Loading...
Da Vinçinin son şifrəsi də tapıldı

Da Vinçinin son şifrəsi də tapıldı

Loading...
İtalyan rəssam Leonardo da Vinçinin 400 il sonra ortaya çıxan bir divar rəsmi sənət dünyasını həyəcanlandırdı. İntibah dövrünün rəssamları arasında yer alan Leonardo da Vinçinin Florensiyada Vecchio Sarayının divarına təsvir etdiyi əsəri "Anghiari Döyüşü" 400 il sonra idealist bir sənət tarixçisi sayəsində gün işığına çıxdı. Divar rəsmi, xərçəng xəstələrində şişin yerini təsbit etmək üçün istifadə edilən kiçik kameralar vasitəsiylə divarın ardında olduğu təsbit edildi.

San Diego Universitetində sənət tarixçisi olaraq vəzifə yerinə yetirən Maurizio Seracini, Da Vinçinin "Anghiari Döyüşü" adlı əsərinin Vecchio Sarayının divarında fresk rəssamı Giorgio Vasarinin "Marciano Döyüşü" adlı əsərinin arxasında gizli olduğunu iddia edirdi. Seracini bu iddiasına dəlil olaraq isə Vasarinin şəkilini şəkdiyi divarın üzərində yazılan "cerca trova" (Axtarsan, taparsan) sözcüyünü göstərirdi. Seracini və qrupu, Vasarinin "Marciano Döyüşü" adlı əsərinin olduğu divarın arxasına baxma icazəsini illər sonra almağı bacardı.

ƏSƏRDƏN NÜMUNƏ ALINDI

Seracini və qrupu üçün 15 mart böyük gün idi. Giorgio Vasarinin əsərinə zərər vermədən divarın arxasında Leonardo Da Vinçinin "Anghiari Döyüşü" əsərini axtaracaqdılar. Bunun üçün tibbdə xərçəng xəstələri üçün istifadə edilən bir texnikadan istifadə edildi. Vasarinin divar rəsmi üzərinə 6 ədəd kiçik dəlik açıldı. Ucunda kamera olan tellər bu dəliklərdən keçirildiyində, Da Vinçinin ən əhəmiyyətli əsərləri arasında göstərilən "Anghiari Döyüşü" şəklinin bütün ehtişamıyla orada olduğunu gördülər. Şəkilin saxta olub olmadığını ortaya qoymaq üçün boya nümunələri alındı.
Ancaq bəzi sənət tarixçiləri, Da Vinçinin başqa bir əsərini tapmaq üçün digər bir rəssamın əsərinə zərər verilməsini tənqid etdi.

DA VİNÇİ ƏSƏRİNİ TAMAMLAYA BİLMƏDİ

Renesans dövrünün məşhur rəssamlarından olan Leonardo Da Vinçi, "Anghiari Döyüşü"nü 1505-ci ildə çəkməyə başladı. Florensiyalılarla Milanlılar arasında 1452-1519-cu illər arasında yaşanan döyüşü izah edən şəkil, boyanın bitməsi səbəbiylə Də Vinçi tərəfindən tamamlanmadı.

Rəssam Giorgio Vasari 1563-cü ildə, Da Vinçinin əssərinin olduğu divarın önünə "Marciano Döyüşü" adlı əsərini çəkdi. Vasari, məşhur rəssamın çəkdiyi divar rəsminin zərər görməməsi üçün ön tərəfə başqa bir divar tikdi və əsərini bu divarın üzərinə çəkdi.

Sənət dünyasını sarsıdan bu hadisəni ortaya çıxaran Maurizio Seracini, Vasarinin Leonardo Da Vinçinin söz mövzusu əsərinə zərər verməmək üçün önünə bir divar tikməsinin bir hörmət əlaməti olduğunu müdafiə etdi.

 

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı

Da Vinçinin son şifrəsi tapıldı
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sebishko

30 Mart 2012 17:40

Maraqlıdır...
--------------------
<3<3<3<3<3

MisSayka

28 Mart 2012 01:59

bunun kinosuna baxmışdım heçnə anlamamışdım ))) nəsə maraqlı deyil mənə
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

loving_heart

27 Mart 2012 23:35

maraqlidi twk

ms_dynamite

27 Mart 2012 22:51

sifreni tapmaq ucun basqa curde tapmaq olar o boyda ressamdan qalan sekilleride pis gune qoyurlar...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Mr. Hasan

27 Mart 2012 22:02

MARAQLIDIR DA VINCININ SIFRELI ESELERI COXDUR

hostomaniya

27 Mart 2012 21:13

allah rehmet elesin da vinci qardawa ...

Wolf Town

27 Mart 2012 20:08

eseri ekisperdiciyadan kecirdilerki kesib tokduler

DonnA

27 Mart 2012 19:51

əsərini deşik deşik eəldirlər ki :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ketrin zeta

27 Mart 2012 19:26

maraqlidir

Poker Face GaGa

27 Mart 2012 18:54

maraqlidir thanks
--------------------

Tatli cadi

27 Mart 2012 14:03

Sitat: senmenimsen
Maraqlidir twk

senmenimsen

27 Mart 2012 13:36

Maraqlidir twk
--------------------