Loading...
Bakının 7 möcüzəsi – FOTOLAR

Bakının 7 möcüzəsi – FOTOLAR

Loading...

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Avrasiyanın sürətlə inkişaf edən şəhərlərindən biri də Bakıdır.

Şəhərdə tikinti işləri sürətlə gedir və tam əminliklə demək olar ki, Bakı 2020-ci ilədək Zaqafqaziyanın Sinqapuruna çevriləcək.

Bakını bəzəyən 7 möcüzəli memarlıq nümunələsinin siyahısı:

Heydər Əliyev Mərkəzi
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Zaha Hadid tərəfindən layihələşdirilən Heydər Əliyev Mərkəzi XXI əsrin ən füsunkar tikililəri siyahısına düşüb. Binada mətbuat mərkəzi, sərgi zalı və inzibati ofislər var. Tikintisində heç bir düzxətli konstruksiyadən istifadə olunmayıb. Dalğavarı bina 2014-cü ilin ən yaxşı layihəsi seçilib və "Design of the Year 2014” (İlin dizaynı) mükafatına layiq görülüb.

Baku Crystal Hall
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

25 min insan tutumuna malik olan Crystal Hall düz 8 aya tikilib. Onun tikintisi üçün körfəzdə süni yarımada da salınıb. 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan mərasimin keçirilməsi üçün  Crystal Hall-u seçib. İndi isə burada konsertlər keçirilir.
 
Heydər Əliyev Hava Limanı
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Uzun müddət Bakı hava limanı kiçik terminaldan istifadə edib. İnkişafla əlaqədar hava limanını genişləndirməyə ehtiyac yarandı. 2013-cü ildə hava limanının yeni terminalı açıldı. Maraqlıdır ki, hava limanı yuxarıdan baxanda qanadları açıq vəziyyətdə olan quşa oxşayır. Yeni terminal dövlət hava şirkəti olan "Azal”ın idarəçiliyi altındadır.

Ağ şəhər
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Bakıda nə vaxtsa sənaye bölgəsi və fəhlə rayonu hesab olunan Qaraşəhər adlı bir ərazi mövcud olub. İndi isə hökumət bu ərazinin adını dəyişərək burada "White City” adlı yeni şəhər salmaq niyyətindədir. Yeni rayonun sahilyanı bölgələri yalnız hündürmərtəbəli binalarla bəzədiləcək.

İçərişəhər
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Bu yer sovet filminin dünyadakı bütün həvəskarlarının ən sevimli məkanıdır. Məşhur "Brilyant əl” filmi məhz burada çəkilib. İndi isə "Mironovun qaçaqmalçıları”nın keşik çəkdiyi  köhnə küçələrdən yalnız qapılar qalıb. Buraya gələn hər bir turist selfie çəkdirməyə çalışır.

Flame Tower
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Flame Tower (Alov qüllələri) Bakı və Azərbaycanın yeni simvoludur. Simvol isə gərək Bakının hər yerindən görünsün. Binanın işıqlandırılma sistemi dünyada ən yaxşılardan biri hesab olunur. Qüllə tamamilə üzərində yanan alovu əks etdirən LED ekranla əhatə olunub. Binanın işıqları uzaqdan alova bənzəyir və elə bu səbəbdən də binaya "Alovlu qüllələr” adı verilib.

Khazar İslands
 

Bakının 7 möcüzəsi – FOTOLAR

 

Dünyanın yeni möcüzəsi tikilmə mərhələsindədir. Khazar İslands - Xəzər   dənizində yerləşən 78 adanı birləşdirən süni arxipelaqdır. Onun uzunluğu 10 kilometrdir. Tikinti işlərinə 100 milyard dollar sərf olunacaq. Plana əsasən, yeni şəhərdə sakinlər 2016-cı ildə məskunlaşacaq. 2025-ci ildə isə burada əhali 1 milyon nəfər təşkil edəcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

7 Noyabr 2014 14:27

vaaauuu gozelliye birr baxx/////
--------------------
Getdim Sagolun

nemka_56

3 Noyabr 2014 23:20

suppa cox gozeldi geceler baki gozel olur ;D ♥ cb

Swifter

2 Noyabr 2014 20:32

Valehedici gozellik ilove

İrmak

1 Noyabr 2014 22:08

What? mocuze guldurdu
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

sevinc m-zada

1 Noyabr 2014 19:39

Flame Tower, İçərişəhər, Baku Crystal Hall, Heydər Əliyev Mərkəzi bunlar gormusem)
--------------------
love Koray İzitaş Vine love

AyKa I-va

1 Noyabr 2014 18:00

en xowuma gelen khazar islands oldu ama qalanlari very beatufuil

Ahu 05

1 Noyabr 2014 16:30

gozlerime inanmiram,Baki ne gozel seher imis...