə çıxır mənliyi,vicdanı olan oğullarımız yox hə?Hər kəs özünə cavabdeh.Yəqin düşünürsən nazirin oğlu hərbidə iştirak etmıirsə məmim nə işim..Onda hər kəs bu cür düşüncə ilə hərəkət etsin müdafiə sistemini baykot edək də..Onu bil ki Azərbaycan Qarabağ uğrunda mübarizəni xaç yürüçünün iştirakçıları olan xristian dünyası ilə aparır.Asandır?Bir halda ki,hal hazırda hüququn gücü yox,gücün hüququ hökm sürür

MASTER-SAN

9 May 2010 21:59

Sitat: PRAQMATIK
Əsgərlikdən yayınma halları o qədər yüksək səviyyədə deyil ki bu qədər ümidsiz olaq.İgid oğgullarımız elə indinin özündə də kifayət qədər.Düzdur Türklərdə olan milli ruh bizim gənclərdə formalaşmayıb.Amma hər zaman canını,qanını qurban verməyə hazır olan gənclərimiz çox.Hər haıda hər 3 aydan bir baş tutan hərbi çağırış zamanı gənclərin müşahidə olunan abu-hava buna əyani sübut."Bəzi igid oğullar" adlandirdığın sektanın isə medalları hazir və onların milli qəhrəman statusu Haqqın dərgahında yox,valyuta birjasında dəyərləndirilir.Sözlərimə əmin ola bilərsən..i

Siz ozuvuz herbi xidmetde olmusuz ..?..Olmusuzsa eger Esgerler arasinda olan sohbetleride bilirsiz yeqin ..Day size tam ACIQLAMA vermirem bu barede...Bilirsiz turkiyede olan milli ruh niye bizde formalawmayib ona goreki , bizde esger herbi hisseye getmemiw esgerin daydayi orda olur komandirlerin cibine 100-200 den basir ..Ondan sora hansi milli ruhdan daniwa bilerik ..Qaldiki yararsiz olan igidlerimize . Colde bayirda daniwanda ele daniwirlarki .. Ozum ozume deyiremki hemi oglan deyildiki bu pul verib yalandan ozunu yararsiz duzeldirib ..Qaldiki eminliye emin o vaxt olaramki QARABag qayitsin ..Bele hec vaxt neyese emin ola bilmerem ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

PRAQMATIK

9 May 2010 21:50

Sitat: master-san
Bizim "" bezi igid ogullarimiz "" yarasiz herbi bilet alirlar axiri nece olcaq bilmirem ..

Əsgərlikdən yayınma halları o qədər yüksək səviyyədə deyil ki bu qədər ümidsiz olaq.İgid oğgullarımız elə indinin özündə də kifayət qədər.Düzdur Türklərdə olan milli ruh bizim gənclərdə formalaşmayıb.Amma hər zaman canını,qanını qurban verməyə hazır olan gənclərimiz çox.Hər haıda hər 3 aydan bir baş tutan hərbi çağırış zamanı gənclərin müşahidə olunan abu-hava buna əyani sübut."Bəzi igid oğullar" adlandirdığın sektanın isə medalları hazir və onların milli qəhrəman statusu Haqqın dərgahında yox,valyuta birjasında dəyərləndirilir.Sözlərimə əmin ola bilərsən..i

Sitat: Aze_girl
Çox təssüf edirəm heçnə yadıma gəlmir...

Tarix kitablarımızın səhifələri toz bağlayıb..
Bir başqa user bu şərhi yazsa təəccüblənməzdim smile

MASTER-SAN

9 May 2010 20:55

Sitat: Paris
Bu haqda gözəl mövzu hazırlamışam. Aktiv etsəydilər müzakirəyə başlayardıq)

Aha elesinler aydinlawdiraq bu meseleni ..Siznenende axir vaxtlar yaman muzakireler apaririq Allah axrini xeyr elesin ... scratch_
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Paris

9 May 2010 20:51

Sitat: master-san
Bizim "" bezi igid ogullarimiz ""

Bu haqda gözəl mövzu hazırlamışam. Aktiv etsəydilər müzakirəyə başlayardıq)

MASTER-SAN

9 May 2010 20:48

Sitat: Paris
Görəsən bizə həqiqətənmi o günü görmək qismət olacaq

Bele getse deyesen qismet olmuyacaq..Bizim "" bezi igid ogullarimiz "" yarasiz herbi bilet alirlar axiri nece olcaq bilmirem ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

_Skarpiona_

9 May 2010 20:06

Ümid edək ki,bir gün o torpaqlara ayaq basarıq..Ümid et ey Azərbaycan gəncliyi...Bundan başqa əlindən nə gəlir ki?Sən nacaq bunu bacarırsan...

Qreqor Zamza

9 May 2010 19:52

Sitat: QaraQan
Alacağıq almağına amma birinci özümüzü alaq sonra...!Rüşvət baş alıb gedir,gənclər əsgərlikdən qaçır,televizorda torpaqdan danışanların oğulları yalandan əlillik vəsiqəsi alıb əsgərliyə getmir..!Bunlar davam etdikcə almayacağıq..!Amma bunlara son qoyduqdan sonra hər şey düzələcək...!

Tamamilə razıyam.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

T. Durden

9 May 2010 19:50

Alacağıq almağına amma birinci özümüzü alaq sonra...!Rüşvət baş alıb gedir,gənclər əsgərlikdən qaçır,televizorda torpaqdan danışanların oğulları yalandan əlillik vəsiqəsi alıb əsgərliyə getmir..!Bunlar davam etdikcə almayacağıq..!Amma bunlara son qoyduqdan sonra hər şey düzələcək...!

Paris

9 May 2010 19:45

Sitat: MR.QARRI
gec-tez alacağıq torpaqlarımızı

Görəsən bizə həqiqətənmi o günü görmək qismət olacaq? (

HellsAngeL

9 May 2010 19:38

ele ancaq alacagiq ,alacagiq diye -diye qalmisiq ... bee

Aze_girl

9 May 2010 18:28

Çox təssüf edirəm heçnə yadıma gəlmir...

EQZOTIKA

9 May 2010 18:21

Inanmiram gorekde Istesek alariq guclu ordumuz var ama ....

ChocoLatte

9 May 2010 17:58

INANIRAM QELEBE BIZIMLEDI...!

Sahil253

9 May 2010 17:10

İNŞALLAH alarıq...amam Söz deməklə yox ...Mınimdə Vətənim Fizulidir məndə oralıyam çox isdəyirəm alım ama bu Dövlətə deyənə qədər iş işdən keçir

MR.QARRI

9 May 2010 17:08

gec-tez alacağıq torpaqlarımızı
loading...
Загрузка...