Fon yüklənir...
Загрузка...

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

Загрузка...
"Caviar” brendi bütün dünyada Apple iPhone telefonlarına zərgərlik modifikasiyaları istehsalı ilə tanınır. 2011-ci ildə təqdim olunan "Caviar” brendinin yaradıcısı İliya Cakomettidir.  

Azərbaycanda "Caviar” geniş auditoriyaya ölkəmizə həsr olunmuş qızıl telefonu ilə tanındı.

Dövlət gerbi və xəritəsinin əks olunduğu telefonda Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib. Telefonun üzərində "Azerbaijan Land of Fire” cümləsi də yazılıb. 

"Caviar - Azərbaycan” butik-mağazası iphone 6 və iphone 6 plus smartfonlarının dəbdəbə və uğur simvolu olan "Atlante”, "Supremo”, "Motore d'Oro”, "Unico” və "Unico Diamante” modellərini dəyərli və zövqlü Azərbaycan alıcılarının ixtiyarına verir. 

"Caviar” məhsullarının hazırlanmasında ənənəvi olaraq qiymətli materiallardan - qızıl, brilyantlar, dəri, titan, nadir ağac növlərindən istifadə edilir, kolleksiyalar limitli tirajla buraxılır. Telefonların hamısı əl işidir, əvvəlcə onun eskizləri üzərində İliya Cakometti özü çalışır. O, rəsmlərində lakonik formalardan istifadə edir, zərgərlər isə metalın cilalanması, miniatür detalların kəsilməsi, naxışların və seriya nömrələrinin çəkilməsi üzərində çalışırlar.

İşin yekunlaşdırılmasından sonra usta yaratdığı nüsxəni şəxsən imzalayır. Keyfiyyətin rəmzi olan imza hər qızıl telefonun arxa panelində yerləşir. Dəri korpusda olan modellər də əl işidir və peşəkar ustalar tərəfindən toplanır. İstehsalda ancaq palıd preslərində əl ilə sıxılan yüksək keyfiyyətli zərif dəridən istifadə edilir. İtalyan dərisi barədə boş yerə əfsanələr gəzmir, onun tayı-bərabərinin olmadığını anlamaq üçün "Caviar” modellərinə bircə dəfə toxunmaq kifayətdir.

Son yığılma prosesindən sonra telefonlar mükəmməl yoxlamadan keçirlər. Rabitənin keyfiyyəti, ən xırda detallar, qızıl örtüklər, həkk olunmuş hissələr, bir sözlə, hər şey testdən keçirilir. Əgər standartlardan kənar hər hansı bir məqam aşkar edilərsə, nümunənin üzərində əlavə işlər aparılır. Eksklüziv işlərin sandıqçaları bahalı telefonlar üçün xüsusi olaraq hazırlanır.
 

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Qızıl Azərbaycan “iPhone”ları – FOTO

 

Загрузка...

ŞƏRHLƏR

Ahu 05

3 Fevral 2015 15:29

xebere gore tesekkurler.
loading...
Загрузка...