Loading...
Bu gün 1-ci qrupun qəbul imtahanlarıdır!

Bu gün 1-ci qrupun qəbul imtahanlarıdır!

Loading...
Bu gün 1-ci qrupun qəbul imtahanlarıdı!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılacaq. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.

Bu il I qrup üzrə 35769 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32992 nəfəri Azərbaycan, 2777 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 21547 nəfəri oğlan, 14222 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 156 abituriyent xarici ölkələrin vətəndaşıdır, 140 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1954, ən gənc isə 1996-cı il təvəllüdlüdür. Bakıda 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda 4346 abituriyent imtahan verəcək.

M. Abbaszadə deyib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən 21-dək qabiliyyət imtahanı verməlidir. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Bütün Abituriyentlərə uğurlar Arzu edirik!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Rufat

11 İyul 2010 16:36

Sitat: Estela
Xarici dilleri de yazarsan bexte bext)))ora dushme ehtimalin da var)

Elə orada 4 il mənə qadağa var:)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Estela

11 İyul 2010 16:30

Rufat,
Xarici dilleri de yazarsan bexte bext)))ora dushme ehtimalin da var)

Rufat

11 İyul 2010 16:29

Sitat: Sevka_(JoY)
İnşaallah, ADNA -nın tələbəsi adı almağı münasibətilə Təbrik edək !

Ora mənə icazə yoxdur. Ən azı 3 il ərzində ordan keçmək olmaz mənə.
Sitat: Nagil
yaxsi yazmisiniz deyesen?

Qələmlə yazmışam)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Sevka_(JoY)

11 İyul 2010 16:28

Ooooooooooooooo Rüfət müəllim, İnşaallah ixtisas seçimindən sonra seni TƏBRİK EDƏK...

İnşaallah, ADNA -nın tələbəsi adı almağı münasibətilə Təbrik edək !

--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Nagil

11 İyul 2010 16:22

Sitat: Rufat
OHHH BEE:)

yaxsi yazmisiniz deyesen?

Mr_Anderson

11 İyul 2010 16:18

Sevindim)Rüfət uğurlar..əla olar inşAllah!!!!

Rufat

11 İyul 2010 16:14

OHHH BEE:)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Estela

11 İyul 2010 16:12

Rufat yaxshi yazib))sevindim))

Jeyibon

11 İyul 2010 16:09

Imtahandan sonra tanışlarımla danışmışam..Heç biri yaxşı yazmaıb..

Nagil

11 İyul 2010 15:56

ugurlar arzu edirem her kese elecede admine

Lady_Gunka

11 İyul 2010 15:44

insallah hamisi muveffeqiyyetle basa vurar imtahanlari
girl_ang

XeTaI

11 İyul 2010 15:37

Sevinin, admininizin (Rufat) imtahanı da yaxşı keçib dediyinə görə) İnşallah gələn dəfə toyunda sevinərik)

(Bakinech)

11 İyul 2010 15:06

Deli ya deli ya deli ya
Aşkım bir bana havama huyuma deli ya
Nasıl da bana deli ya deli ya deli ya
Farkım ortada music

True_Love

11 İyul 2010 14:40

Uğurlar... Rüfat inşAllah şad xəbərlə gələrsən...

LaLa

11 İyul 2010 14:23

Bütün Abituriyentlərə uğurlar Arzu edirik!!!

orxan__555

11 İyul 2010 13:56

Sitat: Londra
Uğurlar arzu edirəm

Hamiya ugurlar

FIORE

11 İyul 2010 13:42

Hamiya ugurlar! 2 ilden sonra mende bu qrupa gedicem.
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Estela

11 İyul 2010 13:25

Hamıya uğurlar Rufata isə xüsusi uğur göndərəcəm)

(Bakinech)

11 İyul 2010 13:12

Sitat: SABISHKA
Rüfat indi imtahandadır Uğurlar Rufata

YERAZGIRL

11 İyul 2010 13:10

butun abuturiyentlere ugurlar.bir refiqem var her il mirta bir qurupa imtahan verir bu ilde ureyi 1ci qrupa imtahan vermek kecib.gorek bu defe tutuzduracaq mocking

_Esmeralda_

11 İyul 2010 13:09

Bütün abituriyentlərə uğurlar.İnşALLAH hər biri layiq olduğu yeri qazanarlar.

SabishKa

11 İyul 2010 13:04

Bütün Abituriyentlərə uğurlar Arzu edirəm

Rüfat indi imtahandadır Uğurlar Rufata

Babaeva

11 İyul 2010 12:20

Bütün Abituriyentlərə uğurlar Arzu edirik!!!

Deviant

11 İyul 2010 10:52

Bütün abituriyentlərə uğurlar arzu edirəm.

Vanessa

11 İyul 2010 10:31

Her kese ugurlar!

Ronnie_7

11 İyul 2010 10:21

Bütün abiturientlərə və Rüfətə uğurlar)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Qreqor Zamza

11 İyul 2010 10:18

Bütün abituriyentlərə uğurlar!İnşAllah məqsədlərinə çatarlar!
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

PRAQMATIK

11 İyul 2010 09:57

Tələbə adını qazanmağa layiq olan abituriyentlər inşallah bu arzularına nail olarlar.

CrİsTiAnO RoNaLd

11 İyul 2010 09:56

Hamıya uğurlar