Loading...
WhatsApp-a talib: Facebook

WhatsApp-a talib: Facebook

Loading...
WhatsApp-a talib: Facebook

WhatsApp-a talib: Facebook

WhatsApp-a talib: Facebook

WhatsApp-a talib: Facebook

WhatsApp-a talib: Facebook

 

İstifadəçi sayı bir milyardı geridə qoyan Facebook, istifadəçilərinin ehtiyaclarını qarşılaya bilmək üçün yeni planlar qurur. Texnologiya dünyasındakı ən son söz-söhbətlər, ictimai media şəbəkəsinin məşhur mobil chat proqramı WhatsApp-ı alacağı yönündədir.

Mobil cihazların ən çox istifadə edilən pulsuz tətbiqlərindən olan WhatsApp, Facebook tərəfindən satın alına bilər. TechCrunch saytına danışan qaynaqlar, Facebook CEO-i Mark Zuckerbergin California mərkəzli şirkətlə görüşmələrə başladığını qarşıya qoydu.

İlk olaraq TechCrunch-un eşitdirdiyi söz-söhbətə görə, görüşmələrdə təqdim edilən qiymət aralığı və ya nə növ şərtlər qarşıya qoyulduğu qəti deyil. WhatsApp, bu ana qədər mövzu haqqında heç bir açıqlama vermiyib.

Santa Clara şəhərində 2009-cu ildə qurulan WhatsApp, Android, BlackBerry, iOS, SymbianWindows Phone əməliyyat sistemlərində istifadə edilə bilən pulsuz bir chat proqramı inkişaf etdirdi. WhatsApp proqramı, mətin yerləşdirmənin yanı sıra görünüş, səs və video mesajları da paylaşmanızı təmin edir. İstifadəsi olduqca praktik olan pulsuz proqram, Twitter və Facebook kimi mobil cihazlarda ən çox olan tətbiqlərdən biridir.

CNET-in verdiyi məlumata görə, WhatsApp-ın gündəlik istifadəçi sayı 100 milyondur. Tətbiqin istifadə edildiyi ölkə sayı isə 150-nin üzərindədir.

Çat rekrordları onundur!

Olduqca müvəffəqiyyətli bir mobil chat tətbiqi olan WhatsApp, Oktyabr 2011-də etdiyi açıqlamada, gündə 1 milyard mesaj trafikinə çatdıqlarını ifadə etmişdi. Şirkət, blog səhifəsində etdiyi şərhdə, "1 milyard mesaj tam olaraq nəyə bərabərdir? Bu saatda 41,666,667; dəqiqədə 694,444 və saniyədə 11,574 mesaj mənasına gəlir" ifadəsini istifadə etmişdi. WhatsApp, bu müvəffəqiyyətinin ardından "qlobal sahədə mükəmməl bir mobil mesajlaşma sistemi meydana gətirmək adına əhəmiyyətli bir addım atdıqlarını" ifadə etmişdi.

Təhlükəsizlik ünsürləri səbəbiylə hərdən təhlükəsizlik ekspertlərinin tənqidlərinə məruz qalsa da, WhatsApp məşhur bir proqram olmaqdan uzaq qalmadı. Analistlər indi, Facebookun WhatsApp-ı alaraq, "bir başqa bir milyard istifadəçiyə çatmaq mövzusunda əhəmiyyətli bir hücum etdiyini" qarşıya qoydu.

Facebook CEO-i Mark Zuckerberg, bir müddət əvvəl BusinessWeek-ə etdiyi şərhdə, "Ən çox maraqlanacağımız sahə qətiliklə mobil olacaq... Dünyada cib telefonu olan 5 milyard insan var" demişdi.

Gələcək adına böyük planları olduğu müəyyən olan WhatsApp-ın, Ərəb, Fars, Fin, Fransız, Alman, Hind, Macar, İndoneziya, İtalyan, Yapon, Koreya, Malayziya, Norveç, Portuqaliya, Rus, ənənəvi Çin, İspan, İsveç, Tayland, Türk və Danimarka dillərində tərcüməçi axtardığı ifadə edildi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Həyat

17 Dekabr 2012 21:11

WhatsApp
Superdi
Yeri var
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

♣_EmRe AyDıN_♣

16 Dekabr 2012 10:14

WhatsApp məndə var facedəndə zordu...)

Filay

9 Dekabr 2012 11:12

Whatsapp əvvəl istifadə edirdim çox sərfəlidi smayliklərdə qəşəydi indi tanışlardan heç kim yoxdu deyə sildim proqramı boş-boşuna konturumu yiyirdi :)

★_EliSa_★

8 Dekabr 2012 10:48

mende de whatsapp var evveller cox istfade edirdim :) ama indi hec istfade etmirem :))

_Angel_

6 Dekabr 2012 23:57

whats Appdan istifade etmirem amma mence yaxwi neticelener)
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

Nasmin

6 Dekabr 2012 14:38

Aydaaa bu fb.whatsapimizi alib ne hala qoyacage indi kim bilir.Almasinlar istemirem.Zehlem gedir facebookdan.Whatsapda oturmusuqda oturdugumuz yerde sakitce dinmezce da:(((

A_K

5 Dekabr 2012 23:00

Facebook Macebook lazim deyil mene,Joyum bana yeterli zaten puah
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

PeTTy

5 Dekabr 2012 22:15

Ne Facebookum var,ne de WhatsApp-ım.Ama WhatsApp-da olmaq isteyirem.

İlkay

5 Dekabr 2012 21:08

F.b den isdifade edirem heleki gorek orada ne vaxt son qoyacam.

King B

5 Dekabr 2012 20:36

Hec birinden istifade etmirem sm28

DonnA

5 Dekabr 2012 19:18

WhatsAppa elçi düşüblər laughing yarıyanlardan olsun
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Smile to life:))

5 Dekabr 2012 19:15

whatsapp yaxwi proqrami..)))smilekleri superdi..)))

F_N

5 Dekabr 2012 19:14

Yawasin WhatsApp lol