Loading...
Eurovision 2009-da Azərbaycanı Aysel təmsil edəcək

Eurovision 2009-da Azərbaycanı Aysel təmsil edəcək

Loading...
alt
alt


«Eurovision 2009» mahnı müsabiqəsinə Azərbaycanı təmsil edəcək müğənninin adı bəlli olub. Onun adı Aysel Teymurzadədir. Xəbərə görə, bu, 19 yaşlı Aysel Teymurzadədir. Münsiflər heyəti onu 40 iddiaçı arasından seçib.

A.Teymurzadə «Yeni Ulduz-4» müsabiqəsinin iştirakçısıdır. O, ABŞ-da keçirilən müsabiqələrdən birində qızıl medal qazanıb.
A.Teymurzadənin «Eurovision-2009»-da ifa edəcəyi mahnı hələ müəyyənləşməyib. Bu məqsədlə bəstəkarlar arasında müsabiqə elan olunub..
Ötən il «Eurovision 2008» Mahnı Müsabiqəsində isə Azərbayvcanı Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü təmsil etmişdi. O zaman Azərbaycan təmsilçiləri bu yarışmada ilk dəfə iştirak etmələrinə baxmayaraq, 8-ci yeri tutmuşdular.
Qeyd edək ki, “Eurovision-2009” mahnı müsabiqəsinin 54-cü final gecəsi Moskvada olacaq.
Qeyd edək ki, yarımfinallar mayın 12-si və 14-də, final gecəsi isə 16-da “Olimpiyskiy” arenasında keçiriləcək.
Yarımfinaldan on finalçı seçiləcək və Avropa Yayım Birliyinin üzvü olan dörd ölkə - Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, eləcə də müsabiqənin sonuncu qalibi Rusiya finala birbaşa iştirak hüququndan istifadə edəcək.
Moskva müsabiqəsində Albaniya, Andorra, Azərbaycan, Almaniya, Böyük Britaniya, Belarus, Belçika, Bosniya və Herseqovina , Bolqarıstan, Çexiya, Çernoqoriya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Gürcüstan, Hollandiya, Xorvatiya, Kipr, Makedoniya, Macarıstan, Yunanıstan, İslandiya, İspaniya, İsveç, İsveçrə İrlandiya, İsrail, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukraynadır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Rufat

17 Yanvar 2009 18:23

Hmm...Gozeldi!!!
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

SAM-SOR

17 Yanvar 2009 18:02

Eger 40 iddiaci sirasindan secilibse ve Amerikada kecirilen musabiqede qizil medal alibsa demek pis oxumaz.
UGURLAR ONA DESTEK OLACAM
Kevin,
dogurdan gozel qizdir.

Aze_girl

17 Yanvar 2009 17:35

Ugurlar,destek olacam)

KARMELITA

17 Yanvar 2009 16:58

ehh безответственные люди.o boyda olkenin secdiyi ifaciya bax.finala kecse boyuk qelebe olar

_SHiRiNe_

17 Yanvar 2009 16:38

tanimadim yeqinki yaxsi olar amma mene ele gelirki bunnanda yaxsilari ola bilerdi.ne ise gorerikdeeee

Kevin

17 Yanvar 2009 16:36

Sitat: Londra
Kevin,
Gözəlliyini mən də görürəm, laughing səsi maraqlıdır.


yeni ulduzdan çıxanın səsi necə olar :))
--------------------
Моя девушка ведьма

Kevin

17 Yanvar 2009 16:20

Tanıyıram çox gözəl qızdır
--------------------
Моя девушка ведьма