Loading...
Millət vəkilinin ön cəbhədə maraqlı görüntüləri - FOTO

Millət vəkilinin ön cəbhədə maraqlı görüntüləri - FOTO

Loading...

 

"Allah gənc nəsillərimizi yetişdirənləri qorusun”.

Məcburi köçkün və çətinlik içində yaşayan sakinlər ilə yaxından maraqlanan millət vəkili Qənirə Paşayeva ermənilərlə ön cəbhədə yerləşən Ağdam kəndinə yollanıb. 

Orada yaşayan ailələrlə görüşən Q.Paşayeva bu barədə Facebook səhifəsində xəbər paylaşıb. 

Sakinlər ilə bir-bir şəkil çəkdirən Q.Paşayeva maraqlı fikirlərini bölüşüb:

"Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində gənc nəsillərimizi yetişdirən dəyərli müəllimlərimizdən Zamin müəllimi və həyat yoldaşı Nuriyyə xanımı ziyarət etdik. Maraqlı fikir mübadiləsi apardıq. Allah bütün yaxşı müəllimlərimizi, özəlliklə ön cəbhədəki gənc nəsillərimizi yetişdirənləri qorusun, onlara cansağlığı, xoşbəxtlik və uğurlar bəxş etsin. Eyni zamanda Aynurə xanımı və ailəsini ziyarət etdik. Bizi çox dadlı yuxaya qonaq etdilər. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”.

Q.Paşayeva məktəblilərlə də görüşərək, onların dərsləri ilə maraqlanıb.

Millət vəkilinə Ağdamda yuxa qonaqlığı veriblər. Görüş zamanı maraqlı şəkillər çəkilib. Həmin fotoları sizə təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Night Wolf

    15 Avqust 2014 23:47

    bu Qənirə bir yerdə dayanmır daa Allah köməyi olsun
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Ahu 05

    15 Avqust 2014 17:05

    xebere gore tesekkurler