Loading...
Safura ikinci oldu

Safura ikinci oldu

Loading...



Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil etmiş Səfurə Əlizadə müsabiqədə iştirak edən xanım sənətçilər arasında gözəlliyinə görə ikinci olub


Hələ mahnı müsabiqəsindən öncə həm xanım, həm də kişi təmsilçiləri arasında internet vasitəsilə gözəllik müsabiqəsi elan olunub. Bu günlərdə isə “Eurovision-2010” mahnı müsabiqəsinin ən gözəli və yaraşıqlısı internet müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan təmsilçisi Səfurə Əlizadə bir çox xanım təmsilçiləri geridə qoyaraq səsvermədə ikinci yeri tutub.

“Eurovision-2010” müsabiqəsində ən gözəl xanım təmsilçisi adına 31,35% səslə Rumıniya təmsilçisi Paula Seling layiq görülüb. Azərbaycan təmsilçisi Səfurə Əlizadə 22,56% səs toplayıb. Ermənistan təmsilçisi Eva Rivas 13,86% səslə üçüncü, Xorvatiya təmsilçisi Nika Antolos 6,53% səslə dördüncü, ”Eurovision-2010” mahnı müsabiqəsinin qalibi olan Almaniya təmsilçisi Lena Meyer-Landrut 5.97% səslə beşinci, Ukrayna təmsilçisi Alyoşa 4,29% səslə altıncı, Gürcüstan təmsilçisi Sofia Nijaradze 2,98% səslə yeddinci, Portuqaliya təmsilçisi Filipa Azevedo 1,89% səslə səkkizinci, Moldova təmsilçisi Olia Tira 1,87% səslə doqquzuncu, İsveç təmsilçisi Anna Bergendahl isə 1,8% səslə onuncu olub. Digər xanım təmsilçiləri ilə onluqdan sonrakı siyahını paylaşıblar.

Kişi müğənnilər arasında “Eurovision-2010” müsabiqəsinin ən yaraşıqlısı adını Türkiyə təmsilçisi, “MaNga” qrupunun vokalçısı Fərman Akgül qazanıb. O, 37,54% səslə digər kişi təmsilçilərini geridə qoyub. Kişilər arasında II yeri 23,09% səs toplayan İsrail təmsilçisi Harel Skaat tutub. Polşa təmsilçisi Marcin 8,79% səslə üçüncü olub.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ronnie_7

19 İyun 2010 00:54

1ci olmalı idi.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

The_First

19 İyun 2010 00:16

Rumuniya gerek mahnidada birinci olaydi ...

GUN_aj

19 İyun 2010 00:11

ilove

LARACROFT

18 İyun 2010 23:45

Mənim Gürcüstan təmsilçisi Sofia Nijaradze çox xoşuma gəlirdi.Gözəl qızdı.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

lady_nevroz

18 İyun 2010 23:42

winked ne yaxsi

Matilla

18 İyun 2010 23:31

yene seviyesiz reyler Safuw lap qesengdi az paxilligin cekin ne olsada Azeridi bi defede millet seven olunda eyibdi

ChocoLatte

18 İyun 2010 23:25

Sitat: angelita
bu ne gundediki ikinci yer tutub.

axirdan ikinci)) lol

Lineva

18 İyun 2010 23:23

bu ne gundediki ikinci yer tutub.

Estela

18 İyun 2010 23:21

negative

YERAZGIRL

18 İyun 2010 23:12

ruminiyali qiz dogurdan qesengdi amma ermenleri secenin zovqu yoxduki

ChocoLatte

18 İyun 2010 23:12

He beyeh oxudum bunu.Aysel o gozelliknen biirnci oldu on da gerek bu da axirdan biirnci olardi.Ozde orda sef qeyd olunub o axirdan ikincidi... lol

fabregas105

18 İyun 2010 23:10

fuu fuu fuu fuu fuu fuu fuu fuu fuu

!ci yere cixan qeseng qizdi ama love love love love love

Miss_Zaqadka

18 İyun 2010 23:06

bunda hec olmasa ikinci oldu..3-cu yere o ermeni niye cixib anlamadim..onun neyi gozel idiki??salbana oxsayirdi... fuu

Pacific

18 İyun 2010 23:03

Lap yaxsii winked

Vamp

18 İyun 2010 23:01

Təbrik edirəm)
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!