Loading...

Argentina
Bölgələr
- 13 İyun, 2014
- 2 461 Baxış
Loading...


Paytaxtı: Buenos-Ayres
İri şəhərləri: Buenos-Ayres, Kordova, Rosario
Ərazisi: 2,8 mln kv. Km
Əhalisi: 40 milyon nəfər
Etnik tərkibi: Avropa mənşəlilər, metislər, hindular və başqa azlıqlar
Dil: ispan dili və 17 yerli dil
Din: 93% katolikər və qalanları protestantlar və yəhudilər.
Dövlət quruluşu: respublika
Xalq təsərrüfatı: qida sənayesi, avtomobil yığımı, toxuculuq, kimya, neft, metallurgiya, poladtökmə sənayesi, kənd təsərrüfatı .

Argentina ərazisnə görə Cənubi Amerikada Braziliya və Kolumbiyadan sonra üçüncü yeri tutur. Qərbdən Çili, şimaldan Boliviya və Paraqvay, şimali-şərqdən Braziliya və Uruquvayla həmsərhəddir, şərqdən isə Atlentik okeanın suları ilə yuyulur.
Relyefinin rəngarəngliyinə və geoloji xüsusiyyətlərinə görə Argentina sənayənin inkişafı üçün zəngin mineral-xammal bazalarına malikdir. Qərb rayonlarından çoxlu faydalı qazıntılar çıxarılır. Burada uran, manqan, mis mədənləri, berilium, qurğuşun-uran, manqan, mis mədənləri, berilium, qurğuşun sink, volfram və dəmir mədənləri yerləşir.
Uran ehtiyatlarına görə Argentina dünyanın on qabaqcıl dövləti sırasına daxildir. Bundan başqa ölkə zəngin yanacaq-enerji ehtiyatlarına , o cümlədən təbii qaz və neftə malikdir. Pataqoniyada boz kömür ehtiyatları mövcuddur. Ölkədə həm də qeyri-metal mədənləri, o cümlədən kükürd yataqları var.
Ölkənin paytaxtı olan Buenos-Ayress San-Pauldon sonra Cənubi Amerikanın ikinci böyük şəhərdir. Ölkə əhalisinin 1/3 hissəsindən çoxu burada yaşayır. Dünyada ən geniş prospekt hesab edilən Julio Avenue da bu şəhərdir. Paytaxtda ucaldılan 67 metr hündürlüyüdəki obelisk şəhərin simvolu hesab edilir. 1913-cü ildən fəaliyyət göstərən Buenos-Ayres metropoliteini Latın Amerikasında və eləcə də cənub yarımkürəsində ilk metropoliteindir. Burada işıqlı fənənərlə əhatə olunmuş küçələr, qeyri-adi məbədlər, zövqülü evlər, muzeylər və şəhərin çoşğun keçən gecə həyatı turistlərin böyük marağına səbəb olur.


Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...