Loading...

Valensiya
Bölgələr
- 02 Dekabr, 2013
- 3 498 Baxış
Loading...
Valensiya - Madrid və Barselonadan sonra İspaniyanın həm ölçü, həm də əhali sayı baxımından ən böyük şəhəridir. Şəhər e.ə 138-ci ildə yunanlılar tərəfindən salınmışdır. Tarix boyu Valensiya yunanlılara, romalılara, mavrlara məxsus olmuşdur (XIII əsrə qədər). Ona görə də şəhərin mədəni inkişafında yunanlıların, romalıların, vesqotların, müsəlmanların rolu böyük olmuşdur. Bunu şəhərin ipəkçilik ticarətinin inkişafı, çoxlu sayda qədim abidələrin, Serrano və Kvart kimi qalaların, Valensiya məbədinin olması ilə təsdiqləmək olar.
Şəhərin qapıları 1865-ci ildən qalmadır. Bu şəhərin xəritəyə düşməsi Roma konsulunun şəhərə Valentia adı verməsi ilə başlanıb. Valentia sözünün mənası "qala" deməkdir.
Şəhərin qapıları 1865-ci ildən qalmadır. Bu şəhərin xəritəyə düşməsi Roma konsulunun şəhərə Valentia adı verməsi ilə başlanıb. Valentia sözünün mənası "qala" deməkdir.

Valensiya Avropanın ən yumşaq iqliminə malik şəhərlərindən biridir. İllik orta temperatur 17 dərəcədən yüksəkdir. İlin əksər günləri açıq və günəşli olur. Maurilər (mavrlar) buranı "yerdəki cənnət" adlandırmışlar.
1434-cü ildə İspaniyada ilk kitab məhz Valensiyada çap edilmişdir. Tarixi şəhər Avropada ipəkçilik mərkəzlərindən biri olmuşdur. Hal-hazırda sənayenin bir çox sahələri, xüsusən maşınqayırma sənayesi yaxşı inkişaf etmişdir.
Şəhəri əsas tanıdan tarixi abidələrdən biri XIII-XIV əsrlərə aid olan Kafedral məbədidir.

OXŞAR XƏBƏRLƏR
Загрузка...