Loading...
Bu gün ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür...

Bu gün ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür...

Loading...

Bu gün ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür...

 

Azərbaycan ictimaiyyəti dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümündə Fəxri xiyabanı ziyarət edir.

Gün ərzində ulu öndərin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri və parlament nümayəndələri də ziyarət edəcəklər.

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etdi.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə "Lenin" ordeni, "Qırmızı Ulduz" ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə "Sosialist Əməyi Qəhrəmanı" adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ToM RiDdle

16 Dekabr 2012 10:46

Sitat: Radiohead
╰☆╮AngeL╰☆╮ ,Sənnən qəşəy marketlərdə zadda şampun sabun reklam eliən qız çıxar.

Sen xestesen?Sen indiye kimi nece yawamisan mene maraqlidi.Ozunu gundemdde saxlamaq ucun ona buna soz atirsan.Men senin yerinje olsaydim ozumu tualetden asardim.Sen kimsene?eminem ki bu boyuk dilin yalniz virtualda kecir.Heytada bele olsaydin yeqin ki o dunyada olardin.Sen bir de Angele stata getirme!
--------------------
Tural Adrian ♥

_Angel_

15 Dekabr 2012 22:43

Radiohead,

bagiwlayin amma menim wampun satan yoxsa cemiyete layiqli bir insan olacagimi siz yox Allah biler men bilerem.. Liderimi teriflemekle satici olmuram..
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

♣_EmRe AyDıN_♣

15 Dekabr 2012 17:00

Sitat: Radiohead
Sie go please :)

No go)

Radiohead

14 Dekabr 2012 19:05

Sitat: Mr.Smoke
Senin reylerin bizi tehqir edir senin her bir sozun sen onu tehqir edirsen ay duuud...


Sie go please :)
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

Paradoxal_Despot

14 Dekabr 2012 14:00

axır aylarını çox soyuğ şeraitde kecirdib o terefde isi olar yegin ki:)

♣_EmRe AyDıN_♣

14 Dekabr 2012 12:41

Radiohead,
Senin reylerin bizi tehqir edir senin her bir sozun sen onu tehqir edirsen ay duuud...

ADELE

13 Dekabr 2012 13:12

Allah rehmet elesin !
--------------------
Hatasız Kul Olmaz

Radiohead

13 Dekabr 2012 07:04

╰☆╮AngeL╰☆╮ ,

Sənnən qəşəy marketlərdə zadda şampun sabun reklam eliən qız çıxar.
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

_Angel_

12 Dekabr 2012 23:04

Heyder baba((( helem de gozumun qabagindadi onun olum xeberi((( nece pencereden baxib aglayirdim(( inanmarsiz amma yene de aglayiram(( onunla cox qurur duyuram Azerbaycanin dahi lideri Heyder Eliyev!!! Bir daha bele prezident heccc vaxt olmayacaq!! Allah ona qeni qeni rehmet elesin!Nur icinde yatsin (( Mahni ise cox gozel seclib coooox twkler bu xebere gore..

╰☆╮AngeL╰☆╮ ,

Azerbaycan yawadiqca Heyder Eliyev de yawayacaq bizim qelblerde.. Men fexr edirem ki azerbaycanliyam, fexr edirem ki bele olkede yawayiram, fexr edirem bele Liderimiz olub ve indi ki prezidetimiz Ilham Eliyevle de fexr edirem..
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

xeyal463

12 Dekabr 2012 21:11

ALLAH Rehmet etsin.

Radiohead

12 Dekabr 2012 19:58

Gəldi öz ailəsinə əliyevlər nəslinə hər şeyi qurdu getdi. Naxçıvanlıların önünü açdı getdi. Bu insan heç vaxt dahi olmuyub.
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

A_K

12 Dekabr 2012 19:53

YATDIGI YER NURLA DOLSUN
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Aidan

12 Dekabr 2012 19:36


Allah rəhmət eləsin =(
--------------------
Dream it.
Wish it.
Do it.

Ulka

12 Dekabr 2012 18:06

Allah Rehmet elesin(((
--------------------

DonnA

12 Dekabr 2012 17:55

ALlah rəhmət eləsin.
BU mahnini necə bəyənirəm
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Ask yok

12 Dekabr 2012 17:21

Allah rehmet etsin..Yeri nurla dolsun..Ozu olmasada ruhu hemise bizimledir girl_ang

_Aymir_

12 Dekabr 2012 17:14

Allah rehmet elesin bu gun getmiwdim mende anim gunune qebri nurla dolsun
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

_Bella_

12 Dekabr 2012 15:56

ALLAH rəhmət elesin..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Nemka...

12 Dekabr 2012 15:53

allah rehmet elesin

_ClaRisS_

12 Dekabr 2012 15:31

Heqiqeten boyuk wexsiyyet idi..Mence hamimiz ona bir Azerbaycan vetandawi kimi cox wey borcluyuq..Allah Rehmet Etsin...

ayan1

12 Dekabr 2012 15:16

ALLAH REHMET ELESIN!

ღ SuPPeR ღ

12 Dekabr 2012 15:04

BOYUK siyaseti kicik hisslere ,xirda menfeetlere baglamaq olmaz
TARIX hec neyi silmir.
XALQ gerek daim oz kokunu saxlasin.
MUSTEQILLIK yolu qeder cetin yol yoxdur
.

DEMISDI.

MISS sayka_______BU XEBERE______5+

ms_dynamite

12 Dekabr 2012 14:42

Tarixdə iz qoydu əsas olanda odur...Allah rəhmət eləsin axirəti gözəl olub yəqinki...Ağadadaşla Bilal Əliyevin mahnısını da bugün nə qədər veriblər tvdə...Niyə bizim millət İmam Hüseyn (ə.s) müsibətinə bu qədər ağlamır anlamıramda...nəisə...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

F_N

12 Dekabr 2012 14:33

Allah qeni-qeni rehmet elesin.Menim ucun dunyanin en dahi adamlarindan biridir

Mr_RoCCo

12 Dekabr 2012 14:31

Çox hörmət elədiyim bir şəxsiyyət idi. ALLAH rəhmət eləsin
--------------------
FaceBook
Instagram - ageelvevo

Princess Jasmin

12 Dekabr 2012 14:29

Allah Rehmet Etsin..
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

İlkay

12 Dekabr 2012 14:25

Allah Rehmet Etsin..