Loading...
Arda Turan

Arda Turan "Donuz qripi" xəstəliyinə yoluxub

Loading...

ARDA TURAN “DONUZ QRİPİ”NƏ YOLUXUB
Türkiyənin “Qalatasaray” komandasının kapitanı, məşhur futbolçu Arda Turan “donuz qripi”nə yoluxub

 

Arda Turan "Donuz qripi" xəstəliyinə yoluxub


22 yaşlı futbolçunun bu virusa yoluxduğunu klub rəhbərliyi rəsmən açıqlayıb.
Klubun rəsmi saytında verilən açıqlamada deyilir:

“Futbolçumuz Arda Turanın burun axıntısı, yüksək hərarət və ümumi halsızlıq şikayətləri ilə bağlı aparılan analizlər nəticəsində onun H1N1 virusuna yoluxduğu müəyyənləşib. Futbolçumuz vəziyyəti barədə ətraflı şəkildə məlumatlandırılıb. Onun artıq başlanmış müalicəsinə düzənli şəkildə davam edilir. Səhhəti yaxşı olan və istirahət edən kapitanımızın komandadan ayrı olaraq müalicəsinə noyabrın 23-nə qədər davam ediləcək”.

Qeyd edək ki, A. Turan “donuz qripi”nə bir neçə günlük istirahət üçün getdiyi İtaliyada yoluxub. O, “Qalatasaray”ın Türkiyə çempionatı çərçivəsində noyabrın 22-də “Manisaspor”lıa oynayacağı matçda yer almayacaq. A. Turanın komanda ilə məşqlərə nə vaxt başlayacağı hələlik bəlli deyil.


İNTERNETƏ GİRİŞ ASANLAŞDI
Bakının internet istifadəçilərinə internetə “parol”suz giriş imkanı verən “178” xidməti təqdim edilib

 

Arda Turan "Donuz qripi" xəstəliyinə yoluxub

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom.Net” internet provayderi “Aztelekom” İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə “parol”suz giriş imkanı verən xidmətin tətbiqini davam etdirir.

RITN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, bu xidmətin regionlarda uğurlu tətbiqi paytaxt sakinləri arasında da maraq doğurduğundan, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin birgə layihəsi olaraq bu xidmətin BTRİB şəbəkəsinin abunəçiləri də kompüterlərində “şəbəkə bağlantıları” pəncərəsinin “qoşulma nömrəsi” qrafasına “178” yazıb “qoşul” komandasını verməklə internetə qoşula bilərlər.

Xidmət “Aztelekom.net” İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə “178” – internet servis kodu qeyd olunur.

Tətbiq olunan xidmətin əsas üstünlüyü ilk növbədə istifadəçilər üçün rahat, sadə, etibarlı və ən başlıcası, vaxt itkisinin qarşısını almağa imkan verən internet xidmətinin təşkilidir. Belə ki, “178 – “parol”suz İnternet” xidmətinin istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq və ya internet kartlarını əldə etmək məcburiyyətindən azaddırlar ki, bu da öz növbəsində həm vaxta qənaət, həm də telefon xətti olan istənilən yerdən internetə çıxış imkanının olması baxımından əlverişlidir.

Qeyd edək ki, “178” xidmətinin istifadəçilərinin sayı regionlarda artıq on min nəfərlərlə ölçülür

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Estela

18 Noyabr 2009 21:28

Sitat: Moren
Belə fanatlıq olmaz)))

mənim fanatlıq elədiyim biri yoxdu))Xoşuma gələnlər var))
Sitat: FAIRY_DREAMER
Ureyivi sixma Punka

girl_smi baş üstə)

lollipop

18 Noyabr 2009 21:26

ALLAH shefasin versin. Internete gore de hamini tebrik edirem!!!

Moren

18 Noyabr 2009 21:23

Sitat: PuNKa
Özüm sağaladacam girl_ang

Mən səndə heç vaxt ciddi fanatlıq görməmişəme, hər şeyə zarafatyana yaraşırsan. Belə fanatlıq olmaz)))

Estela

18 Noyabr 2009 21:20

Sitat: RITMEX
Punka görməsin)

Özüm sağaladacam girl_ang

zarafat bir yarana rəsmi olaraq açıqlanıb ki xəstədi(((Allah şəfa versin

XeTaI

18 Noyabr 2009 21:18

Arda noldu sana noldu böyle)

Punka görməsin)