Loading...
Zəngilanın işğalından 16 il ötür

Zəngilanın işğalından 16 il ötür

Loading...
Bu gün Azərbaycanın Zəngilan rayonunun işğalının 16-cı ili tamam olur. Rayon 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan Respublikası tərəfindən işğal olunub.
Zəngilanın işğalından 16 il ötür
Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayonunun müdafiəsi özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyib.
Zəngilana erməni qüvvələrinin daxil olacağı rayon camaatı bilib. Buna görə də rayon sakinləri dərələrdə gecələyib. Erməni tankları 4 tərəfdən rayona hücuma keçərək 2-ci Xocalı faciəsini törətmək istəsə də, bu baş tutmayıb. Əhali cəld tərpənərək özünü Araz çayına atıb və İran ərazisinə keçib. Bununla da, zəngilanlılar gözlənilən soyqırımından yaxa qurtara biliblər.
Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayon olub.
BMT və bütün dünya ölkələri Zəngilanı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kvadrat km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.
Zəngilanın işğalından 16 il ötür
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Zəngilan Qarabağ müharibəsində 188 şəhid verib.
Rayonun inzibati mərkəzi Zəngilan şəhəridir. Rayon şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir. Zəngilanın füsunkar təbiəti var. Rayon ərazisindən böyük əhəmiyyətə malik Oxçuçay keçir. Oxçuçay uzun illər ekoloji təcavüzkarlığa məruz qalıb. Sovet dövründə (1920-1991) Ermənistanın tullantılı suları Oxçuçaya axıdılırdı.
Zəngilanın ərazisində "Bəsitçay" qoruğu yerləşir.
İşğala qədər rayon ərazisində 141 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

CODRA

16 Oktyabr 2010 16:03

ALLAH OZU KOMEK OLSUN AZERBAYCAN XALQİNA

Guller22

31 Oktyabr 2009 14:15

Cox sag olun ki,bunlari unutmursuz ve bilmeyenlere bildirirsiz.

Ronnie_7

30 Oktyabr 2009 18:11

Çox sağol Rufat bunları biz unutmarıq.Allah yardımcımız olsun!
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

guiza96

30 Oktyabr 2009 14:44

aze

Afrodita

29 Oktyabr 2009 17:39

Sitat: PuNKa
İlləri saymaqdan başqa heç nə eləmirik.

emeraude

29 Oktyabr 2009 17:33

Eh Qarabag Ne vaxt alinacaq Her il illeri saymaqdan bezir insan

Estela

29 Oktyabr 2009 17:04

İlləri saymaqdan başqa heç nə eləmirik.

LARACROFT

29 Oktyabr 2009 17:01

Sitat: RITMEX
Hər il elə bu haqda oxuyuruq. Ancaq bir irəliləyiş görmürəm


Düzdü hər il də eyni duanı təkrar edirik.Çox təəssüf ki əlimizdən sadəcə bu gəlir.
İNŞALLAH gələn il bu duanı təkrarən söyləmərik və İNŞALLAH artıq gələn il duamız qəbul olunmuş olar.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

M_A_R_I_K

29 Oktyabr 2009 16:47

EHLIKEF,
Senden evvel gonderen olub yeqin

Inwallah vaxt geler Joy,azin uwaqlariynan Zengilanda ve ya bawqa guwelerde Yiqiwariq goruwerik.!!!
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

yegishka

29 Oktyabr 2009 15:07

16 il Zəngilan və difər işğalda olan füsunkar rayonlarımız, axı haçana kimi arzu ilə bu rayonların azad olunan gününü gözləyəcəyik, bu zəfəri, bu qələbəni allah bizə bəxş etsin, mən inanıram, çünki allah böyük, xalqımız isə məğrurdur, ya müharibə ya ölüm, başqa cür ola bilməz, sülh, atəşkəs isə boş şeydir, onsuz bu yağılar atəşkəsi hər zaman pozublar, neçe-neçe oğullar və aiələlər gözü yaşlı qalıblar, torpaqlarımız uğrunda alllahın adı ilə cihad edək, allah köməyimiz olsun! aze

Paris

29 Oktyabr 2009 15:02

Sitat: RITMEX
Hər il elə bu haqda oxuyuruq. Ancaq bir irəliləyiş görmürəm

Bize yalniz bunu her il oxumaq qalir vse.

XeTaI

29 Oktyabr 2009 14:47

Hər il elə bu haqda oxuyuruq. Ancaq bir irəliləyiş görmürəm

Elif_87

29 Oktyabr 2009 14:31

İNŞALLAH TEZLİKLƏ TORPAQLARIMIZ ALINAR

Nahid-19

29 Oktyabr 2009 14:19

Ozumuz ozumuzu her an aldatdiq,
Kohne yaramizi datdiq qopartdiq,
Xocalinida verdik SHushanida satdiq
Ya REB bu millete ozun komek ol.....!


Arzum budur ki,torpaqlarimiz tezlikle qayitsiin..........
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

EHLIKEF

29 Oktyabr 2009 14:16

Bu Redaktorlara ve Adminlere aidti:
Men bu xeberi dunensaat 04:15 gondermishem ,amma menim xeberimi aktiv elememisiniz... Niye ferq qoyursunuz? ireful

-Jasmin-

29 Oktyabr 2009 14:14

mən bir dəfə bir məcburi köçkünün dilindən eşitdim Zəngilanın işğalı haqqında-o qədər təsirləndim ki göz yaşlarımı belə saxlaya bilmədim

_Glamour_

29 Oktyabr 2009 13:50

Bu cür xəbərlər olanda susmağı seçirəm =))))
Çünki,mənim burda şərhim o torpaqları qaytarmayaq!
Hamımız başa düşürük artıq !!!!

Tena

29 Oktyabr 2009 13:50

Təşəkkür xəbərə görə