Loading...

Bir öpüşə bir ay həbs
Xəbərlər
- 25 Mart, 2010
- 4 336 Baxış
Loading...

Bir öpüşə bir ay həbs
Sevgilisini öpən gənc qızı şok edən qərar
Tətil üçün Dubayı seçən Charlotte Adams adlı 25 yaşındakı İngilis qadın bir restoranda sevgilisini öpüncə həbs cəzasına məhkum olundu. Adams, 18 aydır Dubayda işləyən reklamçı Ayman Nejafini görmək və bir az tətil etmək üçün keçən noyabr ayında yanına gəldi.
Cüt, yoldaşlarıyla birlikdə Bob's adlı bir fast food restoranına getdi.
Burada Charlotte uzun zamandır görmədiyi sevgilisi Aymanı öpüncə, 38 yaşındakı bir qadın, "Müsəlmanlığa və əxlaqa zidd" deyə polisə şikayət etdi.
Həbs olunaraq məhkəməyə çıxarılan cütlük, Dubayın qanunlarına görə 30 gün həbsə çarpdırıldı.
Şikayəti edən qadın, məhkəmədə "Dodaqdan öpüşüb bir-birlərini oxşayırdılar. Əvvəl qızım gördü, sonra da mən" dedi. İçki içdiklərini etiraf edən Charlotte və Ayman, yalnız yanaqdan öpüşdüklərini söylədi.
Vəkilləri də yanaqdan öpüşmənin Müsəlman mədəniyyətində günah olmadıqını dilə gətirdi ancaq bu nəticə vermədi.
İndi, Apelyasiya məhkəməsi, 4 Apreldə alt məhkəmənin qərarını təsdiqləsə, cütlük 30 gündəliyinə təkrar həbsxanaya girəcək.
P.S Sizce belə qanunlar lazımdımı?
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...